İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?


Hər qadın gözəl görünməyə layiqdir

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?
Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir.
Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsində isti havanın məhsuldarlığa təsiri araşdırılıb.
"The Straits Times" qəzetinin məlumatına görə, elm adamları sperma nümunələri götürməzdən əvvəl 90 gün ərzində həddindən artıq istiyə məruz qalan iştirakçılarda sperma sayının az olma ehtimalının 46 faiz, sperma sıxlığının azalması ehtimalının isə 40 faiz olduğunu müəyyən ediblər.
Araşdırmada isti havaya məruz qalan kişilərdə reproduktiv hüceyrələrin daha az hərəkətli olduğu müəyyən edilib.
Sinqapur Milli Universitetində elmi işçi olan və araşdırmada iştirak edən Dr. Semuel Qanfer əldə etdikləri nəticələrin çox təəccübləndirici olduğunu bildirib.
"Ənənəvi olaraq, araşdırmalar yaşlandıqca spermanın keyfiyyətinin azaldığını göstərirdi. Lakin bu araşdırmada gördük ki, istidən ən çox təsirlənənlər reproduktiv dövrlərində olan 25-35 yaş arasındakı kişilərdir", - deyə o qeyd edib.
Sinqapur kimi tropik ölkələrdə həddindən artıq temperatur ilə sonsuzluq arasındakı əlaqənin yetərincə öyrənilmədiyinə diqqət çəkən tədqiqatçı iqlim dəyişikliyi ilə gələcəkdə havanın daha da isti olacağını xatırladıb.

Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024