Vikipediya:Kənd meydanı Haqqında Məlumat - Axtarış

Vikipediya:Kənd meydanı Haqqında Məlumat - Axtarış


Vikipediya:Kənd_meydanı üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Vikipediya:Kənd meydanı sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Vikipediya:Kənd meydanı sözünə uyğun gələn mahnı axtar və yüklə


Vikipediya:Kənd meydanı sözünə uyğun gələn lazımlı linklərə bax


Vikipediya:Kənd meydanı sözünə uyğun gələn şəkillərə bax və yüklə


Vikipediya:Kənd meydanı sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaVikipediya:Kənd meydanı sözünə uyğun gələn məqaləni oxu


Vikipediya:Kənd meydanı sözünə uyğun gələn xəbər axtar və oxu


Vikipediya:Kənd meydanı sözünə uyğun gələn kinoya bax və yüklə


Vikipediya:Kənd meydanı sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Vikipediya:Kənd meydanı sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Vikipediya:Kənd meydanı tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Vikipediya:Kənd meydanı

Ən son rəy:1 saat öncə, White Demon tərəfindən "Yerli olmayan əsərlərin adlandırılması ilə bağlı" mövzusunda


Redaktə Bərpası funksiyası artıq aktivdir redaktə

 
Redaktə bərpa olunanda çıxan bildiriş. Azərbaycanca layihələrdə bu cümlələr azərbaycan dilindədir.

Salam hərkəsə. Azərbaycanca Vikipediya daxil olmaqla bir çox vikilərdə Redaktə Bərpası funksiyası artıq aktivdir. Funksiyanın mahiyyəti bəlkə də çoxlarımızın işinə yarayacaq. Belə ki, əgər səhvən brauzeri və ya kompüteri bağlasanız və həmin anda da vikidə yadda saxlanmamış redaktələriniz olsa bu funksiya sayəsində artıq onlar itməyəcək.

Aktivləşdirmək üçün nizamlamalarda Redaktə bölməsinə daxil olun və "Redaktə Bərpası funksiyasını aktivləşdirin" xanasını seçərək yadda saxlaya klikləyin. Bundan sonra səhvən bağladığınız səhifəyə qayıtdıqda bu xəbərdarlığı alacaqsınız. Əlavə olaraq Xüsusi:EditRecovery səhifəsindən də baxa bilərsiniz.

Qeyd: Bu funksiya vizual redaktorda işləmir, sadəcə vikimətn redaktorunda işləyir. Nemoralis (müzakirə) 19:08, 9 aprel 2024 (UTC)Cavabla

Təşəkkürlər. Yararlı funksiyadır. Patriot (müzakirə) 10:21, 10 aprel 2024 (UTC)Cavabla
Şəxsən mənə çox lazım olacaq bir funksiyadır. Baskervill 00:42, 13 aprel 2024 (UTC)Cavabla
Əladı. Məndə bəzən problemlər olurdu və əməyim həba olurdu. Təşəkkürlər... Hörmətlə, Gadirmüzakirə 00:57, 13 aprel 2024 (UTC)Cavabla
Təşəkkürlər. Aktivləşdirdim.— Nicat49   müzakirə 16:24, 13 aprel 2024 (UTC)Cavabla
Çox gözəl funksiyadır. Əziyyəti olanlara minnətdaram. Rəcəb Yaxşı (müzakirə) 05:04, 16 aprel 2024 (UTC)Cavabla

ABŞ-də inzibati vahid redaktə

Salam. 2015-də eyniadlı başlıq açılır Kənd meydanında və bir nəticəyə gəlinmir. İndi isə qarışıqlıq yaranıb kateqoriya adlarında. Bəziləri qraflıq, bəziləri dairə adlandırılıb. Səhifələr də həmçinin. Məsələn, Havay (dairə) intervikisi isə "Hawaii county". Yenə Leyk qraflığının intervikisi "Lake county".

İlk özüm baxanda dedim ki, hər halda "qraflıq" və "dairə" ayrı-ayrı inzibati vahiddir. Yaxşı, onda niyə eyni kateqoriyadadır? Qraflıq üçün ayrıca kateqoriya açılmayıb?

