|
|
Tatli.Biz Əyləncə Portalı |
Dil: |

Afina Kryuqer başa düşürdu ki, o xərçəngdən yavaş-yavaş ölür, amma onun bir arzusu var idi, heç olmasa qızının bir doğum gününü qeyd edə bilsin. O, bilirdi ki, əgər olarsa, bu qızının doğum günündə onun sonuncu iştirakı olacaq. Afina, həyat yoldaşı Ben və qohumları Amarinin ad günün təşkimi ilə məşğul olmağa başlayırlar. Onlar gecəni "Alisa möcüzələr ölkəsində" tərzində keçirməyi qərara alırlar.
Həkimlərin etirazına baxmayaraq, Afina özündə güc taparaq xəstəxana çarpayısı ilə qızının ad günü mərasiminə yollanır.
Bu Afina üçün xəstəxana divarlarından kənarda, ailəsi ilə keçirdiyi ən qiymətli vaxt olur.
Ertəsi gün isə Afina Kruqer rahat qəlblə bu dünyanı həmişəlik tərk edir.
Ben Kryuqer ümid edir ki, mərasimdəki fotolar balaca Amarinin yaddaşında həmişəlik qalacaq. Ona həmişə onu canından çox sevən anasını xatırladacaq.
Bəzən həyat sevdiklərimizi bizdən almaqla sərt və zalım ola bilir. Bundan əlavə, biz bu həyatda daimi deyilik, ona görə də zamanı dəyərləndirməyi öyrənməliyik, ətrafımızdakı yaxın insanların həyatını dəyərləndiməliyik.
Afina Kryuqer xərçəngdən vəfat etdi, amma o, özündə güc tapıb qızı üçün bayram təşkil etdi. İndi o, ərinin və qızının yaddaşında fotolarında olduğu kimi həmişə gülümsər, qayğısız qalacaq.