Cəlal Allahverdiyev Haqqında Məlumat - Axtarış

Cəlal Allahverdiyev Haqqında Məlumat - Axtarış


Cəlal_Allahverdiyev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Cəlal Allahverdiyev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Cəlal Allahverdiyev sözünə uyğun gələn mahnı axtar və yüklə


Cəlal Allahverdiyev sözünə uyğun gələn lazımlı linklərə bax


Cəlal Allahverdiyev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Cəlal Allahverdiyev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaCəlal Allahverdiyev sözünə uyğun gələn məqaləni oxu


Cəlal Allahverdiyev sözünə uyğun gələn xəbər axtar və oxu


Cəlal Allahverdiyev sözünə uyğun gələn kinoya bax və yüklə


Cəlal Allahverdiyev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Cəlal Allahverdiyev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Cəlal Allahverdiyev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Cəlal Allahverdiyev

Azərbaycan alimi

Allahverdiyev Cəlal Eyvaz oğlu (17 sentyabr 1929, Şuşa, Dağlıq Qarabağ19 yanvar 2017, Bakı) — Azərbaycan riyaziyyatçısı, əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.[1]

Cəlal Allahverdiyev
Cəlal Eyvaz oğlu Allahverdiyev
Doğum tarixi 17 sentyabr 1929(1929-09-17)
Doğum yeri
Vəfat tarixi 19 yanvar 2017(2017-01-19) (87 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri riyaziyyat
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Elmi rəhbəri Mstislav Keldış
Tanınır Allahverdiyev teoremi
Üzvlüyü
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı

Həyatı redaktə

Cəlal Allahverdiyev 1945-ci ildə Bakı şəhərində 1 saylı orta məktəbi bitirmiş, lakin Şuşada oxuduğu illər üçün qiymət cədvəli olmadığına görə attestatını ala bilməmişdir. 1946-cı ildə Şuşa şəhərində məktəbi ancaq "əla" qiymətlərlə bitirmiş və qızıl medala təqdim edilmişdir, lakin Maarif Nazirliyində riyaziyyat fənnindən "əla" qiymətini "yaxşı" ilə əvəz edərək gümüş medal vermişlər.

Elmi fəaliyyəti redaktə

Cəlal Allahverdiyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda "Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ AAK tərəfindən ona 1969-cu ildə professor elmi adı verilmişdir.

Onun ən məşhur elmi nəticəsi Allahverdiyev teoremi adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınmışdır.

Cəlal Allahverdiyevin Milli Aviasiya Akademiyasının elmi məqalələr jurnalında tələbələri ilə birgə dərc edilmiş bir sıra əsərlərində kompyuterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, təbii dillərdə, o cümlədən Azərbaycan dilində kompyuterlə ünsiyyət mexanizmlərinin işlənib hazırlanması və Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində fundamental məsələlər araşdırılmış və mühüm elmi nəticələr alınmış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmi verilmişdir.

Əmək fəaliyyəti redaktə

Cəlal Allahverdiyev 1957–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində əvvəlcə müəllim, sonra isə baş müəllim işləmişdir. 1960-cı ildə Azərbaycan SSR EA-da yeni yaradılmış Hesablama Mərkəzində şöbə müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1960-cı ildən AMEA Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının müdiridir. 1969–1970-ci illərdə Azərbaycan SSR EA Kibernetika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1970–1988-ci illərdə həmin institutda direktor vəzifəsində çalışmışdır. 1988–1994-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru işləmişdir. 1994-cü ildən bu universitetin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin "Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə" kafedrasının müdiridir. 1975-ci ildə ABŞ, 1976-cı ildə isə Böyük Britaniyanın bir sıra universitetlərində mühazirələr oxumuşdur. 1996-cı ildə Hindistan, 1997-ci ildə isə Argentinada keçirilmiş məktəblilərin Beynəlxalq riyaziyyat olimpiadasında Azərbaycan komandasının rəhbəri olmuşdur. 1998–2000-ci illərdə İstanbul Universitetində çalışmışdır.

Azərbaycan Sovet Ensiklopediyasının elmi redaksiya şurasının üzvü olmuşdur.

Akademik, böyük alim Cəlal Allahverdiyev 19 yanvar 2017-ci ildə 87 yaşında Bakı şəhərində dünyasını dəyişib.[2]

Mükafatları redaktə

İstinadlar redaktə

  1. Akademik Cəlal Allahverdiyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi [ölü keçid]
  2. "Azərbaycan elminə ağır itki üz verib". 2017-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-19. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər redaktə


Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024