Zəhra Bədəlbəyli Haqqında Məlumat - Axtarış

Zəhra Bədəlbəyli Haqqında Məlumat - Axtarış


Zəhra_Bədəlbəyli üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Zəhra Bədəlbəyli sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Zəhra Bədəlbəyli sözünə uyğun gələn mahnı axtar və yüklə


Zəhra Bədəlbəyli sözünə uyğun gələn lazımlı linklərə bax


Zəhra Bədəlbəyli sözünə uyğun gələn şəkillərə bax və yüklə


Zəhra Bədəlbəyli sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaZəhra Bədəlbəyli sözünə uyğun gələn məqaləni oxu


Zəhra Bədəlbəyli sözünə uyğun gələn xəbər axtar və oxu


Zəhra Bədəlbəyli sözünə uyğun gələn kinoya bax və yüklə


Zəhra Bədəlbəyli sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Zəhra Bədəlbəyli sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Zəhra Bədəlbəyli tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Zəhra Bədəlbəyli

Zəhra Bədəlbəyli (28 aprel 1983, Bakı) — azərbaycanlı aktrisa, şairə və pianoçu.[1]

Zəhra Bədəlbəyli
Doğum tarixi 28 aprel 1983(1983-04-28) (40 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti pianoçu, şair, aktyor
Təhsili
zahrabadalbayli.com

Həyatı redaktə

Zəhra Bədəlbəyli 1983-cü il aprelin 28-də Bakı şəhərində anadan olub. 1988-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almağa başlayır. Elə məktəb illərində ilk şeirini yazır. 1994–2000-ci illərdə "Səyyah" caz-folklor ansamblının vokal qrupunda iştirak edir, konsert və səfərlərə qoşulur.

O, 2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur və 2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirir. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini, 2006–2009-cu illərdə sədri vəzifəsini icra edir.

2005-ci ildə "Один день эпохи равнодушия" ("Laqeydliyik dövrünün bir günü") adlı ilk qısametrajlı filmdə çəkilir.

Zəhra Bədəlbəyli 2005–2009-cu illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. Paralel olaraq o, 2006–2009 illərdə Bakı Musiqi Akademiyasında konsertmeyster, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Studiya məktəbində müəllim vəzifələrində çalışır.

2007-ci ildə Avroviziya Mahnı Müsabiqəsində seçim turlarının təşkilat komitəsinə dəvət alan Zəhra Bədəlbəyli seçim turlarında musiqi koordinatoru, tur meneceri kimi "Eurovision-Azərbaycan" tərəfindən iştirak edir. 2008-ci ildə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Day After Day mahnısının sözlərinin müəllifi olur.[2]

2008–2011-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində təşkilatçı menecer, aparıcı məsləhətçi vəzifələrində çalışır.

2011-ci ildə onun rus dilində ilk "За бесконечностью явлений" ("Təzahür sonsuzluğunun arxasında") adlı ilk şeir kitabı çap olunur.[3]

Zəhra Bədəlbəyli 2011–2015-ci illərdə "OK!Azerbaijan" jurnalının baş redaktoru olur.[4]

2012-ci ildə Nigar CamalDima Bilanın ifa etdiyi "Come into my world" mahnısının sözlərini yazır.

2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinə üzv[5] olan Zəhra Bədəlbəylinin 2013-cü və 2015-ci illərdə stihi.ru saytında qeyd olunan Rusiyanın "Поэт года" kitabına şeirləri daxil edilir.

2014–2015-ci illərdə Avropa Oyunlarının əməliyyat komitəsində Mərasimlər departamentinin mədəniyyət üzrə məsləhətçisi kimi çalışır.[6] 2015-ci ildə isə Avropa Oyunlarında Tünzalə Ağayeva və Kelli Coysun (Kelly Joyce) birgə ifa etdiyi "Bakımın Üzü Gülür" (Baku Smiles) mahnısının ingilis dilində olan hissəsinin sözlərini yazır. O, ümumilikdə 16 mahnının sözlərinin müəllifidir.

Zəhra Bədəlbəyli 2015-dən "Gamma group" şirkətinin direktorudur.[7]

2016-cı ildə "Şər Qarışanda"[6], 2018-ci ildə "Ağ tük"[8], 2019-cu ildə "Siçan və Pişik" filmlərində rol alır.[9]

Onun 2018-ci ildə rus dilində "В твоих руках" ("Sənin əllərində") adlı ikinci şeir kitabı çap olunur.[10]

Zəhra Bədəlbəyli 2019-cu il 21 iyul tarixində Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının açılış tədbirinin tamaşalarında "ana" obrazında çıxış etmişdir.[11]

Kitabları redaktə

  1. "За бесконечностью явлений" ("Təzahür sonsuzluğunun arxasında") adlı ilk şeir kitabı, Bakı, Azərbaycan, 2011
  2. "В твоих руках" ("Sənin əllərində") adlı ikinci şeir kitabı, Bakı, Azərbaycan, 2018

Filmoqrafiya redaktə

  1. "Один день эпохи равнодушия" ("Laqeydliyik dövrünün bir günü"), Azərbaycan, 2005
  2. "Şər Qarışanda", Azərbaycan, 2016
  3. "Ağ Tük", Azərbaycan, 2018
  4. "Siçan və Pişik", Türkiyə, 2019

İstinadlar redaktə

  1. http://www.yarat.az/index.php?lang=az&page=12&yrtMaincatID=13&yrtSubcatID=1&yrtEventID=1709
  2. "Arxivlənmiş surət". 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  3. "Arxivlənmiş surət". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  4. "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  5. "Arxivlənmiş surət". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  6. 1 2 "Arxivlənmiş surət". 2019-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  7. "Arxivlənmiş surət". 2019-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  8. http://primetime.az/f%C9%99rda-v%C9%99-musviqin-ag-tuku-fotolar/[ölü keçid]
  9. "Arxivlənmiş surət". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  10. "Arxivlənmiş surət". 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  11. "Arxivlənmiş surət". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-23.

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024