Yaponiyada antisemitizm Haqqında Məlumat - Axtarış

Yaponiyada antisemitizm Haqqında Məlumat - Axtarış


Yaponiyada_antisemitizm üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Yaponiyada antisemitizm sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Yaponiyada antisemitizm sözünə uyğun gələn mahnı axtar və yüklə


Yaponiyada antisemitizm sözünə uyğun gələn lazımlı linklərə bax


Yaponiyada antisemitizm sözünə uyğun gələn şəkillərə bax və yüklə


Yaponiyada antisemitizm sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaYaponiyada antisemitizm sözünə uyğun gələn məqaləni oxu


Yaponiyada antisemitizm sözünə uyğun gələn xəbər axtar və oxu


Yaponiyada antisemitizm sözünə uyğun gələn kinoya bax və yüklə


Yaponiyada antisemitizm sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Yaponiyada antisemitizm sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Yaponiyada antisemitizm tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Yaponiyada antisemitizm

Yaponiyada antisemitizm (日本における反ユダヤ主義, Nihon ni aru hanyudayaşuqi?) ilk dəfə XX əsrin birinci yarısında yayılmağa başlamışdır. İkinci dünya müharibəsində Yaponiyada antisemitik təbliğatlar aparılsa da, Yaponiya qeyri-monoteist ölkə olduğu üçün və böyük yəhudi icmasına malik olmadığı üçün bu idealogiya heç vaxt geniş yayılmamışdır.[1]

Nobutaka Şioden 1930-cu illərdə Yaponiyada antisemitizmin əsas təbliğatçısı olmuşdur.

Tarixi redaktə

Müharibəyəqədər redaktə

Yapon–yəhudi münasibətləri XIX əsrin ikinci yarısında başlamışdır.[1] Yaponiyada yəhudilər haqqında ilk mənfi ideyalar 1877-ci ildə Vilyam Şekspirin "Venesiya taciri" əsərinin tərcüməsi ilə yaranmışdır.[1]

Yaponiyaya antisemitizmi 1918–22-ci illərdə Sibirdə döyüşmüş və Ağ qüvvələrlə əlaqələr yaratmış yapon əsgərlər gətirmişdir.[1] 1920-ci illərdə Yaponiyada sağçılar yəhudiləri təsvir edərkən "yəhudi təhlükəsi", "kommunizmin səbəbkarları", "dünyanı idarə etmək konspirasiyası" kimi ifadələrdən istifadə etməyə başlamışdırlar.[1] Buna baxmayaraq, liberal alim Sakuzo Yoşino və başqa yazıçılar antisemitizmi tənqid etmiş, hətta bəziləri yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsini təbliğ etmişdirlər.[1] Fələstində olmuş, sionist liderlərlə görüşmüş polkovnik Norihiro Yasue və donanma kapitanı Koreşiqe İnuzuka antisemitik olsalar da, Yaponiyanın maraqları uğrunda yəhudilərlə əməkdaşlıq etməyə razı idilər.[1] 1920–30-cu illərdə Yaponiya tərəfindən işğal edilmiş MancuriyaÇin ərazilərində antisemitizm Ağ rus faşistləri tərəfindən təbliğ olunurdu.[1] Onlar "Our Way" qəzetində idealogiyalarını yayırdılar və bir çox varlı yəhudini qaçırıb öldürürdülər.[1]

1930-cu illərdə Yaponiyada antisemitizm Nasist Almaniyasından təsirlənmişdir.[1] Xüsusilə, 1936-cı ildə imzalanmış Antikomintern paktının bu məsələdə böyük rolu olmuşdur.[1] Adolf Hitlerin "Mənim mübarizəm" əsərinin yapon dilinə tərcümə olunmasından sonra antisemitizm antiqərbçilik və antikommunizm hərəkatının bir hissəsinə çevrilmişdir.[1] Masonluq, Rotari İnterneşnl, Çarli Çaplin, cazpornoqrafiya yəhudi konspirasiyanın vasitələri elan olunmuşdur.[1] Beynəlxalq Siyasi və İqtisadi Assosiasiya və onun "Yudaya Kenkyu" adlı mətbu orqanı əsas antisemitik alətlər olmuşdur.[1] Leytenant-general Nobutaka Şioden bu dövrün ən əhəmiyyətli antisemitik aktivisti idi.[1] Dövrün digər antisemitik şəxslərinə siyasətçi Nobusuke Kişi, ultrasağçı Ryoiçi Sasakava, jurnalist Tokutomi Soho və diplomat Toşio Şiratori daxil idi.[2]

Bütün bunlara baxmayaraq, antisemitizm Yaponiya hökumətinin müharibə siyasətinin parçası olmamışdır.[2] Yaponiya hökuməti yəhudilərin ölkədə məskunlaşmasına icazə vermiş, nasistlərin deportasiya tələblərini qəbul etməmişdir.[2]

Postmüharibə redaktə

Müharibədən sonra Yaponiyada antisemitizm öz aktuallığını itirmişdir.[2] 1980-ci illərdə Yaponiyada yəhudilər haqqında kitabların sayında partlayış baş vermişdir.[2] Böyük hissəsi antisemitik olan bu kitablar müharibədən öncəki nəşrlərin təkrar versiyaları idi və "Sion müdriklərinin protokolları", masonluqla ABŞ-ni idarə etmək və müasir yəhudi konspirasiyaları kimi mövzulara həsr olunmuşdu.[2]

1980-ci illərin əsas antisemitik şəxslərinə şintoist keşişi Motohisa Yamakaqe, jurnalist Qo Akama və müəllim Masami Uno daxil idi.[2] Masaminin üzv olduğu Orta Şərq Problemləri üzrə Tədqiqat İnstitutu və Ribaçi Tədqiqat İnstitutu yəhudilər haqqında 9 kitablıq seriya hazırlamış, eləcə də, "Enoch" adlı antisemitik jurnal nəşr etdirmişdir.[2] Bu dövrün antisemitikləri yəhudiləri İsrail vasitəsilə dünyanı ələ keçirmək, Cənubi Koreya iqtisadiyyatıyen vasitəsilə Yaponiya iqtisadiyyatını məhv etmək və Almaniyanın birləşməsinin qabağını almaqla ittiham etmişdirlər.[2]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Huffman. səh. 13
  2. 1 2 3 4 5 6 7 8 9 Huffman. səh. 14

Ədəbiyyat redaktə

  • Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. 13–14. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 8 noyabr 2022.

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024