Düzdür, deyəsən bir nəfər açmaq istəyib:). Amma sonra Qraflıq (ABŞ) səhifəsini intervikiləri müqayisə edəndə eyni inzibati vahid olduğu qənaətinə gəldim. İndi kateqoriya adları və səhifə adlarını vahid bir adla adlandırmaq lazımdır ki, qarışıqlıq olmasın. "County" sözü bizə "qraflıq" kimi tərcümə olunur. Belə olduqda kateqoriyaların adlarını dəyişməli olacağıq. Ya da siz hansı sözü təklif edirsiniz? Hatselate (müzakirə) 11:47, 13 aprel 2024 (UTC)Cavabla

Qraflıq yaxşıdır. "Dairə" rusların "okruq" sözünün tərcüməsidir. Kosmik Ozan utora! 12:19, 13 aprel 2024 (UTC)Cavabla
@Hatselate o kateqoriyanı Şablon:ABŞ qraflığı yaradır. Əgər məni deyirsizsə mən məcburiyyətdən yaratmış və adının da doğru olmadığı haqda kateqoriyaya şablon yerləşdirmişəm. Araz Yaquboglu (müzakirə) 13:34, 13 aprel 2024 (UTC)Cavabla
Salam, ümumiyyətlə, mən kateqoriyani kimin yaratdığını bilmirdim. Şablonun yaratdığını da, həmçinin. Sadəcə kateqoriya adı ingilis sözləri və Azərbaycan dilindəki sözlərin qarışığından ibarət idi və ":)" ona vurğu idi Hatselate (müzakirə) 19:25, 13 aprel 2024 (UTC)Cavabla
Türkdilli (Türkiyə türkçəsi) Vikipediyada county gedir. Nə fikirləşirsiniz, bəlkə Az-Vikidə kaunti olsun? Ümumiyyətlə Azərbaycan dilində rəsmi qəbul olunmuş adlanma var? Zohrab javad (müzakirə) 08:43, 15 aprel 2024 (UTC)Cavabla
Yoxdur, deyəsən. Tapa bilməmişdim. Düşünürəm ki, tərcümə olsa, yaxşı olar Hatselate (müzakirə) 09:39, 16 aprel 2024 (UTC)Cavabla

Yerli olmayan əsərlərin adlandırılması ilə bağlı redaktə

Salam, dostlar. Bir müddət öncə artıq film məqalələrindən və digər əsərlərdən, incəsənət işlərindən lüzumsuz dəqiqləşdirmələrin yığışdırılması prosesinə başlanıldı. Sırada tətbiq olunası vacib bir iş daha var. Düzdü, hələ o iş tam yekunlaşmamış olsa da, işlər icra olunur gedir və bu da bir az vaxt alan işdir, amma zatən tələsmirik, hamısı qaydasına qoyulur və vaxtla da bitəcək. Düşünürəm ki, bu da çox vacib məsələdir və bu məsələdə də artıq adekvat addım atmaq lazımdır. Bütün xarici ekran işlərinin tərcümə edilərək azərbaycancaya "uyğunlaşdırılıb" adlandırıldıqları səhifələri əgər mənbə yoxdursa və film elə xarici adı ilə (istər orijinal adı, istərsə də beynəlxalq adı) tanınırsa, elə onu da qeyd edək. Çox vikilər elə edir elə. Və biz də bundan sonra da bu səhvə yol verməyək. Mənbəsiz tərcümə etmək, başlıq qoymaq orijinal tədqiqatdır elə. Hərfi tərcümələr də eləcə. Tərcüməni mənbə olan vaxt müzakirə etmək olar. Vikipediya mənbələrə əsaslanaraq yazılır. Nə vaxtsa yayımlanar, mənbələr olar, o vaxtda müzakirə edib dəyişərik. Bundan əlavə, yayımlanan işlərə belə, sırf bir kanal elə yayımlayıb deyə o formada adlandırmaq doğru deyil, məncə. Daha çox necə tanındığına, varsa mənbələrə baxmalıyıq ki, həmin mənbələr bu işlərə necə müraciət edir. Yəni qısacası, hansı daha ağır basırsa, orijinal yaxud beynəlxalq adımı, yoxsa TV verdiyi admı. Axı bunu fərqli TV-lər fərqli adlarla da verə bilər, onda nə olacaq? Güman ki, bu tətbiq olunmağa başladıqdan sonra müəyyən məqalələr barədə müzakirə səhifələrində dəqiqləşdirmələr üçün müzakirələr aparmaq lazım gələcək. Əgər ehtiyac olarsa, buna aid xüsusi səhifə də yaradarıq. Bir mövzuda da fikirləriniz maraqlıdır. Deyəlim ki, bir işə azərbaycanca müraciət edən mənbələr yoxdur, amma izləyicilərin, kütlənin həmin işə müraciət etdiyi adlandırma forması var, yenə də bu da bizə əsas vermir ki, məqaləni durub o formada adlandıraq. Bu halda sadəcə yönləndirmə vermək kifayətdir, fikrimcə. Mənbə olsa bu məlumatı məqalədə qeyd də etmək olar. Və ya mənbə yoxdursa, hamıya bilinən faktı mənbəsiz də əlavə etmək problem deyil. Bu məsələni ekran işləri üzrə açsam da, eyni hal digər tərəfdən, rəsm əsərləri, roman, kitab, məqalə, tezis, tədqiqat və s. üçün də keçərlidir. Yəni nəticəni onlar üçün də keçərli sayın. Mahnı və albomlar, jurnal, qəzet və s. zatən olduğu kimi qeyd olunur deyə onlarda bu barədə problem yoxdur. Amma bu adlarda da tranliterasiya olunur, o barədə nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 23:23, 14 aprel 2024 (UTC)Cavabla


