Vətən yolunda (qəzet) Haqqında Məlumat - Axtarış

Vətən yolunda (qəzet) Haqqında Məlumat - Axtarış


Vətən_yolunda_(qəzet) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Vətən yolunda (qəzet) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Vətən yolunda (qəzet) sözünə uyğun gələn mahnı axtar və yüklə


Vətən yolunda (qəzet) sözünə uyğun gələn lazımlı linklərə bax


Vətən yolunda (qəzet) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Vətən yolunda (qəzet) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaVətən yolunda (qəzet) sözünə uyğun gələn məqaləni oxu


Vətən yolunda (qəzet) sözünə uyğun gələn xəbər axtar və oxu


Vətən yolunda (qəzet) sözünə uyğun gələn kinoya bax və yüklə


Vətən yolunda (qəzet) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Vətən yolunda (qəzet) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Vətən yolunda (qəzet) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Vətən yolunda (qəzet)

Vətən yolunda[1] - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti[2].

Vətən yolunda
Yaranma tarixi 1941


2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır.

"Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu.

İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur.

Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu.

Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır. "Vətən yolunda" qəzeti uzun illər Rza şah hakimiyyətindən sonra İranda ilk dəfə Azərbaycan dilində çap olunan qəzet idi.

Qəzetin nəşr olunduğu illərdə (1941-1946) Mirzə İbrahimov, Həsən Şahgəldiyev, Rza Quliyev onun baş redaktorları olmuş, Redaksiyada isə şairlərdən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz Sadıq, Ənvər Məmmədxanlı, Qılman İlkin (Musayev), Seyfəddin Dağlı (Abbasov), Cabbar Məcnunzadə, jurnalist, elm və mədəniyyət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli, Həmid Yolçiyev, Cəfər Xəndan (baş redaktorun müavunu), Mehdixan Vəkilov, Mirzəağa Quluzadə, Rəhim Sultanov, Məmmədağa Sultanov, rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və bir çox başqaları işləmişlər.

"Vətən yolunda" qəzetinin səhifələrində 50-yə yaxın yerli şair öz şerlərini çap etdirirdi. Elə onlar da qəzetin nəzdində "Şairlər məclisinin" yaranmasının təşəbbüsçüsü oldular. "Şairlər məclisi"nin ilk iclası 1945-ci il yanvarın 7-də keçirildi və Mir Mehdi Etimad onun sədri seçildi.

İstinadlar redaktə

  1. doğru-düzgün salnaməsini yazmış ədib və dilimizin fədakar qoruyucusu[ölü keçid]
  2. Cəmil Həsənli. Güney Azərbaycan tarixin yol ayrıcında (1939-1945). Bakı: Qanun nəşriyyatı. 2023. səh. 42.

Mənbə redaktə

  • Cavanşir Vəkilov. Azərbaycan Respublikası və İran: 40-cı illər (mədəni əlaqələr). Bakı: Elm, 1991, 7,3 çap vərəqi.

Həmçinin bax redaktə


Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024