Təpəgözün nağılı.Uşaqlar üçün nağıl
İsgəndəri götürüb bir qaranlıq yerə apardı. İsgəndər gördü ki, burada bir Zümrüd quşunun qanadları zəncirlənmişdir. Yazıq quş ah-fəğan edir, gözlərinin yaşını tökür. İsgəndər qılıncı çəkib quşun qanadlarının zəncirlərini parçaladı. Zümrüd quşu bir neçə dəfə qanad çalıb dedi:
- Ey cavan, neçə ildir ki, bu bu tilsimdə əzab çəkirdim, sən məni azad elədin, nə diləyin varsa de, yerinə yetirim.
İsgəndər dedi:
- Ey quş, bizi işıqlı dünyaya çıxart.
Zümrüd quşu dedi:
- İşıqlı dünyaya çıxmaq üçün qaranlıq dünyanın sahibi divi öldürmək lazımdır.
İsgəndər dedi:
- Qaranlıq dünyanın sahibini öldürmüşəm.
Zümrüd quşu dedi:
- Onda azuqədən-zaddan götürün, yola düşək. Ləngiməyin, qara divin qardaşları səfərdən qayıdıb, bizi parçalayar.
İsgəndərgil azuqədən-zaddan götürüb, quşun qanadlarının üstünə mindilər. Quş qanad açıb havaya qalxdı, yeddi gün, yeddi geçə uçdu, onları işıqlı dünyaya çıxartdı. İsgəndər yoldaşını Yəmən şəhərinə yola saldı, Zümrüd quşu ilə sağollaşıb, düz Təpəgözün qoyun otlağına gəldi. Təpəgöz onu görən kimi nərə çəkib dedi:
- Ey İsgəndər, demək yenə də ölmədin!
İsgəndər dedi:
- Ey Təpəgöz, onu bil ki, səni öldürməmiş ölməyəcəyəm.
Təpəgöz gülüb dedi:
- Sənin kimi adamların əlində ölsəydim, çoxdan ölərdim.
İsgəndər onun oxunu gizlətmişdi. Birdən çıxartdı, onun gözünə bir ox vurdu. Təpəgöz nərə çəkib İsgəndərə tərəf yüyürdü. İsgəndər yerini dəyişdirdi. Ona nə qədər ox, qılınc vurdusa, heç biri kar eləmədi. Kor olmuş Təpəgöz onu tutmağa çalışırdı, nəriltisi ərşə qalxırdı. İsgəndər lap yoruldu. Birdən anasının tükü yadına düşdü. O saat oda tutdu. Sir hazır oldu, gördü ki, Təpəgöz oğlunu yaxalamaqdadır. Şir bir nərə çəkib qoyunları hürkütdü. Qoyunlar qalaçaya tərəf getdilər. Təpəgöz qoyunların arxasına düşüb düz mağarasına getdi. İsgəndər bütün əhvalatı şir anasına nağıl eləyib dedi:
- Ana, onu kor eləmişəm, ancaq öldürə bilmirəm.
Şir onun igidliyinə afərin söyləyib dedi:
- Oğul onu öldürmək üçün mağarasında olan
Cəmi 18251 nəfər oxuyub