Yaşamaq hüququ Haqqında Məlumat - Axtarış

Yaşamaq hüququ Haqqında Məlumat - Axtarış


Yaşamaq_hüququ üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Yaşamaq hüququ sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Yaşamaq hüququ sözünə uyğun gələn mahnı axtar və yüklə


Yaşamaq hüququ sözünə uyğun gələn lazımlı linklərə bax


Yaşamaq hüququ sözünə uyğun gələn şəkillərə bax və yüklə


Yaşamaq hüququ sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaYaşamaq hüququ sözünə uyğun gələn məqaləni oxu


Yaşamaq hüququ sözünə uyğun gələn xəbər axtar və oxu


Yaşamaq hüququ sözünə uyğun gələn kinoya bax və yüklə


Yaşamaq hüququ sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Yaşamaq hüququ sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Yaşamaq hüququ tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Yaşamaq hüququ (ing. Right to life) — İnsanın ən mühüm təbii hüquqlarından biri. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. [1] Yaşamaq hüququ insanın mövcudluğu ilə bağlıdır və onu insana heç kəs vermir. Bu hüquq, sadəcə insanın doğulması faktı ilə yaranır. Hər bir şəxs psixobioloji catışmazlığa malik olub olmamasından, habelə şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir. Yaşamaq hüququnun konstitusion təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Yaşamaq hüququ ölüm cəzasının məhdudlaşdırıcısı kimi çıxış edir. İnsanın yaşamaq hüququ beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilmiş və beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır.

Tarixi və məzmunu redaktə

Ümumiyyətlə, insan və vətəndaş hüquqları, onun əsas azadlıqları problemi mürəkkəb və çoxplanlı xarakterə malikdir. İnsan zəkası dəfələrlə insan hüquqları probleminə müraciət etmiş, müxtəlif dövrlərdə və müxtəlif dövlətlərdə dəfələrlə insanın azadlıq hüququ, öz taleyinin sahibi olmaq hüququ kimi bəyanatlar vermişdir.

İkinci dünya müharibəsinə qədər beynəlxalq ictimaiyyət insan hüquqlarına onaların yaşamaq, bərabərlik kimi hüquqlarının müdafiəsinə az diqqət yetirirdi. İkinci dünya müharibəsi, faşist cinayətkarlarının həmin dövrə qədər görünməmiş vəhşilikləri, onların bir sıra xalqlara qarşı həyata keçirdikləri soyqırım kimi belə halların qarşısının gələcəkdə alınması üçün 1945- ci ildə Birləşmiş millətlər Təşkilatının yaradılmasını şərtləndirdi. Təşkilatın məqsədi beynəlxalq sülhün dəstəklənməsi, başqa sözlə, bəşəriyyətin müharibələrdən həqiqi müdafiəsi və bununla da insanın yaşamaq hüququnun təsdiqi idi.[2]

Beynəlxalq hüquqda redaktə

Mahiyyətcə beynəlxalq münasibətlər praktikasında insanın əsas hüquq və azdlıqları haqqında geniş müddəalar spektrinin təsbit edildiyi ilk sənəd 1948-ci il dekabrın 10 da BMT Baş Assambleyası tərəfindən qəbul edilən Ümumdünya insan hüquqları Bəyannaməsidir. Həmin Bəyannamənin 3- cü maddəsində göstərilir ki, hər bir insanın yaşamaq, azadlıq və toxunulmazlıq hüququ var. [3]

Demək olar ki, bütün dünya dövlətlərinin konstitusiyalarında, habelə insan hüquqları sahəsində beynəlxalq aktlarda “hər kəsin yaşamaq hüququ vardır” müddəasına rast gəlmək olar. Bu ilk növbədə ictimai həyatın bütün sahələrində fəallığı, cəmiyyətin inkişafında və şübhəsiz, bəşəriyyətin mövcud olmasında və yaşamasında misilsiz rolu ilə izah olunur. Hüquq ədəbiyyatınada göstərildiyi kimi insan həyatının ali sosial dəyəri onun qurduğu dövlət tərəfindən təmin edilməlidir. [4] Bu fundamental hüququ iki aspektdə nəzərdən keçirmək mümkündür: Birincisi, dövlət, onun nümayəndələri və ayrı-ayrı şəxslər tərəfindən şəxsiyyətin həyatının hər hansı qanunsuz qəsddən qorunması hüququ kimi; İkincisi, şəxsiyyətin öz həyatı ilə sərbəst etmək hüququ kimi. Mahiyyətcə qalan bütün digər hüquqlar bu təməl hüququn ətrafında bu və ya digər şəkildə birləşirlər.


Azərbaycan qanunvericiliyində yaşamaq hüququ redaktə

Azərbaycan Respublikasında konstitusion səviyyədə beynəlxalq standartlara cavab verən geniş hüquq və azadlıqlar kompleksi təsbit olunmuşdur. Respublikasinin Konstitusiyasinin 27- ci maddəsində qeyd edilir:

I. Hər kəsin yaşamaq hüququ vardır.

II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.

III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək , yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.

IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.[5]

Azərbaycan Respublikasının ilk milli konstitusiyasının 158- ci maddəsindən 48-i başqa sözlə uçdə biri insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmişdir. Azərbaycan Respublikasının konstitusiyasının 12-ci maddəsinin I hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. [6]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Aqşin Quliyev, Hüquq Ensiklopediyası, Bakı, Qanun Nəşriyyatı, 2007. Səh. 1069
  2. Орлов. А. Н. Милосердна ли легкая смерть: Красноярск: Офсет, 1995, с.116-118
  3. Beynəlxalq sənədlər toplusu, I cild, Bakı, GİSO Enterprise KRİNB, 2005. Səh.83
  4. Cəfərov İ. Azərbaycan respublikası Konstitusiyasının şərhi. Bakı, Hüquq ədəbiyyatı, 2004. Səh. 18
  5. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, Qanun nəşriyyatı, 2019. Səh. 14-15
  6. Azərbaycan Respublikası konstitusiyası. Bakı. Hüquq ədəbiyyatı, 2012. Səh.9

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024