Hər növ yemək və şirniyyat reseptleri
Muffin qəliblərində "Pendirli kartof" ləzzəti - VİDEO
Bu yeməyi hazırlamaq çox asandır və dadı da çox ləzzətlidir.
Ət və yeməklərinizin yanında servis edəcəyiniz bu təam sefrənizə də xüsusi gözəllik qatacaq.
Tərkibi:
7 ədəd kartof
3 xörək qaşığı pendir
3 xörək qaşığı əridilmiş kərə yağı
1 çay qaşığı istiot
1 çay qaşığı əzilmiş sarımsaq
1 çimdik duz
Kartofları soyun və incə- incə dilimləyin. Bir qabda əridilmiş kərə yağı ilə sarımsaq, duz, qistiot, kəklikotu və rəndələnmiş pendiri qarışdırın. Kartofların üzərinə bu qarışığı tökün və yaxşıca qarışdırın. Muffin qəliblərini kərə yağı ilə yağlayın. Kartof dilimlərini üst üstə qoyaraq yerləşdirin. Ən son üzərinə bir az daha kəklikotu və istiot səpin. 180 dərəcə sobada bişirin. Nuş olsun!