Biz sizə Travel (Mamamoo EP-i) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Travel (Mamamoo EP-i) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik!
Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz
Travel (Mamamoo EP-i)
Travel (azərb. Səyahət) – Cənubi Koreya qız qrupu Mamamoo tərəfindən buraxılmış 10-cu EP. 3 noyabr 2020-ci ildə RBW tərəfindən buraxılmış və Kakao M tərəfindən yayımlanmışdır. EP-ə 6 mahnı, eləcə də, "Dingga" və "Aya" sinqlları daxil edilmişdir.
13 noyabr 2019-cu ildə qrup tərəfindən "Reality in Black" albomu qrupun ən çox satan albomu olmuşdur.[1] Albomunun uğurundan sonra qrup üzvləri solo performanslara diqqətlərini ayırmışdılar.[2] Nəhayət 6 oktyabr 2020-ci ildə rəsmi sosial şəbəkə hesabları vasitəsilə yeni EP-nin adı, üzlüyü və buraxılış tarixi açıqlanmışdır.[3] 11 oktyabrda bir neçə şəkil və video tizerlər yayımlanmışdır.[4] 20 oktyabrda EP-ə daxil olacaq "Dingga" sinqlı rəqəmsal şəkildə buraxılmış və musiqi videosu YouTube-a yüklənmişdir. EP həm fiziki, həm rəqəmsal olaraq 3 noyabr 2020-ci ildə tam şəkildə buraxılmışdır. İkinci sinq olan "Aya" sinqlı üçün musiqi videosu da yayımlanmışdır.
"Travel" EP-sinin yapon dilində olan versiyası 25 noyabr 2020-ci ildə anons edilmiş və 3 fevral 2021-ci ildə buraxılmışdır.[5] Bu versiyaya "Dingga" və "Aya" sinqllarının yaponca versiyaları, eləcə də, "Just Believe in Love" adlı orijinal yaponca mahnı daxil edilmişdir.[6]
3 noyabr 2020-ci ildə qrupun "Monoloq" adlı 1 saatlıq verilişi Mnet musiqi kanalında yayımlanmışdır. Verilişdə qrup yeni EP-i tanıtmış və müsahibələr vermişdilər.[7] Bundan əlavə, qrup "M Countdown", "Music Bank", "Show! Music Core", "Inkigayo" və "You Hee-yeol's Sketchbook" kimi verilişlərdə EP-ə daxil olan iki sinqlı ifa etmişdirlər.
"Travel" 2020-ci ilin 45-ci həftəsində Gaon albomlar çartında 2-ci yerdə debüt etmişdir.[8] Hanteo satış çartına əsasən buraxıldığı ilk gündə 101 min nüsxəsi satılmışdır. Bu, qrupun şəxsi rekordu kimi qeydə alınmışdır.[9] Gaon albomlar çartının aylıq buraxılışında isə "Travel" 6-cı yerdə göstərilmiş və 164 min nüsxəsi satılmışdır.[10] Beləliklə, qrup keçən il "Reality in Black" albomunun da rekordunu keçmişdir. 2021-ci ilin fevralına qədər albom Cənubi Koreyada 174 min, Yaponiyada isə 14,5 min nüsxə satmışdır.
Spotify platformasında 2021-ci ilin iyuluna kimi "Travel" 86 milyon dəfə dinlənmişdir. Rəsmi YouTube kanallarından isə 197 milyon baxış almışdır.[11]
↑Park, Ah-reum. 마마무 ‘엠카’ 1위 “활동 끝났지만 좋은 모습 보여줄 것” [Mamamoo's 'M Countdown' 1st place "I'm done with my activities, but I will show a good image"]. Newsen (koreya). November 19, 2020. November 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2020 – Naver vasitəsilə.