Tatli.Biz
Əyləncə Portalı
Dil:
Kartof dolması yemisiniz? - FƏRQLİ DAD
Kartof dolması yemisiniz? - FƏRQLİ DAD
Hər növ yemək və şirniyyat reseptleri
Kartof dolması yemisiniz? - FƏRQLİ DAD
Dolmanı yəqin ki, hər birimiz xoşlayırıq. Yarpaq, kələm, "3 bacı" dolmaları milli mətbəximizin ən sevilən təamlarıdı. Bəs heç kartof dolması yemisiniz?
Tatli.Biz
ailem.az-a istinadən bu dəfə sizə fərqli kartof dolmasının reseptini verir. Ərzaqlar: 6 ədəd kartof Qızartmaq üçün duru yağ 200 qram az yağlı qıyma
2 xörək qaşığı zeytun yağı
1 ədəd soğan
2 diş sarımsaq
1 çay qaşığı pomidor tomatı 1 çay qaşığı istiot Duz Servis üçün: Nanə qurusu Qırmızı istiot Hazırlanması: Kartofların içini oyun və duru yağda qızardın. Qıymanı, soğanı, sarımsağı və zeytun yağında bir tavanın içində qovurun. Hazırladığınız içliyi kartofların içinə yığın. İçi doldurulmuş kartofları qazana yığaraq üstünə tomat və suyu qarışdıraraq tökün və vam odda bişirin. Hazır olandan sonra üstünə nanə qurusu, azca qırmızı istiot töküb servis edin. Nuş olsun!