Yayoi Kusama Haqqında Məlumat - Axtarış

Yayoi Kusama Haqqında Məlumat - Axtarış


Yayoi_Kusama üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Yayoi Kusama sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Yayoi Kusama sözünə uyğun gələn mahnı axtar və yüklə


Yayoi Kusama sözünə uyğun gələn lazımlı linklərə bax


Yayoi Kusama sözünə uyğun gələn şəkillərə bax və yüklə


Yayoi Kusama sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaYayoi Kusama sözünə uyğun gələn məqaləni oxu


Yayoi Kusama sözünə uyğun gələn xəbər axtar və oxu


Yayoi Kusama sözünə uyğun gələn kinoya bax və yüklə


Yayoi Kusama sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Yayoi Kusama sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Yayoi Kusama tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Yayoi Kusama (草間 彌生, Kusama Yayoi?, d. 22 mart 1929)Yaponiya avanqard sənətçisi. Əsasən heykəltaraşlıq və quraşdırma sənəti ilə, eləcə də, rəssamlıq, film, dəb, poeziya kimi sənət sahələri ilə də məşğul olur. Onun işləri konsepsual incəsənətə əsaslanır, işləri feminizm, minimalizm, sürrealizm, pop-art və abstrakt ekspressionizm kimi üslublardadır, avtobioqrafik, psixoloji və seksual məzmun daşıyır. Hazırda Yaponiyada yaşayan ən vacib müasir sənətçilərdən biri hesab olunur.

Yayoi Kusama
yap. 草間彌生
Doğum tarixi 22 mart 1929(1929-03-22)[1][2][…] (95 yaş)
Doğum yeri
Fəaliyyəti heykəltaraş, roman yazıçısı, rəssam, yazıçı, boyakar[d], fotoqraf, quraşdırma rəssamı[d], conceptual artist, dəb dizayneri, video artist, performance artist[d], kollaj hazırlayan[d], memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı
Janrlar abstraksionizm[3][5], İnstallyasiya[d][3][5]
Stillər abstraksionizm[6], müasir incəsənət[6], pop-art[6]
Mükafatları 4-cü dərəcəli "Doğan günəş" ordeni "Mədəniyyət" ordeni
yayoi-kusama.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kusama Yaponiyanın Matsumoto şəhərində anadan olub və Kioto İncəsənət Məktəbində nihonqa adlı ənənəvi yapon rəssamlıq üslubunu öyrənib.[7] Lakin o, Amerikan abstrakt impressionizmindən təsirlənib. 1958-ci ildə Nyu-York şəhərinə köçüb və 1960-cı illərin avanqard cərəyanına qoşulub. 1970-ci illərdən etibarən sənətlə məşğul olmağa davam edir.[8]

Həyatı redaktə

Yayoi Kusama 22 mart 1929-cu ildə Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində anadan olub.[9] Dörduşaqlı ailənin üçüncü uşağı idi. Kusama balaca yaşlarda rəssamlıqla məşğul olmağa başlayıb, 18 yaşında şeir yazırdı. Anası onun sənətlə məşğul olmasını dəstəkləmirdi. İkinci dünya müharibəsində isə bir hərbi fabrikdə Yaponiya ordusu üçün paraşütlərin tikilməsi işi ilə məşğul olmuşdur. Onun sözlərinə görə uşaqlığı bu təcrübədən çox təsirlənib. 10 yaşında isə hallüsinasiyalar görməyə başlayıb. Kusamaya görə hallüsinasiyalarında onunla danışan güllər də görürdü.

Kusama 1948-ci ildə Kioto İncəsənət Məktəbində nihonqa öyrənməyə başlayıb, lakin yapon stilini bəyənməyən Kusama Avropa və Amerika avanqard sənətinə yönəlib. 1950-ci illərdə Matsumoto və Tokio şəhərlərində şəxsi sərgilərini təşkil etməyə başlayıb.

1950-ci ildən başlayaraq Kusama əsasən kağızda sulu boya və ya yağlı boya ilə abstrakt şəkillər çəkməyə başlayıb. O, divarları, döşəmələri, ev əşyalarını xallarla bəzəyirdi. Bu üslub daha sonra onun tanınmış üslubuna çevriləcəkdi.

