Azərbaycanda uşaqlar lazımsız yerə rentgen olunur, bu, dəhşətdir - Pediatrdan AÇIQLAMA

Azərbaycanda uşaqlar lazımsız yerə rentgen olunur, bu, dəhşətdir - Pediatrdan AÇIQLAMA


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Azərbaycanda uşaqlar lazımsız yerə rentgen olunur, bu, dəhşətdir - Pediatrdan AÇIQLAMA

Azərbaycanda uşaqlar lazımsız yerə rentgen olunur, bu, dəhşətdir - Pediatrdan AÇIQLAMA
Uşağı tez-tez rentgen etmək olmaz, şüa radiasiyadır, zərərlidir
Demək olar ki, hər gün əlində yersiz yerə çəkilmiş rentgen çəkimləri gələn valideynləri görəndə ürəyim parçalanır. Etməyin belə! Uşaq öskurdu -rentgen, heraret qalxdı - rentgen - təngnəfəs oldu - rentgen. Olmaz! Rentgen şuası radiasiyadır. Uşaq orqanizmi huceyrələr isə bu cur təsirlərə çix həssasdır.
Rentgen şuaları huceyrələrə sitotoksik və genotoksik təsir edir. Uzun aylar orqanizmdə qalır. İki rentgen çəkimi arasında minimum 6 ay fasilə olmalıdır. Bu gün yersiz çəkilmiş rentgenə görə bir muddət sonra baş verə biləcək travmada sınıq diaqnozu uçun artıq miqdar rentgen şuası almış olacaq.
Bunu pediatr həkim Aytən İsmayılzadə açıqlayıb. O, azyaşlı uşaqların tez-tez rentgen çəkiminə etiraz edib.
"Məhz yersiz rentgen çəkimlərinə görə xəstəxanaya xəstə göndərməkdən həmişə çəkinmişəm. Hətta bu yaxınlarda heç pnevmoniyanın "p" hərfi olmayan bir uşağı xəstəxanaya girən kimi rentgen etmişdilər. Xəstəxana xəstəlik tarixçəsinə yapışdırmaq uçun sübut kimi rentgen çəkir. Bəzi həkimlər isə təcrübəsizlikdən, xəstəyə çox zaman ayırmamaqdan rentgenə göndərə bilir. Soruşsan sorğu - sualı yoxdur. Deyəcəklər protokolda belədir. Amma bəs axı biz həkimdən öncə həm də insanıq. Robot deyilik.
Əgər hamilə bir qadın rentgenə necə ehtiyatla göndərilirsə, eyni ehtiyat tədbiri uşaqlar uçun də olmalıdır. Çunki böyuyən, bölünən huceyrələr həmişə radiasiyaya çox həssas olur. Bu təkcə bizdə belə deyil. Butun dunyada belədir. Çunki butun dunya insanlıqdan çıxıb.
Bronxitə, pnevmoniyaya diaqnoz qoymaq uçun bizə rentgen lazım olmamalıdır. Biliyimiz və savadımız buna çatmalıdır. Əgər exinokokk kisti, vərəm, plevrit, qida borusunda, nefes borusunda yad cisim, skolioz derecesi, və s. şubhəmiz varsa, o zaman rentgenə muraciət edirik. Bu da həmişə olmur.
Artıq hər beş uşaqdan biri rentgen olunur. Bu, dəhşətdir.. Valideynlər də "ürəyim rahat olsun deyə, rentgen etdirdim" deyir. Anam - bacım, sənin ürəyin rahat olsun deyə uşağın sağlamlığını narahat edə bilmərik. Zatən orda hər şey yazılır, daha göturub həkimə gəlməyinin mənası nə. Həkimə gəlirsən ki, lazım olarsa rentgen etdirməsin. Əgər bronxiolit ya pnevmoniyadan şubhəmiz varsa, zatən geniş spektr antibiotik təyin edəcəyiksə, rentgen nəyə lazım? Davaya gələcək valideynin önünə sübut kimi qoymağa? O zaman olar"./Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024