Zahid Kərimov
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Kərimov Zahid Hacıbala oğlu (13 yanvar 1937, Bakı – 1 sentyabr 2011) — Görkəmli sovet və Azərbaycan alimi. Professor[1], texnika elmləri doktoru[2]. Azərbaycan Respublikasının əməkdar elm xadimi[3].
Zahid Kərimov | |
---|---|
Doğum tarixi | 13 yanvar 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 1 sentyabr 2011 (74 yaşında) |
Elm sahəsi | Neft-mexanika |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və Elmi fəaliyyəti
redaktəZahid Kərimov 13 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub.
1959-cu ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fərqlənmə diplomu ilə bitirib.
1959–1960 — AZ. SSR EA Energetika institutu, Mühəndis.
1960–2011 — Əzizbəyov adına Neft və Kimya institutu (AZİNKİ)-də fəaliyyət
1960–1961 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent.
1961–1964 – AZİNKİ-də Aspirant.
1965–1965 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent.
1965–1966 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Baş müəllim.
1966–1968 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Dosent.
1969–1971 — AZİNKİ-nin "Neft-mexaika fakültəsi"-nin dekanı.
1969–1970 -AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Professor.
1970–2011-AZİNKİ-nin "Maşın hissələri və yükqaldırıcı maşınlar". Kafedra müdiri, professor.
Elmi tədqiqatları:
- Neft-qaz-mədən əməliyyatlarında dinamika problemləri.
- Termo-özlü elastiklik və plastiklik nəzəriyyəsi.
- Neft-qaz mədən avadanlıqlarının dinamikası, möhkəmliyi və optimal layihələndirilməsi.
- Tətbiqi mexanika.
Elmi kadr hazırlığı:
3 – elmlər doktoru və 30 – elmlər namizədi hazırlamışdır.
Konfranslarda iştirak:
Beynəlxalq elmi konfrans, simpoziumlarda məruzələrlə çıxış etmiş, Azərbaycan elmini ümumdünya konqress, konfranslarında, o cümlədən Böyük Britaniya, Almaniya, Polşa, Rumıniya, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə təmsil etmişdir.
Seçilmiş elmi əsərləri:
- Динамические расчеты бурильной колонны. 1970, Москва, изд Недра, 160 стр.[4]
- Термо-вязко-упругость и пластичность в нефтепромысловой практике. 1973, Москва, изд Недра, 280 стр[5]
- Автоматизированные проектирование конструкции . изд Машиностроение, 1985, 224 стр .[6]
- Теория колебаний в нефтепромысловом деле . 2005 Москва — Ижевск, Институт компьютерных исследований, 364 стр .[7]
- Maşın hissələri. Ali texniki məktəblər üçün dərslik. 1999, Bakı maarif.1999. 396 səh.[8]
- Maşın hissələrinin uzunömürlüyüyü. Ali texniki məktəbləri üçün dərs vəsaiti.1999, Bakı, Elm nəş, 133 səh.[9]
- Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar.2002, Bakı, maarif nəşriyyatı, 596 səh.[10]
- Maşın hissələrindən kurs layihəsi.1983, Bakı, maarif nəşriyyatı, 320 səh.[11]
- Geodinamika,2007, Azərnəşr, 158 səh.[12]
- Rəqslər nəzəriyyəsi. 1981, Bakı, maarif nəşriyyatı.
250 elmi əsərin, o cümlədən 17 monoqrafiya, 215 elmi məqalə, 14 ixtira və 1 elmi kəşfin müəllifidir.
Mükafatları
redaktə1. Azərbaycan Respublikasının əməkdar elm xadimi;
2."Şöhrət" ordeni — 14.12.2000;[13]
3. SSSR-nin "Qırmızı Əmək Bayrağı" ordeni[14];
4. SSSR-nin Qaz sənayesi Nazirliyinin əlaçısı[15];
5. SSSR-nin neft və kimya maşınqayırması Nazirliyinin əlaçısı[16];.
Ailəli idi, 3 övladı var.
İstinadlar
redaktə- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_Professor_diplomu_i%C3%A7i_3.jpg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_t.e.d_diplomu_i%C3%A7i_2.jpg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_orden_v%C9%99siq%C9%99si_i%C3%A7i.jpg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_kitab_2_%C3%BCz%C3%BC.jpg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_kitab_3_%C3%BCz%C3%BC.jpg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_kitab_4_%C3%BCz%C3%BC.jpg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_kitab_5_%C3%BCz%C3%BC.jpgg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_kitab_8_%C3%BCz%C3%BC.jpg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_kitab_6_i%C3%A7i_1.jpg
- ↑ *Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_kitab_9_%C3%BCz%C3%BC.jpg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_kitab_10_%C3%BCz%C3%BC.jpg
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az. 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_orden_kitab%C3%A7as%C4%B1_i%C3%A7i_2.jpg
- ↑ https://commons.wikimedia.orghttps://tatli.biz/axtar/File:Zahid_K%C9%99rimov_v%C9%99siq%C9%99_1_i%C3%A7i.jpg
- ↑ https://commons.wikimedia.org/w/index.php?search=zahid+k%C9%99rimov&title=Special:MediaSearch&go=Go&type=image