Zülfüqar Sarıyev Haqqında Məlumat - Axtarış

Zülfüqar Sarıyev Haqqında Məlumat - Axtarış


Zülfüqar_Sarıyev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Zülfüqar Sarıyev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Zülfüqar Sarıyev sözünə uyğun gələn mahnı axtar və yüklə


Zülfüqar Sarıyev sözünə uyğun gələn lazımlı linklərə bax


Zülfüqar Sarıyev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Zülfüqar Sarıyev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaZülfüqar Sarıyev sözünə uyğun gələn məqaləni oxu


Zülfüqar Sarıyev sözünə uyğun gələn xəbər axtar və oxu


Zülfüqar Sarıyev sözünə uyğun gələn kinoya bax və yüklə


Zülfüqar Sarıyev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Zülfüqar Sarıyev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Zülfüqar Sarıyev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Zülfüqar Sarıyev

Zülfüqar Hüseyn oğlu Sarıyev (yanvar 1883, Şuşa1969, Bakı) — Azərbaycan opera müğənnisi (tenor), muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1940).

Zülfüqar Sarıyev
Ümumi məlumatlar
Doğum tarixi yanvar 1883
Doğum yeri
Vəfat tarixi 1969
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Səs tembri lirik tenor[d]
Mükafatları Azərbaycan SSR əməkdar artisti

Həyatı redaktə

Zülfüqar Hüseyn oğlu Sarıyev 1883-cü ilin (bəzi mənbələrdə 1888-ci il) yanvar ayında Şuşa şəhərində anadan olmuşdur. Atası erkən vəfat etdiyi üçün uşaq yaşlarından qardaşı ilə birgə işləməyə məcbur olmuşdur. Muğam və milli musiqiyə olan həvəsindən əlavə, səs imkanlarının mövcudluğu onun üçün xanəndəliyə yol açmış, Azərbaycan muğamlarını dövrünün tanınmış xanəndələrindən, qrammofon vallarından öyrənmişdir.[1]

Zülfüqar Sarıyev 1917-ci ildən başlayaraq dərnəklərdə, 1920-ci ildən isə opera səhnəsində çıxış etmişdir. O, yaradıcılığı boyunca Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Sona Bağırova, Sürəyya Qacar, Həqiqət Rzayeva, Əli Zülalov, daha sonralar Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov və başqaları ilə birlikdə çalışmışdır. Zülfüqar Sarıyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl" və başqa opera və operettalarda Məcnunun atası, Zeyd, Şah Osmanlı, carçı, zəvvar kimi müxtəlif obrazlarda çıxış etmişdir.[2][3]

Əsasən, xarakterik rolların ifaçısı olmuş Zülfüqar Sarıyev xüsusi ifa imkanına və lirik tenor səsə malik olmasına baxmayaraq, bəstəboy olması səbəbindən hər zaman ikinci dərəcəli rolları oynamağa məcbur olmuşdur.[1]

Zülfüqar Sarıyev opera tamaşalarından əlavə, Xan Şuşinski, Hüseynağa Hacıbababəyov, Zülfü Adıgözəlov, Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Münəvvər Kələntərli kimi müğənnilərlə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə radio studiyasında, Bakının mədəniyyət saraylarında təşkil edilən açıq konsertlərdə çıxış etmişdir.[2]

Zülfüqar Sarıyev 27 aprel 1940-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür.[⇨]

Zülfüqar Sarıyev 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir.[1]

İstinadlar redaktə

  1. 1 2 3 "Zülfüqar Sarıyev". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 17 sentyabr 2022. 7 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2022.
  2. 1 2 "Zülfüqar Sarıyev". portal.azertag.az. 19 sentyabr 2022. 7 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2022.
  3. Zülfüqar Sarıyev // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 185. ISBN 978-9952-34-075-4.

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024