ABŞ dövrü redaktə

Tokio və Fransada yaşadıqdan sonra Kusama 27 yaşında ABŞ-yə köçüb. O bildirmişdi ki, Yaponiya cəmiyyəti qadınlar üçün çox kiçik və feodalistikdir. 1957-ci ildə Sietl şəhərinə köçüb və Zoe Dusanna qalereyasında bir sərgisi baş tutub. Bu şəhərdə 1 il yaşadıqdan sonra Nyu-Yorka köçüb. ABŞ-yə köçdükdən sonra avanqard cərəyanında öz üslubu ilə reputasiya qazanıb və sənət tənqidçisi Herbert Ridin xoş sözlərini qazanıb.

1961-ci ildə studiyasını Donald Cadd və heykəltaraş Yeva Hesse ilə eyni binaya köçürüb. Kusama Hesse ilə yaxın dost olmuşdur. 1960-cı illərdə ayaqqabıları, nərdivanları, ayaqqabıları ağ fallik çıxıntılarla bəzəməyə başlayıb. 1963-cü ildən Güzgü/Sonsuzluq otaqları seriyasına davam edib. Bu kompleks sonsuz güzgü quraşdırmalarında otaqlar güzgülü şüşələrlə əhatə olunub və neon rəngli kürələrlə təchiz olunub.

Növbəti illərdə Kusama xeyli məhsuldar yaradıcılıqla yadda qalıb və 1966-cı ildən etibarən otaq ölçülü, güzgülər, işıqlarla əhatə olunan quraşdırmalar üzərində işləməyə davam edib. O, Donald Cuddu və Cozef Kornelli yaxın dostları və dəstəkçiləri arasında görürdü. Lakin Kusama öz işlərində maddi qazanc əldə edə bilmirdi və həmin dövrdə həddən artıq işlədiyindən xəstəxanaya yerləşdirilib. Corciya O'Kiff Edit Herbertdən xahiş etmişdi ki, Kusamadan bəzi əsərlərini satın alaraq ona kömək etsin. Bir çox kişi sənətçi onun əsərlərini təqlid edib. Həmin şəxslər bu əsərlərdən şöhrət qazansalar da, Kusama məşhurluq qazana bilməyib. Eləcə də, layiq olduğu pulu qazana bilməyib. Bu hal hətta onun intihara təşəbbüs etməsinə gətirib çıxarıb.

1960-cı illərdə Kusama Vyetnam müharibəsini tənqid edən və özündə çılpaqlıq ehtiva edən əsərlər üzərində işləyib. Bir əsərində Yayoy Kusama Riçard Niksona açıq məktub yazmışdı və Vyetnam müharibəsini dayandırmasının qarşılığında onunla seks təklif etmişdi. 1967-1969-cu illərdə o, maksimum şəkildə ictimaiyyətə açıq, çılpaq performansçılardan ibarət performanslar üzərində işləyib. Müasir İncəsənət Muzeyinin Heykəltaraşlıq Bağçasında keçirdiyi bir performansda Kusamanın göstərişi ilə 8 performansçı paltarlarını soyunmuş və yaxınlıqdakı heykəlləri təqlid edən pozalar vermişdilər.

Təsiri redaktə

  • ABŞ Superchunk qrupun "Here's to Shutting Up" albomunda "Art Class (Song for Yayoi Kusama)" (ing. İncəsənət dərsi (Yayoi Kusama üçün mahnı)) adlı mahnı var.

İstinadlar redaktə

  1. https://rkd.nl/explore/artists/122345.
  2. Yayoi Kusama (nid.).
  3. 1 2 3 Artnet. 1998.
  4. The Fine Art Archive.
  5. 1 2 http://www.artnet.com/artists/yayoi-kusama/.
  6. 1 2 3 Cole R. Yayoi Kusama // Encyclopædia Britannica (ing.).
  7. "Yayoi Kusama". guggenheim.org. 21 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2018.
  8. Yamamura, Midori (2015) Yayoi Kusama: Inventing the Singular. MIT Press. ISBN 9780262029476
  9. "Yayoi Kusama | Biography, Art, & Facts". Encyclopædia Britannica. 25 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2019.

Saytda 126 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024