Yeni Zelandiya yaponları Haqqında Məlumat - Axtarış

Yeni Zelandiya yaponları Haqqında Məlumat - Axtarış


Yeni_Zelandiya_yaponları üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Yeni Zelandiya yaponları sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Yeni Zelandiya yaponları sözünə uyğun gələn mahnı axtar və yüklə


Yeni Zelandiya yaponları sözünə uyğun gələn lazımlı linklərə bax


Yeni Zelandiya yaponları sözünə uyğun gələn şəkillərə bax və yüklə


Yeni Zelandiya yaponları sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaYeni Zelandiya yaponları sözünə uyğun gələn məqaləni oxu


Yeni Zelandiya yaponları sözünə uyğun gələn xəbər axtar və oxu


Yeni Zelandiya yaponları sözünə uyğun gələn kinoya bax və yüklə


Yeni Zelandiya yaponları sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Yeni Zelandiya yaponları sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Yeni Zelandiya yaponları tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Yeni Zelandiya yaponları

Yeni Zelandiya yaponları və ya yapon əsilli yeni zelandiyalılar (日系ニュージーランド人, Nikkey Nyucirandocin?)Yeni Zelandiya dövlətinin ərazisində yaşayan yapon əsilli şəxslər. Bu qrupa həm yapon immiqrantlar, həm də Yeni Zelandiyada doğulmuş yapon əsilli şəxslər daxildir.

Yeni Zelandiya yaponları
Ümumi sayı
18.141[1] (2018)
Yaşadığı ərazilər
Kraystçerç, Vellinqton, Oklend
Dili

Yeni Zelandiya ingiliscəsi, yaponca

Dini

buddizm, şintoizm, xristianlıq, dinsizlik

Tarixi redaktə

 
Yapon əsilli Yeni Zelandiya tennisçisi Ben Maklaxlan.

XIX əsr redaktə

Yeni Zelandiyaya gələn ilk yaponlar sirk sənətçiləri olmuşdurlar.[2] 1874-cü ildə Yaponiyadan gələn akrobatlar və güləşçilər Yeni Zelandiyada çıxış etmişdirlər.[2]

1880-ci illərdə Yaponiyaya məxsus donanma gəmiləri Yeni Zelandiyaya səfərlər etmişdir.[2] Yaponiyanın gəmi kapitanlarından biri maori kralı Tafiaoya samuray zirehi təqdim etmişdir.[2] 1886-cı ildə Yaponiya jurnalisti Şiqa Şiqetaka Yeni Zelandiyaya səfər etmiş və ölkədəki irqi ayrı-seçkilik haqqında yazmışdır.[2] Te Ati Ava ivisinin lideri və Yeni Zelandiya siyasətçisi olan Vi Tako Nqatata onunla görüşmüş və ona lələk plaşı hədiyyə etmişdir.[2]

XIX əsrdə ancaq iki yapon Yeni Zelandiyada məskunlaşmışdır.[2] 1890-cı ildə Blaff limanına çatan Asaciro Noda Yeni Zelandiyada məskunlaşan ilk yapon olmuşdur.[2] Ölkədə məskunlaşan ikinci yapon olan Kazuyuki Tsukivava isə Danidin şəhərində yaşamağa başlamış və 1907-ci ildə Yeni Zelandiya vətəndaşlığı almışdır.[2] Onlar Yeni Zelandiyada dənizçi və aşpaz kimi işləmiş, evlənmiş və ailə sahibi olmuşdurlar.[2]

1900–1945 redaktə

1899-cu ildə Yeni Zelandiyada qəbul edilən İmmiqrasiya Məhdudiyyəti Aktı yaponların ölkəyə miqrasiya etməsinə mane olmuşdur.[3] 1915–19-cu illərdə Yeni Zelandiyaya cəmi 55 yapon gəlmişdir.[3] 1920-ci illərə qədər ancaq 14 yapon kişi Yeni Zelandiyada məskunlaşmış, İkinci dünya müharibəsinə qədər isə ancaq 10 yapon Yeni Zelandiya vətəndaşlığı ala bilmişdir.[3] Onlardan üçü Şimal adasının Şərq sahilində məskunlaşmışdı.[3]

