Yevgeni Leonov Haqqında Məlumat - Axtarış

Yevgeni Leonov Haqqında Məlumat - Axtarış


Yevgeni_Leonov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Yevgeni Leonov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Yevgeni Leonov sözünə uyğun gələn mahnı axtar və yüklə


Yevgeni Leonov sözünə uyğun gələn lazımlı linklərə bax


Yevgeni Leonov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Yevgeni Leonov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaYevgeni Leonov sözünə uyğun gələn məqaləni oxu


Yevgeni Leonov sözünə uyğun gələn xəbər axtar və oxu


Yevgeni Leonov sözünə uyğun gələn kinoya bax və yüklə


Yevgeni Leonov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Yevgeni Leonov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Yevgeni Leonov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Yevgeni Leonov (rus. Евге́ний Па́влович Лео́нов; d. 2 sentyabr 1926, Moskva, RSFSR, SSRİ – ö. 29 yanvar 1994, Moskva, Rusiya) — məşhur aktyoru, Rusiyanın Xalq artisti (1978).

Yevgeni Leonov
rus. Евге́ний Па́влович Лео́нов
Rusiya poçt markası, 2001
Rusiya poçt markası, 2001
Doğum tarixi
Doğum yeri Moskva, RSFSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi ağciyər arteriyasının tromboembolizmi
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kino aktyoru, səsləndirmə aktyoru[d], komediyaçı, televiziya aktyoru
Fəaliyyət illəri 1947-1994
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı SSRİ Dövlət mükafatı Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı Ümumittifaq Lenin komsomolu mükafatı "RSFSR xalq artisti" fəxri adı
"Lenin" ordeni "Şərəf nişanı" ordeni
IMDb ID0503095
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti redaktə

Yevgeni Leonov 2 sentyabr 1926-cı ildə Moskva şəhərində anadan olmuşdur.[1]

Atası Pavel aviazavodda mühəndis, anası Anna evdar qadın olub. Ana oğulları Yevgeni və ondan iki yaş böyük Nikolayın təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi, onlara hələ kiçik yaşlarından kitablar oxuyar, məşhur təyyarəçilər haqqında danışardı. Qardaşlar böyüyəndə təyyarəçi olmaq arzusunda idilər. Nikolay məktəbi qurtaranda aviasiya sahəsini seçir. Yevgeni isə artıq 5-ci sinifdə məktəbin dram dərnəyinə yazılmışdı və onda teatra maraq vardı. Ancaq o, 7-ci sinfi bitirəndə Böyük Vətən müharibəsi başlayır.[1]

Yevgeni əvvəlcə aviasiya zavoduna işə düzəlir. Sonra Orconikidze adına Aviasiya Texnikumuna daxil olur. Tələbə gecələrində şeirlər deyir, səhnəciklərdə iştirak edir, buna görə də yoldaşları onu “bizim artist” deyə çağırırlar. Texnikumun 3-cü kursunda oxuyanda Moskva Eksperimental Teatr Studiyasına daxil olur. Studiyada təhsilini bitirdikdən sonra teatrda işləməyə başlayır. 1948-ci ildən K.C.Stanislavski adına teatrda[2], 1969-cu ildə isə V.Mayakovski adına teatrda fəaliyyət göstərir.[1]

Kinoda ilk dəfə 1947-ci ildə “Həmyaşıdlar” filmində Kolya roluna çəkilir. 1949-cu ildə rejissor Vladimir Nemolyayev onu “Xoşbəxt reys” və “Buz üstdə karandaş” filmlərinə çəkir. Bundan sonra istedadını görən rejissorlar Leonovu filmlərinə dəvət edirlər.[1]

Yevgeni 1957-ci ildə Sverdlovsk şəhərində qastrolda olarkən gələcək həyat yoldaşı Vanda ilə tanış olur. Qastroldan qayıdandan sonra Vandaya zəng edərək onu Moskvaya qonaq dəvət edir. Vandanın valideynləri qızlarının aktyora ərə getməsini istəməsələr də, sonda bu evliliyə razılıq verirlər. 1957-ci ildə onlar ailə qururlar. 1959-cu ildə Andrey adında oğlanları dünyaya gəlir.[1]

1961-ci ildə rejissor Vladimir Fetinin “Zolaqlıların səfəri” filmində bufetçi Şuleykin rolu ilə onun sənət ulduzu parlayır. Film 1973-cü ildə Kəlküttədə (Hindistan) beynəlxalq uşaq filmləri festivalında “Gümüş mükafat” qazanır. Üç ildən sonra Vladimir Fetinin aktyoru “Don povesti” filminə dəvət edir. Burada o, Yakov Şibalok rolunu oynayır. Əvvəlcə rol ona çətin gəlsə də, sonradan öhdəsindən layiqincə gəlir. Ekran əsəri Hindistanda, həmçinin Kiyevdə ümumittifaq kinofestivalında mükafatlara layiq görülür.[1]

1969-cu ildə Yevgeni Leonov məşhur rejissor Eldar Ryazanovun “Uğur ziqzaqı” filmində Oreşnikov roluna çəkilir. Filmlərə çəkilməklə yanaşı, cizgi filmlərinin səsləndirilməsində də yaxından iştirak edir. Əsasən də “Vinni-Pux” cizgi filmində məşhur personajı səsləndirməsi onun vizit kartı olur. 1970-ci ildə rejissor Andrey Simirnovun “Belarus vağzalı” filmində İvan Prixodko roluna çəkilir. Lakin bu film senzuradan keçmir. Elə həmin ildə də V.Mayakovski teatrının müdiriyyəti ilə mübahisələri olduğuna görə oranı tərk edir. “Belarus vağzalı” iki il rəfdə qaldıqdan sonra Karlovı Varı festivalında mükafat qazanır və filmin ekranlarda göstərilməsinə icazə verilir.[1]

Aktyor 1971-ci ildə “Uğur centlmenləri”ində Troşkin, 1977-ci ildə “Mimino”da İvan Voloxov, 1979-cu ildə “Payız marafonu”nda çilingər Xaritonov obrazları ilə bir daha tamaşaçı sevgisi qazanır. 1979-cu ildə SSRİ-də “Ən yaxşı kişi aktyoru” adını qazanır.[1]

1988-ci ildə Yevgeni Leonov Almaniyada qastrolda olarkən infarkt keçirərək 16 saat komada qalır. Əməliyyatdan 4 ay sonra yenidən fəaliyyətə başlayan aktyor filmlərə dəvət alır, reklam çarxlarına çəkilir. Kinoda sonuncu işi “Amerkalı baba” filmində Qoqolev rolu olur. Milyonların sevimli aktyoru 1994-cü il yanvarın 29-da 67 yaşında vəfat edib.[1]

Filmoqrafiya redaktə

  1. Otuz üç (film, 1965) / Тридцать три
  2. Qar kraliçası (film, 1966) / Снежная королева
  3. Qəm yemə! (1969) / Не горюй!
  4. Mimino (film, 1977) / მიმინო

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 Səbinə Əlibalaqızı. Milyonların sevimlisi[ölü keçid] medeniyyet.az, 19.09.2014  (az.)
  2. "Евгений Леонов". Легенды. Официальный сайт театра «Ленком». 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.

Xarici keçidlər redaktə


Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024