Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO
Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 
Tatli.Biz Tatli.Biz-a istinadən xəbər verir ki, qurumun mətbuat katibi Xanlar Xanlarzadə sorğuya cavab olaraq bildirib ki, sual Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanmayıb:
"Qeyd olunan sualın DİM-in test bankına aidiyyəti yoxdur. Sadəcə bizimlə dəqiqləşdirmə aparılmadan paylaşıblar".
Qeyd edək ki, sosial şəbəkələrdə özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında müğənni Hissin "Mars" adlı mahnısındakı "mahnılarım qızıldır, paslanmır" sözləri yer alıb. 
Sözügedən sual müzakirələrə səbəb olub. 
Bildirilib ki, onlar nə üçün tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edildiyini soruşublar.
İddia edilib ki, həmin suallar Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanıb.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024