Yuriko (rəqqasə) Haqqında Məlumat - Axtarış

Yuriko (rəqqasə) Haqqında Məlumat - Axtarış


Yuriko_(rəqqasə) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Yuriko (rəqqasə) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Yuriko (rəqqasə) sözünə uyğun gələn mahnı axtar və yüklə


Yuriko (rəqqasə) sözünə uyğun gələn lazımlı linklərə bax


Yuriko (rəqqasə) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Yuriko (rəqqasə) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaYuriko (rəqqasə) sözünə uyğun gələn məqaləni oxu


Yuriko (rəqqasə) sözünə uyğun gələn xəbər axtar və oxu


Yuriko (rəqqasə) sözünə uyğun gələn kinoya bax və yüklə


Yuriko (rəqqasə) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Yuriko (rəqqasə) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Yuriko (rəqqasə) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Yuriko (rəqqasə)

Yuriko Kikuçi (qızlıq soyadı Amemiya; 2 fevral 1920, San-Xose, Kaliforniya8 mart 2022, Manhetten, Nyu-York ştatı) və ya səhnə adı ilə Yuriko – yaponəsilli ABŞ rəqqasəsi və xoreoqrafı. Marta Qrehemin rəqs ansamblındakı fəaliyyətinə görə tanınır.

Yuriko
ing. Yuriko Kikuchi
Doğum tarixi 2 fevral 1920(1920-02-02)[1]
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Uşağı 2
Fəaliyyəti xoreoqraf, rəqqasə

Həyatı və karyerası redaktə

İlk illəri redaktə

Yuriko Amemiya 2 fevral 1920-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Xose şəhərində ABŞ-yə immiqrasiya etmiş yapon ailədə doğulmuşdur. Anası Çiyo (Furuya) Amamiya öz klinikasını açdırmış sertifikatlı mamaça idi. Atası Morişiqe Amemiya isə qadın papaqları üçün dəvəquşu lələyi idxal etməklə məşğul olurdu və həyat yoldaşının klinikasında menecer kimi işləyirdi.[2]

1923-cü ildə ispan qripi səbəbilə Yurikonun atası, eləcə də, 1 və 5 yaşında olan iki bacısı ölmüşdür. Bu səbəbdən Yurikonun anası onu Yaponiyadakı qohumlarının yanına göndərmişdir. Yuriko 1926-cı ildə Kaliforniyaya qayıtmış və anasının yeni əri Şoci Kinoşita ilə yaşamağa başlamışdır.[2]

Anası tərəfindən yerli rəqs məktəbinə yazdırılan Yuriko burada step-dansbaletlə tanış olmuşdur. 1929-cu ildə ailə Yaponiyaya səyahət etmiş və Kinoşitanın təklifi ilə Yuriko rəqs müəllimi Konami İşiinin dərslərinə yazılmışdır. Səyahət zamanı anası yeni ərindən ayrılmağa qərar vermiş, lakin Yurikonu Yaponiyada qoymuşdur. Yuriko Yaponiyadakı bu illəri ərzində İşiinin gənc rəqqaslardan ibarət truppası ilə məşq etməklə yanaşı, tikiş sənətini və kostyum tikməyi də öyrənmişdir.[2]

1937-ci ildə Yuriko Kaliforniyaya qayıtmışdır. Anası artıq Los-Ancelesdə yaşayırdı və Duqlas Mitsuhaşi adlı yeni biri ilə evli idi. Mitsuhaşinin vasitəsilə o, Mira Kinç kimi müasir rəqqaslarla tanış olmuşdur. Kinç onu müasir rəqs və balet müəllimi olan Doroti Lindall ilə tanış etmişdir. Yuriko Lindallın ansamblına qoşulmuş və xoreoqrafiya ilə məşğul olmağa başlamışdır. Soyadının tez-tez yanlış tələffüz olunmasından bezən o, Yuriko adını səhnə adı kimi qəbul etməyə qərar vermişdir.[2]

İkinci Dünya müharibəsindən sonra redaktə

İkinci Dünya müharibəsi zamanı bir çox yaponəsilli şəxs kimi Yuriko da internasiya həyatı yaşamış və Arizona ştatında yerləşən Qila Çayı Yerdəyişmə Düşərgəsinə göndərilmişdir. Burada ona rəqs məktəbi açmağa icazə vermişdir. 1943-cü ildə düşərgədən azad ediləndə məsləhətçi Klara Kleyman ona Nyu-Yorka getməyi və orada müasir rəqs öyrənməyi məsləhət görmüşdür.[2]

Yuriko onun təklifini qəbul edərək Nyu-Yorka köçmüş və Manhettendə yerləşən bir alış-veriş mərkəzində dərzi kimi işləməyə başlamışdır. O, Ceyn DadliSofi Maslou ilə birlikdə rəqs məşqləri etməyə başlamışdır. 1944-cü ildə isə Marta Qrehemin ansamblına qəbul olunmuş və onun "Appalaç baharı" baletində rəqs etmişdir. Yuriko 1967-ci ilə qədər Qrehemenin ansamblında çıxış etmiş, növbəti dövrlərdə Qrehemenin irsini davam etdirməklə məşğul olmuşdur. 1983-cü ildə "Marta Qrehem Ansamblı" adlı tələbə ansamblını qurmuş və 1993-cü ilə qədər ansamblın rəhbəri olmuşdur.[2]

Yuriko 1951-ci ildə "Kral və mən" müziklının orijinal heyətində çıxış etmiş, 1955-ci ildə çəkilmiş "Kral və mən" filmində oynamışdır. "Tom dayının kiçik evi" baletində qul Elizanı oynamışdır. O, hadisələri Siamda baş verən bir neçə müzikl idarə etmişdir. Yuriko 1992-ci ildə Qrehemenin "Panorama" adlı baletini yenidən təşkil etmiş, 2000-ci ildə isə Qrehemin "Appalaç baharı" baletini yenidən səhnəyə qoymuşdur.[2]

Şəxsi həyatı redaktə

Yuriko Nyu-Yorkda Çarlz Kikuçi ilə tanış olmuş və 1946-cı ildə onunla evlənmişdir. Yuriko kimi internasiya düşərgəsində olmuş Kikuçi 1973-cü ildə internasiya həyatı haqqında yazdığı bioqrafiyasını nəşr etdirmişdir. Psixiatr olan Kikuçi 1988-ci ildə ölmüşdür.[2]

Yurikonun iki uşağı olmuşdur: qızı Süzan Kikuçi Kivnik keçmiş rəqqasdır və Marta Qrehemenin ansamblında müxtəlif vəzifələr tutmuşdur. Oğlunun adı isə Lourens Kikuçidir.[2]

İstinadlar redaktə

  1. Yuriko // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 3 4 5 6 7 8 9 Kisselgoff, Anna. "Yuriko, Keeper of Martha Graham's Flame, Is Dead at 102". The New York Times (ingiliscə). 12 mart 2022. Archived from the original on 2022-03-12. İstifadə tarixi: 4 fevral 2024.

Xarici keçidlər redaktə


Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024