Yüksəltmə (elmi fantastika) Haqqında Məlumat - Axtarış

Yüksəltmə (elmi fantastika) Haqqında Məlumat - Axtarış


Yüksəltmə_(elmi_fantastika) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Yüksəltmə (elmi fantastika) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Yüksəltmə (elmi fantastika) sözünə uyğun gələn mahnı axtar və yüklə


Yüksəltmə (elmi fantastika) sözünə uyğun gələn lazımlı linklərə bax


Yüksəltmə (elmi fantastika) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Yüksəltmə (elmi fantastika) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaYüksəltmə (elmi fantastika) sözünə uyğun gələn məqaləni oxu


Yüksəltmə (elmi fantastika) sözünə uyğun gələn xəbər axtar və oxu


Yüksəltmə (elmi fantastika) sözünə uyğun gələn kinoya bax və yüklə


Yüksəltmə (elmi fantastika) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Yüksəltmə (elmi fantastika) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Yüksəltmə (elmi fantastika) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Yüksəltmə (elmi fantastika)

Yüksəltmə və ya aplift (ing. uplift) – daha inkişaf etmiş bir irqin nisbətən daha az inkişaf etmiş bir irqin təkamül prosesinə müdaxil edərək həm texnoloji, həm də intellektual cəhətdən "yüksəltməsi" ilə xarakterizə olunan elmi fantastika motivi.[1] Yüksəltmə konsepsiyası əsasən planetlərarası irqlərin münasibətindən bəhs edən elmi fantastika əsərlərində daha populyar olsa da, bəzən planetdaxili irqlər arasındakı münasibətlərdə də istifadə olunur.[1]

"İtmiş ruhların adası" filminin posteri.

Tarixi redaktə

Yüksəltmə motivinin istifadə olunduğu ən qədim nümunə Herbert Uells tərəfindən 1896-cı ildə yazılmış "Doktor Moronun adası" romanıdır.[1] Bu əsərdə Doktor Moro müxtəlif cərrahi proseslərlə heyvanları insanlaşdırmağa çalışır.[1] Bu əsər "İtmiş ruhların adası" (1932) kimi bir çox film adaptasiyası üçün ilham mənbəyi olmuşdur.[1]

Kino dünyasında tanınan ən məşhur yüksəltmə hekayəsi 1968-ci ildə çəkilmiş "2001: Kosmik Odissey" filmidir.[1] Filmdə yadplanetlilər insan təkamülünə müdaxil edirlər.[1] Film Artur Klarkın "Qoruyucu" (1951) adlı qısa hekayəsindən təsirlənərək yazılsa da, Klark 1968-ci ildə filmin hekayəsini romanlaşdırmışdır.[1] Klarkın 1953-cü ildə yazdığı "Uşaqlığın sonu" romanı da yüksəltmə konsepsiyasına malikdir.[1] Bu romanda yadplanetlilər insanların sosial və bioloji təkamülünə müdaxilə edirlər.[1]

Kordvayner Smitin "Bəşəriyyərin instumentallığı" əsərində heyvanlar insan səviyyəsinə gətirilərək kölə kimi işlədilir.[1] Heyvanların yüksəldilməsi konsepsiyasına Robert O'Brinin "Cənab Frisbi və PSMİ siçovulları" (1971) və Klifford Donald Saymakın "Şəhər" əsərindəki (1952) itlər də daxildir.[1]

Yüksəltmə konsepsiyasının istifadə olunduğu ən məşhur elmi fantastik əsər Devid Brin tərəfindən yazılmış "Yüksəltmə" seriyasıdır.[2] Bu əsər sözügedən terminin populyarlaşmasına səbəb olmuşdur.[2] Seriyanın "Günəş dalğıcı" (1980), "Ulduz axınının yüksəlməsi" (1983), "Yüksəltmə müharibəsi" (1987), "Parlaqlıq rifi" (1995), "Sonsuzluq sahili" (1996) və "Cənnətə çatış" (1998) romanları uğur qazanmışdır.[2] Bu seriyada bir çox intellektli növlər ulduzlararası sivilizasiyada iştirak edərək yüksəldiləcək və onlara qatıla biləcək növlər axtarışındadırlar.[2] İnsanlar bu sivilizasiyaya qoşulurlar, amma yuxarıdaların yüksəltməsi olmadan bunu bacarırlar.[2] Bu hal insanlara müəyyən siyasi çətinliklər yaradır.[2]

Yüksəltmə motivi müstəmləkəçilik dövründə yaşanan "ağ adamın yükü" vəziyyətinə alleqoriya kimi qəbul olunur.[2] Bu hal başqa planetlərin koloniyalaşdırılması barədə olan əsərlərdə daha çox hiss olunur.[2] Robert Silverberqin "Yerin aşağısına doğru" (1970) əsərində Belzaqor planetinin koloniyalaşdırılması təsvir olunur.[2] Koloniyaçılar bu planetdə Nildoror irqini yüksəltmə məşğul olarkən onların əslində daha ağıllı olduqlarını müşahidə edirlər.[2] İen Benksin "Mədəniyyət" seriyasında isə "Minds" adlı süni intellekt tərəfindən idarə olunan utopik insan cəmiyyətindən bəhs edilir.[2] Bu süni intellekt ancaq insanları idarə etmir, həm də digər irqlərin təkamülünə də müdaxilə edir.[2]

Əlaqəli anlayışlar redaktə

Kiberpankgenetik mühəndisliyi kimi elmi fantastika mövzuları öz-özünü yüksəltmə hesab olunur.[2] Sinqulyarlıq isə insan yaradıcıları tərəfindən yüksəldilmiş süni intellektin daha sonra özünü yüksəltməsinə başlamasından bəhs edən motivdir.[2]

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • Booker, M. Keith. Historical Dictionary of Science Fiction in Literature (ingiliscə). Rowman & Littlefield Publishers. 2014. 311–312. ISBN 9780810878846. İstifadə tarixi: 15 dekabr 2022.

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024