Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası Haqqında Məlumat - Axtarış

Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası Haqqında Məlumat - Axtarış


Vikipediya:Üç_dəfə_geri_qaytarmaq_qaydası üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözünə uyğun gələn mahnı axtar və yüklə


Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözünə uyğun gələn lazımlı linklərə bax


Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözünə uyğun gələn şəkillərə bax və yüklə


Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaVikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözünə uyğun gələn məqaləni oxu


Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözünə uyğun gələn xəbər axtar və oxu


Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözünə uyğun gələn kinoya bax və yüklə


Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası

Qısa keçid-yönləndirmə
  • VP:3GQ

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 25 avqust 2020-ci il — 9 sentyabr 2020-ci il.
  • Qüvvədədir: 9 sentyabr 2020-ci ildən.

Üç dəfə geri qaytarmaq qaydası (3GQ) Vikipediyanın bütün istifadəçilərinin mütləq şəkildə riayət etməli olduqları qaydadır. Bu, redaktə müharibəsinin qarşısını almağa xidmət edir.

24 saat ərzində bir istifadəçiyə eyni bir səhifədə olunan düzəlişləri tam, yaxud bir hissəsinin ən azı üç dəfə geri qaytarmasına icazə verilmir

Düzəlişin geri qaytarılması dedikdə bütün digər istifadəçinin istənilən fəaliyyətinin ləğv olunması başa düşülür.

Bu qaydanı pozan istifadəçi birinci dəfə 24 saat müddətində, bunu davamlı şəkildə təkrarladıqda isə daha uzun müddətə bloklana bilər.

Düzəlişin geri qaytarılması nədir?

Hazırki qayda çərçivəsində "geri qaytarma" dedikdə digər istifadəçi və ya istifadəçilərin fəaliyyətinin qismən, yaxud tam ləğv edilməsi, daha dəqiq desək, səhifənin məzmununun bir hissəsinin silinməsi, yaxud bərpa olunması ilə bağlı düzəlişin ləğv edilməsi, eləcə də, səhifənin adının dəyişdirilməsinin ləğv edilməsi və silinmiş səhifənin yenidən yaradılması başa düşülür.

Eyni səhifədə 24 saat müddətində ən azı üç dəfə istənilən düzəlişin geri qaytarılmasını həyata keçirən istifadəçi qayda pozuntusuna yol vermiş hesab edilir.

Hazırki qaydanın tətbiqi zamanı eyni səhifədə bir neçə dəfə olmuş düzəlişi bir dəfəyə geri qaytarmaq bir dəfə geri qaytarmaq hesab edilir.

İstisna hallar

Aşağıdakılar qayda pozuntusu hesab edilmir:

  1. Özü düzəlişlərini, eləcə də öz botunun düzəlişlərini geri qaytarmaq;
  2. Mənasız, yaxud təhqiramiz mətnin əlavə edilməsi, yaxud səhifənin məzmununun silinməsi kimi sadə, yaxud vandalizmlə əlaqədar düzəlişlərin geri qaytarılması. Bu istisna yalnız istənilən adamın açıq-aşkar vandalizm hesab etdiyi hallara aiddir. Bu istisnalar məqalədə aktiv şəkildə redaktələr edən, yaxud məqalənin məzmunundan agah olan istifadəçilərə aid edilmir. Bu cür, yaxud daha mürəkkəb hallarda İdarəçilərə müraciət olunmalıdır.
  3. Müəllif hüquqlarının aşkar şəkildə pozulduğu, spam və azad şəkildə yayılmasına icazə verilməyən materialların geri qaytarılması;
  4. Hazırda yaşayan şəxs haqında etibarlı mənbələrə istinad edilməyən mübahisəli və ya aşkar şəkildə böhtanla dolu düzəlişlərin geri qaytarılması;
  5. Məqalənin adlandırılması zamanı mübahisələr yaranarsa, icmanın konsensusa gələrək Məqalə adları səhifəsində təsdiq etdiyi formaya uyğun olması ilə əlaqədar düzəlişlərin geri qaytarılması;
  6. Bloklanmış istifadəçilərin bloklanmaya səbəb olmayan fəaliyyətlərinin ləğv edilməsi ilə əlaqədar düzəlişlərin geri qaytarılması;
  7. Əgər düzəlişlərin geri qaytarılması müəllif hüquqularının pozulmasını, böhtan və ya aşkar şəkildə təhqiredici materialları, yaxud Vikipediyanın mövcud qaydaları çərçivəsində qadağan olunan xoşagəlməz məzmunu bərpa etmirsə, istifadəçinin şəxsi istifadəçi səhifəsində, yaxud müzakirə səhifəsi istisna olmaqla istifadəçi səhifəsinə yardımçı olan səhifələrində edilən düzəlişlərin geri qaytarılması;
  8. Müzakirədə iştirak etmiş bütün istifadəçilərin birlikdə razılığa gələrək etdiyi düzəlişlər. Bu düzəlişlərə yazılan şərhlərdə səbəb, eləcə də düzəlişini həyata keçirilməsi üçün razılığa gəlinmiş yer aşkar şəkildə göstərilməlidir. (Əgər razılaşma hər hansı başqa müzakirə səhifəsində olubsa, yaxşı olar ki, onun mətni də haqqında söhbət gedən məqalənin müzakirə səhifəsinə köçürülsün.);

