Yapon riyaziyyatı Haqqında Məlumat - Axtarış

Yapon riyaziyyatı Haqqında Məlumat - Axtarış


Yapon_riyaziyyatı üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Yapon riyaziyyatı sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Yapon riyaziyyatı sözünə uyğun gələn mahnı axtar və yüklə


Yapon riyaziyyatı sözünə uyğun gələn lazımlı linklərə bax


Yapon riyaziyyatı sözünə uyğun gələn şəkillərə bax və yüklə


Yapon riyaziyyatı sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaYapon riyaziyyatı sözünə uyğun gələn məqaləni oxu


Yapon riyaziyyatı sözünə uyğun gələn xəbər axtar və oxu


Yapon riyaziyyatı sözünə uyğun gələn kinoya bax və yüklə


Yapon riyaziyyatı sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Yapon riyaziyyatı sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Yapon riyaziyyatı tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Yapon riyaziyyatı

Yapon riyaziyyatı və ya vasan (和算?)Edo dövründə ortaya çıxmış və Meyci islahatına qədər Yaponiyada istifadə olunmuş ənənəvi riyazi sistem.[1] Meyci islahatından sonra Avropadan Yaponiyaya gətirilmiş riyazi sistem isə yosan (洋算?) adlanır.[1] Abak və bir neçə termindən başqa vasan hazırda Yaponiyada sadəcə tarixi mövzu hesab olunur.

Yaponiyada "Vasanın tanrısı" adlandırılan Seki Takakazu.

Tarixi redaktə

XIX əsrə qədər redaktə

Formal riyaziyyat Yaponiyaya ilk dəfə VII-VIII əsrlərdə Çindən gəlib.[1] Lakin vurma cədvəli kimi sadəcə riyazi vasitələr istisna olmaqla, bu biliklərin çoxu unudulub.[1] XVI əsrdə yaponlar Çindən gələn və arifmetika formasında olan yeni riyazi biliklərlə tanış olublar.[1] Bu yeni riyaziyyatın faydalı olacağını düşünən samuray və tacir siniflərinin dəstəyi ilə Yaponiyaya xas olan yeni riyazi sistem inkişaf etmişdir.[1]

Yapon riyaziyyatı haqqında olan və dövrümüzə qədər gəlib çatmış ən köhnə traktat 1620-ci ildə Mori Şiqeyoşi tərəfindən nəşr olunmuş "Bölmə haqqında yazılar" əsəridir.[1] Onun tələbəsi olan Yoşida Mitsuyoşi tərəfindən 1627-ci ildə nəşr olunmuş "Cindoki" əsəri isə praktiki hesablamalarda geniş istifadə olunmuş, uzun müddət arifmetika dərsliklərinin başlıqları üçün termin olaraq işlədilmişdir.[1] Həmin dövrdə Çindən gələn, çubuqlarla hesablama metodu olan tenqencutsu metodu sayəsində bir məchulu olan cəbri bərabərlikləri hesablamaq mümkün olmasa da, eynivaxtlı bərabərlikləri həll etmək üçün yorucu metod idi.[1] Yaponiyada "Vasan tanrısı" olaraq adlandırılan Seki Takakazunun hazırladığı cəbri notasiya sisteminə qədər bu problem həll olunmamış qalmışdır.[1] Seki determinantlar nəzəriyyəsini inkişaf etdirmiş, dairənin çevrəsini hesablamaq üçün düstur tapmış, beləliklə, vasanın bünövrəsini qoymuşdur.[1]

 
Sekinin "Katsuya Sampo" (1712) əsərinin replikası. Səhifədə Bernulli ədədlərindən bəhs olunur.

Sekinin tələbəsi olan Takabe Katahiro "Tetsucutsu sankey" (1722) əsərində genişlənmə və görüşmə sürəti nəzəriyyələrini inkişaf etdirmişdir.[1] Qəribəliyi ilə tanınan riyaziyyatçı Kuruşima Yoşihiro XVIII əsrdə Laplas teoreminiEyler funksiyasını avropalı alimlərdən öncə kəşf etmişdir.[1] Həmin dövrdə yaşamış Matsunaqa Yoşisuke pi ədədini 50-ci mərtəbəyə qədər hesablaya bilmiş, Kuruşima ilə birlikdə çalışaraq Seki və onun tələbələri tərəfindən inkişaf etdirilmiş riyaziyyatı sistemləşdirmişdir.[1] Bu iş Yamaci Nuşizumi tərəfindən davam etdirilmişdir.[1] Yamacinin tələbələrindən biri olan, Kurume daymyosu Arima Yoriyukinin 1769-cu ildə yazdığı, vasan prinsiplərindən bəhs edən "Cuki sampo" əsəri ilə riyaziyyatı populyarlaşdırmışdır.[1] Yamacinin digər tələbəsi olan Acima Naonobu qövslər və çevrələr elmini inteqral hesablamalar nəzəriyyəsinə qədər inkişaf etdirmişdir.[1] Acimanın işləri tələbəsi olan Vada Nei tərəfindən davam etdirilmişdir.[1] Vada müəyyən inteqrallar cədvəlini hazırlamış və Qərbdəki sistemə oxşayan sistem hazırlamışdır.[1]

XIX əsrdən sonra redaktə

XVII-XVIII əsrdə yaşamış vasan alimlərinin çoxu samuray sinifindən olsa da, XIX əsrin birinci yarısında bir çox tacir sinifindən şəxs vasanla məşğul olmağa başlamışdır.[1] Lakin bu dövrdə yeni nəzəriyyələrindən böyük irəliləyişlər olmamışdır, məktəblər arasında mübahisələr getmişdir.[1] Aida Yasuaki Moqamiryu (və ya Saycoryu) adlı məktəb qurmuş və 20 il boyunca Yamacinin tələbəsi olan Fucita Sadasuke ilə mübahisə aparmışdır.[1] Mübahisələr riyaziyyatından özündənsə, məktəblərin nüfuzu ətrafında cərəyan edirdi.[1]

XIX əsrin ortalarında həndəsi fiqurları öyrənmək populyarlaşmışdır.[1] Yapon riyaziyyatçılar dəniz naviqasiyası və digər praktiki məqsədlər üçün astronomiya, triqonometriya, loqaritma və digər riyazi aspektləri Avropadan götürməyə başlamışdırlar.[1] Meyci dövrünün ilk illərində vasan alimləri yeni məktəb sistemi üçün riyaziyyat kurrikulumunun inkişaf etdirilməsində köməklik etmişdirlər.[1] Yaponiyanın ən qədim akademik cəmiyyəti olan və hazırkı Yaponiya Riyaziyyat Cəmiyyətinin sələfi olan Tokio Suqakuşa cəmiyyəti 1877-ci ildə təsis olunanda üzvlərinin yarısından çoxu vasan təhsili almışdı.[1] Lakin əsrin sonuna doğru Qərb riyaziyyatı vasanı geridə qoymağa başlamışdır.[1]

Məşhur riyaziyyatçıları redaktə

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • Kodansha Encyclopedia of Japan. VIII cild. Tokio: Kodansha. 1983. səh. 231. ISBN 0-87011-628-2. İstifadə tarixi: 12 mart 2022.

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024