Hər növ yemək və şirniyyat reseptleri
Limonlu KEKS. Asan resept
Tərkib:
- 1,5 stəkan un
- yarım ç.q. soda
- yarım ç.q. qabartma tozu
- 1 stəkan şəkər tozu
- 3 yumurta
- 2 x.q. yumşaq kərə yağı
- 1 ç.q. vanil
- 1 iri limon
- yarım stəkan bitki yağı
- 1 çimdik duz
Hazırlanması:
1. Limonun sedrasını (sarı qabıq) sürtgəclə soyun, şirəsini sıxın.
2. Un, soda, qabartma tozu və duzu qarışdırın.
3. Ayrı qabda yumurta, şəkər tozu, kərə yağı, vanilin, limon şirəsi və sedranı mikserlə yaxşı çalın.
4. Yumurtalı kütləyə ehtiyatla qarışdıra-qarışdıra unlu qarışığı əlavə edin, qarışdırın.
5. Biki yağını əlavə edin, qarışdırın.
6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, xəmiri yağ çəkilmiş və bir az un səpilmiş formaya qoyun, 45 dəqiqə bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
7. Keksi soyudun, üzərinə pudra səpin.
Nuş olsun!