Zaur Tağızadə Haqqında Məlumat - Axtarış

Zaur Tağızadə Haqqında Məlumat - Axtarış


Zaur_Tağızadə üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Zaur Tağızadə sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Zaur Tağızadə sözünə uyğun gələn mahnı axtar və yüklə


Zaur Tağızadə sözünə uyğun gələn lazımlı linklərə bax


Zaur Tağızadə sözünə uyğun gələn şəkillərə bax və yüklə


Zaur Tağızadə sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaZaur Tağızadə sözünə uyğun gələn məqaləni oxu


Zaur Tağızadə sözünə uyğun gələn xəbər axtar və oxu


Zaur Tağızadə sözünə uyğun gələn kinoya bax və yüklə


Zaur Tağızadə sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Zaur Tağızadə sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Zaur Tağızadə tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Zaur Qubad oğlu Tağızadə (21 fevral 1979[1][2], SSRİ) — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçi olub. Karyerası ərzində İslandiyanın Akranes, Estoniyanın Lelle, Flora TallinAzərbaycanın Kür-Nur Mingəçevir, Şəfa, MOİK, Neftçi klublarının və Azərbaycan milli futbol komandasının heyətində oynayıb. Millinin heyətində 40 oyuna çıxıb və 6 qol vurub.

Zaur Tağızadə
Ümumi məlumatlar
Doğum tarixi 21 fevral 1979(1979-02-21)[1][2] (45 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 176 sm
Çəkisi 77 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Vəzifəsi Seleksiyaçı məşqçi
Karyerası
Gənclik karyerası
Azərbaycan Neftçi Bakı
Klub karyerası[* 1]
1994–1995 Azərbaycan Kür-Nur Mingəçevir 10 (4)
1997 Estoniya Lelle Pyarnu 6 (2)
1998 İslandiya Akranes 3 (1)
1998–1999 Azərbaycan Şəfa Bakı 16 (2)
1998–1999 Estoniya Flora Tallin 9 (4)
1999–2000 Azərbaycan MOİK Bakı 10 (1)
2000–2004 Azərbaycan Şəfa Bak 100 (17)
2004–2010 Azərbaycan Neftçi Bakı 132 (31)
Milli yığma[* 2]
1997–2007 Azərbaycan Azərbaycan 40 (6)
Məşqçisi olduğu klublar
2010–2011 Azərbaycan Neftçi Bakı (əvəzedici) (məşqçi)
2011–h.h. Azərbaycan Qarabağ (seleksiyaçı məşqçi)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbolçu karyerası redaktə

Zaur Tağızadə karyerasına 1994–1995 mövsümündə Kür-Nur Mingəçevir klubunda başlayıb. Burada 10 oyuna 4 qol vurub. 1997-ci ildə Estoniyanın Lelle klubuna keçən Zaur burada cəmi 6 oyun keçirib və 2 qol vurub. 1998-ci ildə İslandiyanın Akranes komandasının şərəfini qoruyub, 3 oyunda meydana çıxıb, 1 qol vurub. 1998–1999 mövsümündə ölkəyə qayıdan futbolçu Şəfanın formasını geyinib və 16 oyunda meydana çıxaraq 4 qol qol vurub.[3] Tağızadə 1999-cu ildə yenidən ölkə xaricinə üz tutub və bu dəfə Estoniyanın Flora Tallin klubu ilə anlaşıb. Flora Tallin klubunda Zaur 9 oyun oynayıb və 1 qol vurub, lakin 1999-cu ildə növbəti dəfə Azərbaycana qayıdaraq, bir il MOİK-in formasını geyinib, burada 10 oyuna 2 qol vurub. 2000–2004-cü illərdə Şəfada oynayıb və burada 100 oyun keçirərək 17 qol vurub.[3]

Neftçi redaktə

2004-cü ildən Neftçidə çıxış edib. 26 iyul 2008-ci ildə UEFA İntertoto Kubokunda Vasluy ilə qarşılaşmadan sonra 217 gün meydana çıxmayıb. 1 mart 2009-cu ildə Qəbələ ilə oyunda bu seriyanı qırıb.[4] Həmçinin Zaur Tağızadə 23 fevral 2008-ci ildə Gənclərbirliyi komandasına qol vurduqdan sonra 414 gün qol vura bilməyib, bu seriyanı 2009-cu ilin aprel ayında Xəzər-Lənkəranla oyunda qırıb.[5] Neftçi klubunda 132 oyuna 31 qol vurub.