Kifayət qədər məntiqli və əsaslı səbəblər təqdim etmişəm və düşünürəm ki, konsensus olarsa, tətbiqində problem də olmayacaq. Oxuduqdan sonra fikirlərinizi "lehinə" yaxud "əleyhinə" (təbii ki, əks arqumentlər də gətirərək) bölməsində bildirin lütfən. Müzakirə bölməsi şərhləriniz üçün açıqdır. Hörmətlə, Gadirmüzakirə 23:28, 14 aprel 2024 (UTC)Cavabla

Lehinə redaktə

  1. +  Lehinə: təklifi verən kimi. Hörmətlə, Gadirmüzakirə 23:28, 14 aprel 2024 (UTC)Cavabla
  2. +  Lehinə:elonizm 20:12, 15 aprel 2024 (UTC)Cavabla

Əleyhinə redaktə

  1. −  Əleyhinə: Qeyd etdiyiniz məsələləri çözmək üçün istiqamətləndirmə səhifələrini işlətmək olar. Tərcümə tədqiqat deyil. — Мурад 97 (müzakirə) 20:58, 15 aprel 2024 (UTC)Cavabla

Müzakirə redaktə

Bura nümunə olaraq bir neçə ekran işini qeyd edəcəyəm. Misal üçün, Squid Game barədə "Kalmar oyunu" olaraq axtarış etsəniz (hərfi tərcüməsi olsa belə) kifayət qədər mənbələrlə qarşılaşacaqsınız, orijinal adı ilə də nəticələr kifayət qədər çoxdur, az dilli mənbələrdən söhbət gedir təbii ki. Amma Prison Break üçün "Həbsxanadan qaçış" olaraq heç bir mənbə çıxmır, əlaqəsiz şeylər çıxır, axtardığınız sözlərlə bağlı xəbərlər və s. Breaking Bad serialını İTV "Bədbəxt" kimi yayımlasa da, bu barədə də öz saytı xaric düz-əməlli mənbələr yoxdur. Məsələn, Fast & Furious barədə bilirik ki, yayımlanıb da, mənbələr də var, hamı da bu adla bilir və istinad edir. Halbuki hərfi tərcüməyə qalsa, heç mənası "Forsaj" deyil. Olmalı idi: "Sürətli və qəzəbli". Fikir vermişəm, sənət əsərlərində və kitablarda da bu adlandırmalara, problemə çox rast gəlinir. Lokal adı yoxdur, götürülüb tərcümə edilib. Bu arada, bu tətbiq olunsa, envikidə belə bir qayda var, növbəti addım kimi onu tərcümə edəcəyəm. Çox yaxşı qaydadır, əsərlərin necə adlandırılmasını stil kitabçası ilə nizamlayır. Bununla da yuxarıda da qeyd edilən bütün bu problemlər öz əksini tapacaq. Təəssüf ki, yayımlanmadığı və mənbə olmadığı üçün bir çox əsər üçün ad problemi yaranır, amma bu bizə orijinal tədqiqata yol verməyə imkan verməməlidir. Digər dillərdə də tərcümə etmirlər, yoxdursa, orijinal formada qeyd edirlər əksər halda. Sadəcə Vikidə tərcümələrə yol verilib deyə Google Panelində də götürüb hamısını azərbaycanca yazıblar və orijinal, beynəlxalq adlarını da yazanda həmin o tərcümə olunmuş versiyalarla rastlaşırıq, amma yad gəlir o adlar bizə. Hörmətlə, Gadirmüzakirə 00:34, 15 aprel 2024 (UTC)Cavabla

