Laslo Bito Haqqında Məlumat - Axtarış

Laslo Bito Haqqında Məlumat - Axtarış


Laslo_Bito üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Laslo Bito sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Laslo Bito sözünə uyğun gələn mahnı axtar və yüklə


Laslo Bito sözünə uyğun gələn lazımlı linklərə bax


Laslo Bito sözünə uyğun gələn şəkillərə bax və yüklə


Laslo Bito sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaLaslo Bito sözünə uyğun gələn məqaləni oxu


Laslo Bito sözünə uyğun gələn xəbər axtar və oxu


Laslo Bito sözünə uyğun gələn kinoya bax və yüklə


Laslo Bito sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Laslo Bito sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Laslo Bito tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Laslo Bito (tam adı: Laslo Bito, mac. László Z. Bitó; 7 sentyabr 1934, Budapeşt[2]14 noyabr 2021[1]) — Macarıstan fizioloqu və yazıçısı. Tədqiqatçı kimi qlaukoma üçün dərman hazırlamışdır. Yazıçı kimi roman və esselər müəllifidir.

Laslo Bito
mac. Bitó László
Doğum tarixi 7 sentyabr 1934(1934-09-07)
Doğum yeri
Vəfat tarixi 14 noyabr 2021(2021-11-14)[1] (87 yaşında)
Təhsili
  • Bard Kolleci[d] (–1960)
Fəaliyyəti yazıçı, həkim, oftalmoloq, fizioloq
laszlobito.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Laslo Bito Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Onun ailəsi kommunist dövründə Budapeştdən ayrılmaq məcburiyyətində qalmışdır. O, Komlodakı bir mədəndə xidmət etmiş və 1956-cı ildə inqilabın yerli lideri olmuşdur. İnqilab Rus qüvvələri tərəfindən yatırılandan sonra Bito ABŞ-yə qaçdı, burada təqaüd qazandı və fizioloq oldu. ABŞ-də ona sığınacaq verildi və 1956–57-ci ilin qış rübündə Bard Kollecində təhsil aldı. O, 1960-cı ildə Bard Kollecinin pre-med biologiya fakültəsindən məzun oldu. 1963-cü ildə Kolumbiya Universitetində tibbi hüceyrə biologiyası üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Onun tədqiqatı qlaukomadan əziyyət çəkən milyonlarla insanın qurtulmasına səbəb olan Xalatanın inkişafına gətirib çıxardı. 150-dən çox elmi məqalə dərc etdirmiş və bir çox mükafatla yanaşı 2000-ci ildə göz tədqiqatı sahəsində ən tanınmış Proktor Medalına və 2013-cü ildə Helen Keller Görmə Araşdırmaları Mükafatına layiq görülmüşdür.[3] Kolumbiya Universitetindən gözün fiziologiyası üzrə emerit professor olaraq təqaüdə çıxdıqdan sonra Macarıstana və ilk nəsr sevgisinə qayıtdı. Onun 14 qeyri-elmi kitabından — romanlar və esselər, eləcə də yüzdən çox qəzet və jurnal məqalələrindən bəzilərinin üç antologiyası onlarla ölkədə tərcümə olunub.

Elmi fəaliyyəti redaktə

ABŞ-də Laslo Bito özünə beynəlxalq səviyyəli fiziologiya professoru kimi akademik karyera qurmuşdur. Elmi fəaliyyətinin böyük hissəsi Kolumbiya Universiteti və Puerto-Riko Universiteti ilə bağlıdır. O, Kolumbiya Universitetində gözün fiziologiyası üzrə emerit professor adını almış, Puerto-Rikoda isə yaş artımının meymunların gözünə təsirini tədqiq etmişdir. Bu tədqiqatın nəticəsində Xalatanqlaukoma üçün dərman əldə edilmişdir. Xalatanın təkmilləşdirilməsi görmə qabiliyyətinin zəifləməsinin müalicəsində əhəmiyyətli dəyişiklik yaratdı. O, 140-dan çox elmi əsər dərc etdirmiş və Kolumbiya Universitetinin Seçkin Nailiyyət mükafatına layiq görülmüşdür (2004).

Bədii yaradıcılığı redaktə

Kommunizmin süqutundan sonra Laslo Bito Macarıstana qayıtmış və yazıçı kimi yeni karyeraya başlamışdır. İlk romanları Macarıstanın tarixi ilə bağlı onun ilk şəxsi xatirələrinə əsaslanırdı. Istenjárás (azərb. Sürətli addım‎)Az Ötödik Lovas (azərb. Beşinci atlı‎) ingilis dilində yazılsa da, macar dilinə tərcümə olunaraq dərc olunmuşdu. Onun üçüncü romanı "İbrahim və İshaq" Bibliya hekayələrinə əsaslanırdı və müəllifə 1998-ci ildə böyük uğur gətirmişdi. Kitab bir neçə dilə tərcümə olunmaqla yanaşı, Budapeşt teatrlarında səhnələşdirilmişdir. "İshaqın təlimləri" və "Nazaretin İshaqı" həmin əsərin məntiqi nəticəsi kimi ordakı ideyaları davam etdirirdi.

Onun ən son kitabı Amerika vətəndaşı və Macarıstan vətənpərvəri haqqındadır. Nekünk kell megváltanunk magunkat (azərb. Özümüzün xilaskarı olmalıyıq‎) qəzet və jurnal məqalələri və müsahibələrindən seçmələrdir. Eutelia – Euthanasia (azərb. Xoşbəxt həyat və Dinc ölüm‎) fəlsəfi yazıçının və humanist tibbi tədqiqatçının ləyaqətli həyat və ölüm haqqında fikirlərindən ibarətdir. Macar yazıçı və Macarıstanda hospis xidmətinin əsasını qoyan Aleyn Polçla birlikdə yazdığı Az utolsó mérföld (azərb. Sonuncu mil‎) kitabı ölümə hazırlaşmaq haqqındadır.

Kitabları redaktə

Elmi nəşrləri redaktə

  • The Ocular and Cerebrospinal Fluids, Academic Press, London, 1977.
  • The Ocular Effects of Prostaglandins and Other Eicosanoids, New York, 1989.
  • Ocular Effects of Prostaglandins and Other Eicosanoids (Ed), Sessions on Latanoprost (Fort Lauderdale, Florida, 22–23 April 1996). Survey of Ophthalmology Vol. 41, Suppl 2, 1997.

Romanları redaktə

Esseləri redaktə

  • Nekünk kell megváltanunk magunkat, (We must be our own saviors), Argumentum Kiadó, 2004. ISBN 963-446-288-X.
  • Boldogabb élet — Jó halál, (Blissful Life — Peaceful Death), Anthenaeum 2000 Kiadó, 2005. ISBN 963-9471-82-8.
  • Gáspár, Menyhért, Boldizsár, Karácsonyi ős-ökuménia, (Caspar, Melchior and Balthazar), Jelenkor Kiadó, 2006. ISBN 963-676-409-3
  • Az utolsó mérföld (The Last Mile), Jelenkor Kiadó, 2007. ISBN 978-963-676-418-0 (jó halál)

İstinadlar redaktə

  1. 1 2 Scientist, Novelist, and Philanthropist László Z. Bitó ’60 Is Memorialized in the New York Times. 2021.
  2. 1 2 PIM identifier.
  3. "Laszlo Bito — Helen Keller Foundation". 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.

Xarici keçidlər redaktə


Saytda 37 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024