BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ


Hər növ yemək və şirniyyat reseptleri

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ
Tərkibi:
3-4 dilim iri balqabaq
2,5 stəkan şəkər tozu
1 litr süd
3 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1/2 paket marqarin
1 paket vanil
200 qram qoz ləpəsi
100 qram fındıq
3 paket biskvit (peçenye)

Hazırlanması:
Əvvəlcə balqabaq dilimlərini doğrayın, üzərinə şəkər tozu əlavə edərək vam odda bişirin, kartof püresi formasına düşənədək yaxşıca əzin. Digər tərəfdə tortun "içliyi" ayrıca yağ xaric olmaqla, hazırlayın. Daha sonra düyüyə yağ əlavə edərək mikserlə qarışdırın. Böyük şüşə qab su ilə isladıldıqlan sonra ora bir qat biskvit düzün, balqabal püresini yayın, üzərinə "içliyi" tökün. Laylanmış və arasında "içlik" olan tortu soyuducuya qoyun, 12 saat saxlayın.
Sonda tortu çıxarın, üzərini qoz ləpəsi, fındıq ilə bəzəyin.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024