@Gadir, bu, çox geniş və qarışıq mövzudur. Söhbət sadəcə film və serial adlarından getmir. Rəsm əsərləri də buna daxildir. Amma belə də bir şey var: əgər biz filmlərin adlarını tərcümə etməyi orijinal tədqiqat hesab ediriksə, onda şəxslərin və yerlərin adlarını transliterasiya etməyi də orijinal tədqiqat hesab etməliyik, çünki bizdə əksər dil üçün rəsmi tranliterasiya qaydalarımız yoxdu. Belə olan halda belə çıxır ki, onda şəxs adlarını da olduğu kimi yazmalıyıq. Yəni mən bu barədə tez-bazar qərar verilməsinə yaxşı baxmıram. Yaxşı-yaxşı düşünmək lazımdır bu barədə. Çünki filmlər, kitablar haqqında alacağımız qərar domino effektinə səbəb olacaq. Kosmik Ozan utora! 00:51, 15 aprel 2024 (UTC)Cavabla
Bəli, qeyd etmişəm onları da, rəsm əsərləri və kitabları. Əslində yenə də bir şəxs barədə yazı olmasa da, başqa bir yazıda o adı tranliterasiya edilmiş formada görürük və bilmirəm, yəqin, bəlkə də bu bizə əsas verir. Bir də ki, tranliterasiyanı dilimiz tələb edir, mənbələr də olanda götürüb o formada yazırlar, xarici dildə yox. Yerlər deyəndə nəyi nəzərdə tutursunuz? Obyektlər və yaşayış məntəqələri? Əslində bu müzakirəyə adlar aid edilməsə də, ikinci məsələdə qeyd etdiyimi nəzərdə tutursunuzsa, o da əlavə oluna bilər. Yəni yaşayış yerləri əksər halda olur, kiçikləri (məsələn, kənd) olmaya bilir olmayanda da. Amma məsələn, saraylar və heykəllər, çox araşdırmamışam, amma yəqin ki, onlarda da olanı da var, olmayanı da. Bilirsiniz nə təklif edirəm. Sırf bu müzakirə film, serial, kitab, rəsm əsəri və oxşar digərləri kimi əsərlərlə bağlıdır deyə müzakirənin yekununda bu mövzuları adlandırma məsələsində müzakirə olunması üçün KM kimi ümumi müzakirə səhifəsi açaq, necə ki, bu, transliterasiya üçün var. Yəni hər dəfə problemləri orada həll edək, adlandırmalar barədə orada müzakirə edək. Ümumi bir səhifəmiz olar, onu orada, bunu burada danışmarıq. Əslində ilk cümlənizdə haqlılıq payınız var. Sadəcə mən məntiqli və əsaslı səbəbləri də qeyd edərək icmadan konsensus gözləyirdim, yəni açığı, sadəcə müzakirə tərzində bir başlıq olsa idi, çox da maraq olmayacaqdı deyə düşünürəm. Hörmətlə, Gadirmüzakirə 01:05, 15 aprel 2024 (UTC)Cavabla
Əgər filmin lisenziyası alınıb fərqli adda yayımlanıbsa o zaman həmin adla, yəni Azərbaycanca adı ilə qeyd etmək olar. Lakin lisenziya alınmadan filmin adının dəyişdirilməsi mənim fikrimcə, birbaşa olaraq düzgün deyil. O ki, qaldı yer və şəxs adlarına onlar tərcüm edilmir, transliterasiya edilir. Lakin əsər, film və s. adları birbaşa tərcümə edilir, yerli mənbələr olmasa belə. Onların transliterasiya olması əlbəttə ki, absurddur. Bu səbəbdən orijjinal dildə saxlanmasını, tərcüməli mənbələrin olduğu adları isə tərcümə edilmiş formada (yanında orijinal adı olmaqla) qeyd edilməsinin məqbul olduğunu düşünürəm. — elonizm 16:20, 15 aprel 2024 (UTC)Cavabla
Zatən əsər adları (film, proqram, serial, tablo və s.) kursivlə veriləcək, qeyd etdiyim qaydaya əsasən. Bu halda orijinal xarici adları da, yerli adları da varsa, kursivlə vurğulanacaq. Hörmətlə, Gadirmüzakirə 16:23, 15 aprel 2024 (UTC)Cavabla

Mən White Demon ilə razılaşıram, hər bir əsər növü ilə bağlı (film, rəsm, serial, tvşou) ayrıca qayda qəbul olunmalıdır. Ayrılıqda müzakirə olunmalıdı, ayrı qayda qəbul olunmalıdır. Hamısını bir başlıq altına yığmaq normal nəticə verməyəcək.— Bikar müzakirə 16:05, 15 aprel 2024 (UTC)Cavabla

