Sağlam saçlar

Sağlam saçlar


saçların ağarmaması üçün hər dəfə onları yuyandan sonra dəmlənmiş qara çayla yaxalayın. Saçlarınızı vaxtından əvvəl ağarmasın deyə onları gicitgəndən hazırlanmış məhlulla yuyun. Məhlulu hazırlamaq üçün 50 qram qurudulmuş gicitgənin üzərinə 500 ml su və 500 ml sirkə əlavə edib, yarım saat qaynadın. Alınmış məhlulu bir neşə gün dalbadal hər gecə başınızın dərisinə sürtün. Şampun seçərkən bunlara diqqət edin Şampun alarkən hansını seçəcəyinizi bilmirsinizsə, aşağıdakı məsləhətlərlə tanış olun. Saçlarınızın sağlamlığından tutmuş parıltısına qədər bir çox şey şampundan asılıdır. Yağlı saçlar üçün şampun- Belə şampunların tərkibində yağları aradan qaldıran maddələr var. Amma saçları belə şampunla tez-tez yumaq olmaz, çünki baş dərisi quruyub, qabıq verə bilər. Normal saçlar üçün şampun-Bu şampunlar saçları yaxşı təmizləyir və eyni zamanda yağın təbii ifrazını əngəlləmir. Quru saçlar üçün şampun-Nəmləndirici xüsusiyyətləri sayəsində baş dərisini qurutmur, əksinə qidalandırır. Mütəmadi istifadə üçün yumşaq şampun-Çox zəif olduğundan baş dərisini qıcıqlandırmır və saçları qurutmur. Belə şampun gündəlik istifadə üçün ən ideal seçimdir. Kəpək əleyhinə şampun-Bu şampunun tərkibindəki xüsusi vasitələr sayəsində hüceyrələrin bölünməsi ləngiyir və kəpəyin əmələ gəlməsinin qarşısı alınır. Bundan əlavə xüsusi maddələrin köməkliyi ilə baş dərisində mövcud olan qabıq tədricən təmizlənir. Amma belə şampundan uzun müddət istifadə etmək məsləhət görülmür ən çox 1 ay istifadə olunmalıdır. Sonra mütləq fasilə etmək lazımdır, əks təqdirdə saçlar cansızlaşacaq və quruyacaq...
<< 1 2 [3]
Cəmi 956 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024