Bu hərəkətlərin hər biri mübahisəli ola bilər. Ona görə də, çalışın yalnız aşkar vəziyyətlərdə istisna hallarından istifadə edin. Əgər şübhə varsa, düzəlişləri geri qaytarmayın, əvəzində idarəçilərə kömək üçün müraciət edin.

Vandalizm, yaxud müəllif hüquqlarının pozulması zamanı qaydanı pozanları bloklamaq və ya uyğun səhifənin mühafizə olunmasının düzəlişlərin geri qaytarılmasından effektli olmasına diqqət yetirin.

Qayda pozulduğu zaman nə etməli?

Bu qaydanı pozan istifadəçi birinci dəfə 24 saat müddətində, eyni davranış təkrar sərgiləndikdə isə daha uzun müddətə bloklana bilər.

Qaydanı pozan bir neçə iştirakçı olubsa, idarəçilər qaydanı pazan istifadəçilərin hamısının bu xüsusda fəaliyyətinə eyni meyarları tətbiq etməlidir.

Hazırki qaydanın möhkəmləndirilməsi üçün:

  • Onun tələblərini Vikipediya qaydaları ilə hələ tanış olmadığını güman edərək, istifadəçilərə izah etmək lazımdır.
  • Təcrübəli istifadəçilər redaktə ilə bağlı yaranmış mürəkkəb vəziyyətlərdə nümunəvi davranış sərgiləyərək, qaydanı pozanlara təsir göstərməlidirlər.

Bu qaydanı pozan istifadəçiləri xəbərdar etmək üçün qayda pozuntusu ilə bağlı şablondan istifadə etmək olar.

Qayda pozuntusu zamanı İdarəçilərə müraciət səhifəsinə məlumat vermək olar.

Qayda pozuntusundan yan keçmək

Bu qaydanın pozmağın astanasında olan istifadəçilər göstərilən üsulla qaydanı pozmaqdan yan keçə bilərlər: məqalənin müzakirə səhifəsində mövzuya dair müzakirədə iştirak etməlidir (yaxud belə bir müzakirə təşkil etməlidir), mübahisənin həlli üçün neytral istifadəçiyə məsləhət üçün müraciət etməlidir.

Üç dəfə geri qaytarmaq qaydasını səhvən pozduğumu başa düşmüşəmsə, nə etməliyəm?

Əgər siz qaydanı səhvən pozduğunuzu bildinizsə, yaxud digər istifadəçi sizə bu barədə məlumat verdisə, istəmədən də olsa, özünüzün həmin səhifədəki sonuncü düzəlişinizi geri qaytarmalısınız. Ümumi halda, tam zəmanət verilməsə də, bu davranışınız sizin bloklanmamağınıza səbəb ola bilər.

Həmçinin bax

İstinadlar


Saytda 230 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024