İkinci dünya müharibəsi zamanı ölkənin beş yapon sakini "düşmən" hesab edilərək Vellinqton limanında yerləşən Matiu adasında həbs edilmişdir.[3] Feterston qəsəbəsində yerləşən əsir düşərgəsində isə yüzlərlə yapon müharibə əsiri saxlanılmışdır.[3] Həbs düşərgəsində baş verən üsyanların birində 48 yapon müharibə əsiri öldürülmüşdür.[3]

İkinci dünya müharibəsindən sonra redaktə

İkinci dünya müharibəsindən sonra Yaponiya ilə Yeni Zelandiya arasındakı münasibətlər yaxşılaşmışdır.[4] 1965-ci ildə Messi Universiteti ölkədə yapon dilini tədris edən ilk universitet olmuşdur.[4] 1986-cı ildə ölkədəki immiqrasiya kriteriyaları dəyişmiş və Yeni Zelandiyaya gələn yaponların sayında böyük artım baş vermişdir.[4] Yeni Zelandiyada yaşayan yaponların sayı 1996-cı ildə 7.461, 2006-cı ildə 11.910, 2011-ci ildə isə 14.118 olmuşdur.[4] 1987-ci ildə Yeni Zelandiyaya gələn yapon turistlərin sayı 66.404 olduğu halda, 1997-ci ildə bu rəqəm 162.736-ya çatmışdır.[4]

1990-cı illərdən etibarən bir çox yapon tələbə təhsil məqsədilə Yeni Zelandiyaya gəlir və dil məktəblərində təhsil alır.[4] 1996-cı ildə yaponlar Yeni Zelandiyanın ən böyük 19-cu etnik qrupu idilər.[5]

Vəziyyət redaktə

2018-ci ilin məlumatına əsasən Yeni Zelandiyada 18.141 yapon əsilli şəxs yaşayır.[1] Yeni Zelandiyaya gələn yaponların çoxu işləmək, evlənmək, qohumların yanına köçmək və ya təhsil almaq məqsədilə gəlir.[6] Yapon icması mədəniyyət tədbirlərinin, xüsusilə, "Yaponiya günləri"nin keçirilməsində iştirak edir.[6] Ölkədə karaoke barları və yapon restoranları fəaliyyət göstərir.[6]

Yeni Zelandiya yaponları əsasən Şimal adasında məskunlaşıblar.[5] Ölkədəki ən böyük yapon icması Oklend şəhərində yerləşir.[6] Yaponların çoxu Oklendin şərqində yaşayır. Digər yapon icmalarına Kenterberi, VellinqtonHoks-Bey icmaları aiddir.[6]

İstinadlar redaktə

  1. 1 2 "2018 Census Ethnic Group Summaries:Japanese". Statistics New Zealand. 2021-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Copland, Tessa. "Japanese - East and West: early days". Te Ara - the Encyclopedia of New Zealand (ingiliscə). 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.
  3. 1 2 3 4 5 6 7 Copland, Tessa. "Japanese - Contact 1900–1945". Te Ara - the Encyclopedia of New Zealand (ingiliscə). 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.
  4. 1 2 3 4 5 6 Copland, Tessa. "Japanese - Post-war changes". Te Ara - the Encyclopedia of New Zealand (ingiliscə). 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.
  5. 1 2 Tanaka, Koichi. "Characteristics of Japanese residents in New Zealand: a comparison with other ethnic groups". Asian Studies Review. 23 (1). 1999: 69–92. doi:10.1080/10357829908713221. ISSN 1035-7823.
  6. 1 2 3 4 5 Copland, Tessa. "Japanese - Community and culture". Te Ara - the Encyclopedia of New Zealand (ingiliscə). 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.

Xarici keçidlər redaktə


Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024