Hər növ yemək və şirniyyat reseptleri
Gerkulesdən dadlı peçenye
Tərkib:
- 150 qr kərə yağı
- 100 qr şəkər tozu
- 3 yumurta
- 3 x.q. bal
- 100 qr gerkules (xırda)
- 100 qr şokolad
- 100 qr kişmiş
- 1/2 ç.q. darçın
- 1 ç.q. qabartma tozu
- 400 qr un
Hazırlanması:
1. Şokoladı xırda doğrayın.
2. Yağı şəkər tozu ilə yaxşı çalın.
3. Yumurta əlavə edin, çalın.
4. Bal əlavə edin, çalın.
5. Kişmişin üzərinə qaynar su tökün, bir qədər saxlayın, salfetin üzərində qurudun, kütləyə əlavə edin, qarışdırın.
6. Şokolad, darçın, gerkules əlavə edin, qarışdırın.
7. Una qabartma tozu əlavə edin, qarışdırın, ələyin, yağlı-yumurtalı kütləyə əlavə edin, xəmir yoğurun.
8. Tavaya perqament sərin, xəmirdən istənilən formada (yumru, uzunsov) peçenye düzəldin, tavaya düzün.
9. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni 20-25 dəqiqə ərzində bişirin.
Nuş olsun!