Mənim hobbim - İnşalar

Mənim hobbim - İnşalar


İstədiyinizi inşanı tapıb oxuya bilərsiniz

Mənim hobbim


        Zövqlər haqda mübahisə etmezlər. Müxtelif insanlara müxtelif şeylər xoş gəlir, buna görə də ayrı-ayrı insanların müxtəlif hobbisi olur.
        Mən idmanla məşğul oluram, mənim tennis oynamaq xoşuma gəlir. Mən hər gün tennis oynayıram.
        İdman mənim həyatımın mühüm hissəsini təşkil edir. Çoxlu sayda insan idmanla məşğul olur, onlar qaçışla, yerimə ilə və üzgüçülüklə məşğul olur, xizək və konki sürürlər, müxtəlif idman klubu və seksiyalarında məşq edirlər.
        Bədən tərbiyəsi - məktəbdə mühüm fənlərdən biridir. Şagirdlər voleybol, futbol və basketbol oynayırlar. Mən artıq beş ildir ki, tennis oynayıram. Halhazırda tennis populyarlaşır. Mən müxtəlif yarışlarda iştirak edirəm.
        Yaxşı formada qalmaq üçün, mən hər səhər qaçıram və səhər gimnastikasını edirəm.
        Hər bir insan sağlam olması üçün əlindən gələni etməlidir və gərək onu maraqlandıran idmanla məşğul olsun. Mən o insanları başa düşə bilmirəm ki, onlar idmanı xoşladıqlarını deyirlər, lakin bununla belə, idmana yalnız televizorda tamaşa edirlər.
        İdmanla məşğul olduqda sən özünü daha yaxşı hiss edirsən, daha yaxşı görünürsən və yatanda daha yaxşı yatırsan. Sənin bədənin də dəyişilir. Sən daha biçimli və möhkəm olursan. Lakin, ən mühümü isə sən daha az xəstələnirsən.
        Nəyə görə mən idmanla məşğul oluram? Çünki mən belə fikirləşirəm ki, kişi üçün güclü və tən-dürüst olmaq vacibdir. İdman zəif insanlar üçün deyil, çünki orada uduzmağı öyrənmək lazımdır, bu isə həmişə rahat başa gəlmir.
        Mənim sevimli atalar sözündə belə deyilir: «Sağlam bədəndə sağlam ruh olar».
Dostlarınla Paylaş

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024