Bir şeyi də qeyd edim ki, bizdə tranliterasiya edəndən sonra çox vaxt normal adı silirlər, bu, qalmalıdır, silinməməlidir. Hörmətlə, Gadirmüzakirə 16:07, 15 aprel 2024 (UTC)Cavabla
@Мурад 97, necə tədqiqat deyil? Məsələn, siz başqa cür tərcümə edirsiniz, mən başqa cür, indi hansını yazaq? O bir qırağa, heç bizim tərcümələrin mənbəsiz falan dəstəklənmədən yazılması birbaşa tədqiqatdır. Çünki o nəticəyə siz gəlmisiniz. Hörmətlə, Gadirmüzakirə 21:02, 15 aprel 2024 (UTC)Cavabla
Gadir, təklif etdiyiniz prinsipi qəbul etsək, Vikipediyada (məsələn) mənim fəaliyyətimin təxm. 80%-i VP:OT-dır. İstifadəçi səhifəmdə "vikitərcüməçi" şablonu tapa bilərsiniz və bu yerli/yeni bir xüsusiyyət deyil. Vikipediya üçün tərcümə həmişə normal idi və VP:OT olaraq sayılmır. Elə buna görə Vikipediyanın tərcümə üçün xüsusi alətləriqaydaları mövcuddur. Və hər Viki-də bu qaydalar fərqli ola bilər. Bizdə qəbul olunan qaydalar, Azərbaycan dilində ümumiyyətlə mövcud olan normaları əks etdirir və burda VP:OT-ya zidd olan bir şey yoxdur. — Мурад 97 (müzakirə) 21:17, 15 aprel 2024 (UTC)Cavabla
Tərcümə normaldır, amma bunun mövzumuza aidiyyəti yoxdur axı. Ümumiyyətlə, söhbət ondan getmir. Digər vikiləri nümunə çəkirsiniz, amma qeyd etmirsiniz ki, digər vikilərdə tərcümə etmirlər, əksəri mənbə yoxdursa, elə serial yaxud filmin həmin öz adını da yazır. Ona qalsa, Azərbaycanın bir sıra yaşayış obyektləri ingilis dilində və bəzi digər dillərdə də orijinalındakı kimi "ə" hərfi də qeyd edilməklə tərcüməsiz verilib, bəzi məqalələrdə də çevrilib. Baxır nəyi tərcümə edirsən, nəyi yox. Göstərdiyiniz qayda deyil, təlimatdır + mətn daxili tərcümədir, diqqət etsəz. O şablon da məzmun tərcümə edənlər üçündür, başlıq, ad yox. Hörmətlə, Gadirmüzakirə 21:25, 15 aprel 2024 (UTC)Cavabla
Qısaca belə deyim də, mənbələrdə heç olmasa az da işlənən bir adı yoxdursa, axı mən durub niyə görə, hansı əsasla özümdən ad uydurmalıyam? Bəli, məhz uydurmaq. Çünki mövcud deyil elə bir şey. Mənbə yoxdursa, o da uydurmadır. Oxucu necə təxmin eləsin ki, mən necə tərcümə etmişəm. Yəni bilmədiyi bir şeyi necə axtarsın və axtaranda da heç başa düşməyəcək. Hörmətlə, Gadirmüzakirə 21:27, 15 aprel 2024 (UTC)Cavabla
Hər şeyi tərcümə ediriksə, o zaman mahnıları, qəzetləri, jurnalları və albomları da tərcümə edək? Hörmətlə, Gadirmüzakirə 21:42, 15 aprel 2024 (UTC)Cavabla
Digər vikiləri ona görə qeyd edirəm ki, onların öz dillərinə uyğun qaydaları var, bizdə isə öz dilimizə. Məsələn, bizim dilimizdə qəzetlərin adlarını tərcümə etmək normal deyil: [1]; filmlərin adlarını tərcümə etmək isə normaldır: [2] (bəli, bu ancaq iki nümunədir, amma hamımız bilirik ki, normalda belədir). Verdiyim keçidlər isə (təlimat ya qayda olsa, fərqi yox əslində, bu həmin nümunələrin mənasını dəyişmir), onu göstərir ki, Vikipediya üçün tərcümə normal bir şeydir və VP:OT sayılmır. Qısaca, tərcümə uydurma deyil. — Мурад 97 (müzakirə) 21:51, 15 aprel 2024 (UTC)Cavabla