2010-cu ildə Neftçi futbol klubunun heyətindən kənarlaşdırılan Zaur Tağızadə karyerasını bitirmək qərarına gəlib.[3] 2011-ci il mayın 19-da Bakıda keçirilən Neftçi- Xəzər Lənkəran qarşılaşmasından əvvəl Neftçi klubu Zaur Tağızadənin futbolla vidalaşmaq tədbiri təşkil edəcəkdi.[6] Lakin Zaur Tağızadə ölkədə olmadığı üçün bu tədbir baş tutmadı.[7]

Milli komanda karyerası redaktə

Zaur ilk dəfə 1997-ci ildən Azərbaycan milli futbol komandasına dəvət alıb. Millidə debütünü 4 iyun 1997-ci ildə yoldaşlıq görüşündə Estoniya yığmasına qarşı keçirilən oyunda edib.[8] İlk qolunu isə UEFA Avropa Kuboku 2000 seçmə mərhələsində 5 iyun 1999-cu ildə Lixtenşteynin qapısından keçirib.[8] Yığma formasında 40 dəfə meydana çıxan sağ cinah oyunçusu 6 qola imza atıb. Futbolçu milli komandada 2811 dəqiqə meydanda olub, 8 sarı, 1 qırmızı vərəqə qalıb.[9] 2009-cu ildə öz istəyi ilə milli komanda karyerasını başa vurub.[10]

# Tarix Yer Rəqib Hesab Nəticə Yarış
1 5 iyun 1999 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Lixtenşteyn  Lixtenşteyn 3-0 4–0 UEFA Avropa Kuboku 2000 seçmə mərhələ
2 18 avqust 1999 Dinamo Səmərqənd Stadionu, Səmərqənd, Özbəkistan Özbəkistan  Özbəkistan 3-1 5–1 Yoldaşlıq görüşü
3 4 sentyabr 1999 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Portuqaliya  Portuqaliya 1-0 1–1 UEFA Avropa Kuboku 2000 seçmə mərhələ
4 26 fevral 1999 Milli İdman Bazası İdman Sarayı, Varna, Bolqarıstan Belarus  Belarus 1-0 1–0 Yoldaşlıq görüşü
5 6 iyun 2001 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Slovakiya  Slovakiya 2-0 2–0 Futbol üzrə dünya çempionatı 2002 seçmə mərhələ
6 17 avqust 2005 Kemal Stafa stadionu, Tirana, Albaniya Albaniya  Albaniya 0-1 2–1 Yoldaşlıq görüşü

Məşqçi karyerası redaktə

Futbol karyerasını başa catdırdıqdan sonra Zaur Neftçi Bakı klubundan məşqçi köməkçisi kimi çalışmaq təklifini aldı, lakin Zaur bu iş üçün gənc olduğunu, lakin bir neçə ildən sonra məşqçi ola biləcəyini deyib. 2010-cu ildə Neftçinin əvəzedici heyətinin məşqçisi təyin olunub.[11] 2011-ci ildə Qurban Qurbanovun istəyi ilə "Qarabağ" klubuna keçib,[7] Zaur Tağızadə burada seleksiyaçı məşqçi funksiyasını yerinə yetirir.[12]

Uğurları redaktə

Azərbaycan  Neftçi Bakı

Şəxsi redaktə

İstinadlar redaktə

  1. 1 2 Zaur Tagizade // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Zaur Tagizade // FBref.com (çd.).
  3. 1 2 3 "Zaur Tağızadə karyerasını bitirdi". 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
  4. "Messnerin cəzalandırdığı Tağızadə 294 gün gözlədi". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
  5. "Zaur Tağızadə neçə gündən sonra qol vurdu?". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
  6. "Zaur Tağızadə böyük futbolla "böyük oyun"da vidalaşacaq". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
  7. 1 2 "Zaur Tağızadə "Qarabağ"da". 2011-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
  8. 1 2 "Zaur Tağızadə - eu-football.info". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
  9. Milli komanda-20: Bütün futbolçular [ölü keçid]
  10. "Zaur Tağızadə milli komandadakı karyerasını başa vurdu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
  11. "Zaur Tağızadə "Neftçi"nin məşqçisi təyin olundu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
  12. "«Qarabağ»dan Zaur Tağızadə açıqlaması". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.

Xarici keçidlər redaktə


Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024