Mollanın zövcəsi və eşq-i ehtiras... (Hekayə)

Mollanın zövcəsi və eşq-i ehtiras... (Hekayə)


qaralanda onun getmək vaxtı gəldi və getdi…
Qərara gəlmişdim. Növbəti yəni, sonuncu "Qədr gecəsi” əri evindən gedərkən, Nigarı qaçıracaqdım. Bakıdakı evimdə ailə qurub xoşbəxt yaşaya bilərdik. Sadəcə 2 gün gözləməli idim. Səhərəcən fikirləşdim, ölçüb-biçdim və hesab işlərini tamaladım. Nigarın dediyinə görə, onlar sadəcə kəbinli evlidirlər. Demək, hüquqi cəhəttən heç bir əsas yoxdur ki, nəsə bir problemimiz olsun! Çox gözəl…
Səhər açıldı, pəncərəyə qaçdım… Pəncərəyə baxarkən gözlərimə inana bilmədim. Nigar stula çıxmışdı, boğazında kəndir var idi və əri ona baxıb qışqırırdı. Mən ora qaçmaq istədim, amma dərhal geri döndüm, bəlkə heç nə olmayacaq deyə, bəlkə gözlərim məni aldadırmış deyə…
Nigar ayağını stula vuranda, mən yumruğumu dişləyib ağlayırdım. Molla isə heç nə etmirdi, durub üzünə baxırdı. O qatil idi… O, Nigarı öldürdü…. Axı niyə?! Onun günahı nə idi ?! Nə?!
Mən olanları heç kimə demirdim. 1 həftə boyunca içki içirdim. İçki içəndə özümü Nigara daha yaxın hiss edirdim. Onun xəyalı gözümün önündə canlanırdı. Axı, onu çox sevirdim…
Bu 1 həftə ərzində Nigarın 3-ü və 7-si mərasimləri tamamlamışdı. Gecə ikən yağış tökürdü və mən pəncərədən Nigarın durduğu yerə baxıb bir butulka çaxırı başıma çəkdim. Mollanın səccadəsini yerə saldığını gördüm və az qala əsəbimdən dəli olum. Atamın divardakı ov tüfəngini götürüb, evdən çıxdım. Qoşalüllənin içində iki güllə var idi. İldırımlı, yağışlı havada çəpərdən atlananda yıxıldım. Ayağa qalxaraq, sənritləyə-səntirləyə evə yaxınlaşdım. Qapı taxta qapı idi. Qapıya bir təpik vurdum və girdim içəri. Molla namaz qıla-qıla bir anlığa diksindi qapının gurultusundan. O bilirdi ki, əlimdə silah var, ancaq yenə də namazı
<< 1... 12 13 [14] 15 16 >>
Cəmi 2822 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024