Sağlam saçlar

Sağlam saçlar


qaraşınlara – tünd saçlar; gözləri yaşıl və tünd- mavi, dərisi isə ağ olan və ya mavi gözlü qaraşın qızlara – tünd və ya açıq-sarı; gözləri yaşıl və tünd-mavi, dərisi isə orta qaralmış olanlara – tünd-sarı, habelə açıq qəhvəyi və qəhvəyi; gözləri yaşıl, tünd- mavi, dərisi isə çox qaralmış olanlara–qəhvəyi rəngin bütün çalarları yaraşır. 2. Saçlarınıza qulluq edin Saçlarınızı qaynadılmış və ya sodayla qarışdırılmış su ilə yumağınız məsləhətdir. Suyun hərarəti təqribən 50 dərəcə isti olmalıdır. Saçlarınızı yumazdan əvvəl onları mütləq darayın və şampunla yuduqdan sonra kondisioner və ya yaxalayıcı balzam vurun. Amma unutmayın ki, balzamı yalnız saçların uclarına vurmaq olar. Saçlar yaş halda daha zəif olduğundan, onları yuduqdan dərhal sonra fenlə qurutmaq olmaz. Onların bir az qurumalarını gözləyin. Saçların tökülməsinin qarşısını almaq üçün isə ən yaxşı vasitələrdən biri, baş dərisini masaj etməkdir. Bu saçları dibindən möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, follikulların qidalanmasını tənzim edir. Dairəvi hərəkətlərlə başınızın dərisini yavaş-yavaş masaj edin, bu həm də gərginliyi və stresi aradan qaldıracaq. Saçlarınıza uyğun şampun seçin. Şampunu birbaşa başınıza boşaltmayın. Şampunu ovcunuza tökün, sonra isə yavaş-yavaş saçlarınıza vurun. Unutmayın ki, şampunu uzun müddət saçlarda saxlamaq olmaz. 3. Saçlarınızı qidalandırın. Saçlarınızın sağlam görünməsi üçün yediklərinizə fikir verin. Şirniyyat, qəhvə, spirtli içkilər, yağlı və duzlu ərzaqları azaldın. Sizə B və C vitaminləri, habelə tərkibində dəmir olan vitamin komplekslərini qəbul etməyi məsləhət görürük. Saçların ağarmasının qarşısını almaq üçün ildə iki dəfə 1-2 ay ərzində A, E və C vitaminləri qəbul edin. Qara
<< 1 [2] 3 >>
Cəmi 957 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024