Bayram Bayramov (kəşfiyyatçı) Haqqında Məlumat - Axtarış

Bayram Bayramov (kəşfiyyatçı) Haqqında Məlumat - Axtarış


Bayram_Bayramov_(kəşfiyyatçı) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Bayram Bayramov (kəşfiyyatçı) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Bayram Bayramov (kəşfiyyatçı) sözünə uyğun gələn mahnı axtar və yüklə


Bayram Bayramov (kəşfiyyatçı) sözünə uyğun gələn lazımlı linklərə bax


Bayram Bayramov (kəşfiyyatçı) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Bayram Bayramov (kəşfiyyatçı) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaBayram Bayramov (kəşfiyyatçı) sözünə uyğun gələn məqaləni oxu


Bayram Bayramov (kəşfiyyatçı) sözünə uyğun gələn xəbər axtar və oxu


Bayram Bayramov (kəşfiyyatçı) sözünə uyğun gələn kinoya bax və yüklə


Bayram Bayramov (kəşfiyyatçı) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Bayram Bayramov (kəşfiyyatçı) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Bayram Bayramov (kəşfiyyatçı) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Bayram Bayramov (kəşfiyyatçı)

Bayram Bayramov (Bayram Sabir oğlu Bayramov; 1 yanvar 1968, Göyçə gölü hövzəsi[d]28 aprel 2014, Tümen vilayəti) — Azərbaycan kəşfiyyatçısı, 123-cü alayın kəşfiyyat bölüyünün komandiri.

Bayram Bayramov
Bayram Sabir oğlu Bayramov
Doğum tarixi
Doğum yeri Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR, Göyçə mahalı
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Rusiya, Tümen vilayəti, Noyabrsk şəhəri
Vəfat səbəbi İnfarkt
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşağı İslam Bayramov
Atası Sabir Bayramov
Milliyyəti azərbaycanlı
Təhsili Minsk Politexnik İnstitutu

Həyatı redaktə

Bayram Bayramov 1968-ci il yanvarın 1-də Göyçə mahalında (Ermənistanın Krasnoselsk rayonunda) anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1985-ci ildə Minsk Politexnik İnstitutun Avtonəqliyyat fakültəsinə daxil olmuşdur.

1986-cı ildə sovet ordusu sıralarına çağırılmış, 1986-1988-ci illərdə iki illik hərbi xidməti başa vurduqdan sonra, Azərbaycana qayıtmışdır (ailəsi artıq Ermənistandan qovulub H.Z.Tağıyev qəsəbəsində yerləşdirilmişdir).

Ali təhsilini başa vurmaq üçün Minskə gedən B.Bayramov sonuncu kursda oxuyarkən Xocalı qırğınları başlamış, Bayramov təhsilini yarımçıq qoyaraq Sumqayıta qayıtmış və bir qrup gənclə müharibəyə könüllü göndərilmələri üçün hərbi komissarlığa müraciət etmişdir.

1993-cü ildə Bayramov Minskdən Azərbaycan Politexnik İnstitutuna keçirilmiş və təhsilini Bakıda qiyabi davam etdirmişdir.

1994-cü il mayın 8-də Azərbaycan-Ermənistan arasında atəşkəs müqaviləsi (Bişkek protokolu) imzalandıqdan sonra, Bayramov Rusiyaya köçmüşdür.

2014-cü il aprelin 28-də Bayram Bayramov Tümen vilayətinin Noyabrsk şəhərində infarktdan dünyasını dəyişmiş, Sumqayıt qəbirstanlığında dəfn olunmuşdur.

Ailəsi redaktə

Ailəli olan Bayram Bayramovun bir övladı var.

Döyüş yolu redaktə

Yüksək fiziki göstəricilərinə və savadına görə B. Bayramov kəşfiyyat - diversant hazırlığına göndərilmişdir. Hazırlıq kursu ağır olduğundan onu 300 nəfərdən 78 nəfər bitirə bilmişdir. Kursu bitirənlərin arasından İkinci Ordu Korpusun qərargah rəisi polkovnik İlham Aslanov 7 döyüşçünü, o cümlədən Bayramı korpusun sərəncamına aparmışdır.

  • 1992-ci il avqustun əvvəlində leytenant Bayram Bayramov 123-cü alayın kəşfiyyat bölüyünün komandiri təyin olunmuşdur. Bayramov öz kəşfiyyat bölüyü ilə Ağdərə-Kəlbəcər yolunun açılması uğrunda döyüşlərdə fəal iştirak etmişdir.
  • 1992-ci il avqustun 28-də Qızılqaya (Aryutunaqomer) kəndi uğrunda döyüşdə Bayramov kiçik qrupla düşmənə həlledici zərbə endirmişdir.
  • 1992-ci il avqustun 29-da Verin Orataq kəndi uğrunda gedən döyüşdə 123-cü alayın 1-ci batalyonunun komandiri Xosrov Əhmədov ağır yaralanmışdır. Döyüşü idarə edən qərargah rəisi polkovnik-leytenant Nazim Bayramovun əmri ilə Bayram Bayramov və bir neçə kəşfiyyatçı Xosrov Əhmədovu döyüş meydanından çıxartmışdır. Xosrov Əhmədovun həyatını xilas etmək mümkün olmasa da, Bayramov və kəşfiyyatçıları komandir üçün həyatlarını riskə atıb, ağır döyüş tapşırığını yerinə yetirmişdilər.
  • 1992-ci ilin oktyabrında "Laçın dəhlizi" əməliyyatı zamanı 123-cü alaya Qozlu-Finfə-Kalafalıq müdafiə xəttini tutmaq əmr olunmuşdur. Strateji yüksəklikləri ələ keçirmədən müdafiə xəttini tutmaq mümkün deyildi. Tapşırığı yerinə yetirən Bayram Bayramov öz bölüyündən 10 nəfər döyüşçü ilə (döyüşdə Ağdərənin Vaquas kəndi yaxınlığında şəhid olmuş, "İgidliyə görə" medalı kavaleri Xəqani Axundov da iştirak etmişdir) düşmən mövqeyinə hücum edərək əsas qüvvələrimizi çağırmışdır.
  • 1992-ci ilin noyabrında kəşfiyyat-diversiya reydlərindən birində Bayramovun başçılıq etdiyi qrup Laçın rayonunun Kalafalıq kəndi yaxınlığında 30 nəfərlik "Artsiv" düşmən dəstəsini tamamilə məhv etmişdir.
  • 1993-cü ilin yanvarında baş leytenant Bayram Bayramovu o zamanki Müdafiə Nazirinin sərəncamına keçirtdilər. O, döyüş yolunu orada davam etdirmişdir.[1][2]

İstinadlar redaktə

  1. "Qarabağ döyüşlərinin qəhrəmanı vəfat etdi". 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
  2. "Bayram Bayramov vəfat etdi". 2014-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.

Xarici keçidlər redaktə


Saytda 47 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024