Ulubatlı Həsən Haqqında Məlumat - Axtarış

Ulubatlı Həsən Haqqında Məlumat - Axtarış


Ulubatlı_Həsən üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Ulubatlı Həsən sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Ulubatlı Həsən sözünə uyğun gələn mahnı axtar və yüklə


Ulubatlı Həsən sözünə uyğun gələn lazımlı linklərə bax


Ulubatlı Həsən sözünə uyğun gələn şəkillərə bax və yüklə


Ulubatlı Həsən sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaUlubatlı Həsən sözünə uyğun gələn məqaləni oxu


Ulubatlı Həsən sözünə uyğun gələn xəbər axtar və oxu


Ulubatlı Həsən sözünə uyğun gələn kinoya bax və yüklə


Ulubatlı Həsən sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Ulubatlı Həsən sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Ulubatlı Həsən tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Ulubatlı Həsən

Ulubatlı Həsənİstanbulun fəthi zamanı qala divarları üzərinə çıxıb Osmanlı bayrağını sancan ilk Türk əsgəridir.

Ulubatlı Həsən
Doğum tarixi
Doğum yeri Bursa, Ulubatlı
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı İmperiyası
Vəfat səbəbi döyüşdə ölüm
Milliyyəti Türk
Fəaliyyəti Yeniçərilər, hərbi qulluqçu

1428-ci ildə Bursanın Ulubat kəndində anadan olub. Fateh Sultan Mehmetin komandasında Ordu Hümayuna əsgər olaraq İstanbul əhatə etməsində iştirak edib. 1453-cü ildəki böyük döyüş zamanı İstanbul qala divarları üzərində ilk Türk bayrağını qaldıraraq şəhid olmuşdur. Fəthin bayraklaşmış bir qəhrəmanı kimi adı beş yüz ildən bəri könüllərdə yaşayır. Ulubatta adına tikilmiş bir abidə var.Feqat şu realitedir ki beyle möhüm bir harpde minlerle esgerin höcüma galxtığı vaxtda hengi esger ne iş eyledi bilmenin mümkünü yoxdur. Demeli Ulubatlı Hasan ismi sedece bir efsanedi... İstanbul tam 53 gündən bəri mühasirəyə altında idi. 23 yaşlı gənc padşah və dahi sərkərdə olan II Mehmet Xan, bu müddət ərzində göstərdiyi ağlasığmaz hərbi möcüzələri ilə bizanslıları heyrətə salmışdı. Qədim Bizans imperiyası son günlərini yaşayırdı.

Mayın 28-dən 29-na keçən gecə, mehtər "gülbanklar" vurmağa qoyulmuş və Bizans qala divarlarının qarşısındakı düşərgədə böyük bir fəaliyyət başlamışdı. May ayının 29-da II Mehmet hücum əmrini vermişdi. O axşamkı tarixi nitqi bütün əsgərin qulaqlarında cingildəyirdi:

"Ey mənim paşalarım, ağalarım, müəllimlərim! Bu Konstantinapol döyüşündə silah yoldaşlarım, igidlərim! Sizləri buraya, etdiyim ümumi hücumda indiyə qədər göstərdiyinizdən daha böyük fədakarlıq və cəsarət istəmək üçün topladım. Cahanda ün salmış bir şəhəri ələ keçirəcəksiniz. Konstantinopolda məhəllə məhəllə, bu şəhəri ələ keçirən qəhrəmanlar kimi adınız şan və şərəflə anılacaq".

Əsgərlər qala üzərinə hücumda səflər halında atılırdı. Mühasirənin 53-cü günü Osmanlı ordusu qala divarların üzərinə doğru son hücumunu edirdi. Bizanslılar qala divarlardan Osmanlı əsgərlərinin başına daş, ox yağdırmaqla bərabər qızdırıcı yağ və alov məşəlləri tökürdülər. Üçüncü hücum qolunu ordunun ən seçilmiş əsgərləri təşkil edirdi. Bursanın Ulubat kəndindən Həsən də vardı bu əsgərlərin arasında. Ordunun bayraqdarı olan Həsən bir əlində qılıncı, bir əlində bayraqla vuruşurdu. Əlindəki qılıncını sovuraraq qala xarabaları üzərində doğru atıldı. Bir neçə igid də onu təqib edirdi. Həsən ən öndə idi. Bir tərəfdən qılıncını yelləyir, bir yandan da hilal bayrağı gözlərini dikdiyi bürcə düzgün çatdırmağa çalışırdı. Bu cəhənnəm atəşinin ortasında Həsən Əyriqapı tərəfdəki bürcün üstünə çıxaraq bayrağı bürcün üstünə sancdı. Ancaq, eyni anda mancanaqla atılan böyük bir daşın ağırlığı altında dizləri üstünə yıxıldı. Dikəlməyə çalışdı, amma eyni anda üstünə onlarla ox yağdı və oradaca şəhid oldu.

Ulubatlı Həsənin qala bürcünə sancdığı bayraq o anda Bizansın bütün ümidlərini puç etdi. Türkün bayrağı və yeniçəri sərpuş artıq qala divarların üzərində idi. 53 günlük müqaviməti kökündən qıran an gəlmişdi. Digər tərəfdən, bayrağın Bizans qala divarları üzərində dalğalandığını görən Türk əsgəri coşmuş və bir ox kimi irəliyə atılmışdı.

Nəhayət Məhəmməd Peyğəmbərin müjdə verdiyi tarix və müqəddəs an gəlib çatmışdı. 23 yaşlı Sultan II Mehmed Xan səcdəyə gələrək Ulu Tanrıya şükür etdi. O andan etibarən gənc hökmdar və sərkərdə "Fateh" titulunu da almış oldu.

Ulubatlı Həsən bir çox roman, cizgi filmi, jurnal və kino kimi media elementlərdə yer alıb. 16 fevral 2012-ci ildə çəkilmiş Türkiyənin ən yüksək büdcəli filmi "Fəth 1453" filmində Ulubatlı Həsəni İbrahim Çelikkol canlandırır.

Xarici keçidlər redaktə

  1. Ulubatlı Hasan
  2. Ulubatlı Hasan'ın mezarı bulundu
  3. Ulubatlı Hasan hakkında bilgiler

Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024