O qeyd etdiyiniz tərcümə yox, transliterasiyadır. Həm də ki, bu mənbələr özü-özlüyündə məqalənin adının azərbaycanca olması üçün əsas verir. Mən deyirəm ki, məzmun tərcüməsi normaldır, başlıq tərcüməsi isə həqiqətən deyil. O ada istinad edən mənbələrin olması şərtdir, yoxdursa, nə vaxt olanda qoyarıq və o zamana kimi süni şəkildə və mübahisəli tərcümələrə də gərək yoxdur. Hörmətlə, Gadirmüzakirə 22:02, 15 aprel 2024 (UTC)Cavabla
Transliterasiya tərcümənin bir növüdür. Yazırsınız ki, "məzmun tərcüməsi normaldır, başlıq tərcüməsi isə həqiqətən deyil". Amma, bunu necə əsaslandırırsınız, görmürəm. Məsələn, mənə yazdığınız birinci ismarıcınızdakı bu dəlilə baxaq: "necə tədqiqat deyil? Məsələn, siz başqa cür tərcümə edirsiniz, mən başqa cür, indi hansını yazaq". Bu başlıq tərcüməsinə qarşı dəlil deyil, ümuniyyətlə tərcümələrə qarşı dəlildir. — Мурад 97 (müzakirə) 22:16, 15 aprel 2024 (UTC)Cavabla
Orada söhbət başlıqdan gedir. Çünki məzmunda bir cümləni fərqli formalarda müəyyən şəkildə yazmaq olur, orada informasiya veririk və oxucu elə də yazsaq bizi başa düşəcək, belə də, çünki bir şey başa salırıq, informasiya veririk. Burada isə 2, 3, 4, hətta 5 başlıq fikirləşirik alternativ kimi, və bunlardan birini mənbəsiz şəkildə ad təyin edirik. Oxucu deməyəcək ki, bunu hardan almısınız? Məqalə adlandırmaları ilə bağlı qaydalar var və orada qeyd olunur ki, məqalə adları mənbələrə əsasən təyin edilməlidir və necə ki, edilir də. Bu mövzuda da elə olmalıdır, niyə görə bu, istisna olmalıdır? Tərcümə yox, elə orijinal versiya yazılmalıdır. Əksər halda elə xarici versiyaya istinad olunur, sabit bir tərcümə olmayanda. Elə yerli saytlar özü də xarici adlara istinad edirlər. Hörmətlə, Gadirmüzakirə 22:21, 15 aprel 2024 (UTC)Cavabla
İstifadəçi axtarışda yazacaq beynəlxalq adını və istiqamətləndirmə vasitəsi ilə lazım olan səhifəyə keçə bilər. Yəni, məncə burda istifadəçilərə narahatlıq yarada bilən problem istiqamətləndirmə səhifələrin azlığıdır, məqalə adları deyil. — Мурад 97 (müzakirə) 08:18, 16 aprel 2024 (UTC)Cavabla
Məqalənin başlığını tərcümə etməklə mətni tərcümə etmək eyni şey deyil. Məqalənin içərisində "I am from Baku" cümləsini necə tərcümə etməyinin oxucu üçün heç bir fərqi yoxdu, əsas odu ki, məna düzgün olsun. Amma başlıq başqa məsələdir, oxucu elə biləcək ki, bu, filmin bizim dildəki rəsmi adıdır. Halbuki özümüzdən uydurmuşuq. Kosmik Ozan utora! 10:53, 16 aprel 2024 (UTC)Cavabla
Tərcümə ümumiyyətlə uydurma deyil. Heç yerdə. — Мурад 97 (müzakirə) 11:14, 16 aprel 2024 (UTC)Cavabla
Başlıq uydurma ola bilər. Məsələn, "12 Angry Men" filmini sən həm "12 əsəbi adam" kimi də yaza bilərsən, "12 qəzəbli adam" kimi də. Məna eynidir, indi hansı doğrudur, hansı deyil? Buna necə qərar veriləcək? Rəsmi ad mövcud deyilsə. Kosmik Ozan utora! 11:30, 16 aprel 2024 (UTC)Cavabla

