Hər növ yemək və şirniyyat reseptleri
Sultan lokumu RESEPTİ
Tərkibi:
4 yumurta
4 qəhvə fincanı şəkər tozu
1 fincan süd
5 qəhvə fincanı un
1 paket qabartma tozu
1 paket vanil
Krem:
2,5 st. süd
4 x.q. un
7 x.q. şəkər tozu
1 x.q. kərə yağı
1 paket vanil
Üzərinə:
2 st. ilıq süd
2 st. kokos yonqarı
3 banan
Hazırlanması:
Yumurta və şəkər tozunu mikserdə ən az 10 dəqiqə çalın, südü əlavə edib çalmağa davam edin. Un, qabartma tozu və vanil əlavə edib taxta qaşıqla qarışdırın.
Ortaboy sinini yağlayın, xəmiri içinə töküb hamarlayın. 150 dərəcə qızdırılmış sobada bişirin (qurumasın).
Krem: süd, un və şəkər tozunu qazanda qarışdıraraq bişirin, qatılaşanda ocaqdan götürün, kərə yağı və vanil əlavə edib mikserdə çalın.
Keks bir qədər soyuduqdan sonra ortadan iki bölün (iki korj alınsın deyə). Dördbucaqlı formada doğrayın (yaxud əvvəlcədən dördbucaqlı doğrayıb, sonra onları ortadan iki bölün).
Kekslərin qızarmış tərəflərinə krem çəkin, üzərinə nazik banan dilimi qoyun. Bunu ilıq südə, sonra isə hərtərəfli kokos yonqarına batırın. Hamısını bir qaba düzüb soyuducuda 5-6 saat saxlayın.
Nuş olsun!
(dadlı.az)