Şəxs şablonlarında təhsili bölməsində məktəblərin qeyd olunması redaktə

salam icma. Araz bəylə fikir ayrılığı yaşadığımız üçün icmanın fikrini öyrənmək qərarına gəldim. belə ki, mənə görə, şəxs şablonlarında şəxsin oxuduğu məktəb əgər xüsusi önəmli məktəb deyilsə (yəni misal üçün Ali Hərbi Məktəb) onu şablonda qeyd etmək lazım deyil. mən hər yerdə, bütün vikilərdə də belə görmüşəm. mənə görə də, məntiqli olanı budur. Araz bəy bir neçə dəfə redaktəmi geri qaytarıb. əgər oxuduğu məktəb minlərlə sıradan məktəblərdən biridirsə onun üçün niyə ayrıca vikidata yaradıb şablonuna da əlavə edirik ki? Universitet olsa hə. Və ya Kollec. yoxsa adi məktəbdə buna nə ehtiyac var? bu hansı təcrübədə var? məqalənin içində verildi fsoda. əgər 1 məqalədə icazə verilirsə, deməli digər bütün məqalələrdə bu edilə bilər. hamı öz məktəbinin vikidatasın yaradıb əlavə etsin. belə çıxır ki, onda o birilər də getdiyi kursları filan vikidatasın yaradıb qeyd etsin. rəsm kursu, nağara kursu, abituriyent kursu filan. elə kurslar var məktəbdən daha məşhurdu. elə deyil? əgər sırf təhsildir deyə şablonda təhsil bölməsində qeyd olunmalıdırsa, vallah mən hazırlıqda məktəbdən daha çox öyrənmişəm. onda öz hazırlıq müəllimlərimin də adın qeyd edim. nə düşünürsüz? Atakhanli (müzakirə) 10:32, 15 aprel 2024 (UTC)Cavabla

Müzakirəni açarkən bir az detalları ilə yazsaz daha yaxşı olardı. Belə ki, siz şəxsin vikidatasından məktəbin adını çıxarıb sonra da vikidatada sns edirsiz. Şəxsin məqaləsindən silirsizsə sns niyə edirsiz? Bəyəm bu məktəb (Sankt-Peterburq şəhər 193 nömrəli orta məktəb) önəmli məktəbdir ki, onu heç silmir, saxlayırlar. Belə yüzlərlə məktəb haqqında vikidata var. — Araz Yaquboglu (müzakirə) 10:41, 15 aprel 2024 (UTC)Cavabla
Həmin məktəb qeyd olunmamalıdır deyə çıxarmışam və xüsusi önəmə malik olmadığı üçün SNS-yə vermişəm. qeyd etdiyiniz məktəb də bəli önəmli məktəbdir, hansı ki, Vladimir Putinin də oxuduğu məktəbdir. müqayisə belə oluna bilməz. necə ki, bizdə də 6 nömrəli məktəb-lisey var. hansı ki, önəmlidir. yoxsa dediyim kimi, 10 minlərlə məktəbdən biri deyil. Atakhanli (müzakirə) 10:45, 15 aprel 2024 (UTC)Cavabla
O önəmli məktəb haqqında nə əcəb heç bir vikidə məqalə yoxdur? Araz Yaquboglu (müzakirə) 10:48, 15 aprel 2024 (UTC)Cavabla
məsələ budur? açdığım mövzu budur? siz bilmirsiniz ki, həmin o məktəb hansısa parametrdə qeyd olunubsa deməli vikidatası olmalıdır, silinməməlidir. həmin o məktəb də Rusiya Prezidenti Vladimi Putinin vikidatasında qeyd olunub. Atakhanli (müzakirə) 10:51, 15 aprel 2024 (UTC)Cavabla
Bu məktəb hansı parametrdə qeyd olunub? Heç bir. — Araz Yaquboglu (müzakirə) 10:53, 15 aprel 2024 (UTC)Cavabla
Bəs mən də o məqalədə istifadə etmişəm deyə deməli vikidatası olmalıdır. Özünüz dediyinizi özünüz inkar edirsiz. Araz Yaquboglu (müzakirə) 10:55, 15 aprel 2024 (UTC)Cavabla
xahiş edirəm kibar başa düşün, elə bilirdim gedib hansısa yerdən milyonlarla vikidatadan birin çıxarıb gətirəcəksiniz ki, burda var, burda yoxdur. gedib İndoneziya məktəbin tapmısız. SNS olunub saxlanılıb? indi biri yaradıbda. mən də indi 30-40 məktəb yaradım. bu səbəbdir? + açdığım mövzu bu deyil axı. Vikidata parametri silinməlidir ya qalmalıdır, onu Vikidatanın SNS-sində bildirin zəhmət olmasa. burada mövzu tam başqadır. + O boyda ölkənin prezidenti ilə adi adam birdir? Adicə elə öz nümunə göstərdiyiniz Rusiya məktəbinə baxın. sadəcə Vladimir Putininin məqaləsində istifadə olunub. necə ki, biz də öz prezidentimizdə belə etmişik. 6 nömrəli məktəb. indi deyirsiniz ki, milyonlarla əhaləsi olan Rusiyada bu məktəbdə oxuyan heç bir vikipediyada məqaləsi olan adam yoxdur? var, sadəcə qeyd olunmur. niyə? çünki vacib deyil, lazım deyil. Atakhanli (müzakirə) 11:02, 15 aprel 2024 (UTC)Cavabla
Bəs SNS niyə edirsiz. Orada sənə yazdıqları kimi, reklamdır? Məktəbdir da, Şəxs və ya şirkət deyil ki? Araz Yaquboglu (müzakirə) 11:54, 15 aprel 2024 (UTC)Cavabla
fikrimi orada bildirmişəm. vikidata Google Maps deyilki. vikidatada olacaq qədər ən azından əhəmiyyəti olmalıdır bir şeyin. məqaləsi olmasa belə Atakhanli (müzakirə) 11:56, 15 aprel 2024 (UTC)Cavabla
Əhəmiyyətlidir da. Çünki vikipediyada məqaləsi olan şəxs o məktəbi bitirib. Hansısa boş yerə, keçidi olmayan bir məktəb haqqında vikidata açmamışam ki, onun da müzakirəsi aparam. Keçidi olmasa, hə, siz deyəndi. Daha heç nə də yazmayacam. Məndən bu qədər. Boş yerə vaxtımı alırsız. Araz Yaquboglu (müzakirə) 12:10, 15 aprel 2024 (UTC)Cavabla
Şəxs şablonundakı o parametr səhvdir. Orijinalı "alma mater" yazılıb, bu da sırf ali təhsili əhatə edir, orta və ibtidai təhsili yox. --► Hörmətlə: SolaVirum 12:23, 15 aprel 2024 (UTC)Cavabla
amma mənə nə çatmır, Atakhanli, məktəbi niyə SNS edirsiniz? Vikidatada ensiklopediya məqalələri haqqında elementlər belə var, Toghrul R bilər. Ciddi deyirəm, silməyə dəhşət həvəslisiniz. Bu, konstruktiv fəaliyyət deyil. --► Hörmətlə: SolaVirum 12:25, 15 aprel 2024 (UTC)Cavabla
nəyin var, nəyin var olmadığını bilirəm. SNS niyə edilir? Layihə üçün əhəmiyyətli hesab etmədiyin üçün. o məktəb də adi məktəblərdən biridir. vikidata üçün önəmli olmadığı üçün namizəd göstərdim sadəcə. yəni, müzakirəyə təqdim etdim. vikidata Google Maps deyil ki, hər nöqtə barədə məlumat olsun. Oranın da öz önəmli-önəmli olmayan şeyləri olur. fəaliyyətimdən narazısınızsa həmin layihənin inzibatçılarına müraciət edin Atakhanli (müzakirə) 12:34, 15 aprel 2024 (UTC)Cavabla
Atakhanli, mənim müraciət etməyimə ehtiyac yoxdur, orada sizə irad bildiriblər onsuz da. Sözsüz ki, vikidatanı burada müzakirə etmək mənasızdır. Hər halda, destruktiv fəaliyyət göstərdiyinizi qeyd etməliyəm. --► Hörmətlə: SolaVirum 13:22, 15 aprel 2024 (UTC)Cavabla
SNS-dir. SNS-də fərqli fikir niyə irad olsunki?)) 😅 tamam. bəli, burada açılan mövzu fərqlidir deyə ora aid olan fikirləri ora yazmaq yaxşıdır 👍 Atakhanli (müzakirə) 13:36, 15 aprel 2024 (UTC)Cavabla
İbtidai məktəbi infoboksda qeyd etməyə ehtiyac yoxdur, liseydir, əhəmiyyətli məktəbdir, onlar qeyd oluna bilər. Kosmik Ozan utora! 12:44, 15 aprel 2024 (UTC)Cavabla
@White Demon Fikrinə qatılıram. Redivy (müzakirə) 21:35, 15 aprel 2024 (UTC)Cavabla
Salam, bəylər. Əslində kim haqlı, kim haqsız deyə bilməyəcəm, çünki konkret bu barədə qaydamız olmalıdır ki, nəyi daxil etmək olar infoboksa, nəyi yox. O da olmadığına görə heç bir fikir bildirə bilmirəm. Hörmətlə, Gadirmüzakirə 04:12, 16 aprel 2024 (UTC)Cavabla
Şərh  Şərh:@Atakhanli dediklərində doğruluq var. Şablonda qeyd olunmalı deyil - Hidirsuban (müzakirə) 10:47, 16 aprel 2024 (UTC)Cavabla

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024