Elmira Mirzəyeva
Elmira Mirzəyeva (rus. Эльмира Мирзоева; doğ. 2 noyabr 1981, Moskva, Rusiya SFSR, SSRİ) — Rusiya şahmatçısı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2002).[1] İdman jurnalisti, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin şahmat şərhçisi.[2]
Elmira Mirzəyeva | |
---|---|
rus. Эльмира Мирзоева | |
Ölkə | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Moskva, SSRİ |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2002) |
Son reytinqi | 2262 (mart 2018) |
Maksimal reytinqi | 2379 (dekabr 2015) |
FİDE nömrəsi | 4127951 |
elmirachess.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı redaktə
Erkən illəri redaktə
Elmira Mirzəyeva 1981-ci il noyabrın 2-də Moskva şəhərində azərbaycanlı ailəsində anadan olub.[3] Əslən Gəncəlidir.[4] Elmiranın özündən böyük Gülnarə adında bacısı və özündən kiçik Nizami adında qardaşı var.[4] Qardaşı şair Nizami Gəncəvinin şərəfinə adlandırılıb.[4]
Şahmat redaktə
1995-ci ildə məktəbli qızlar arasında mütləq Moskva çempionu olub.[5] 1996-ci ildə o, Kaluqa şəhərində keçirimiş Rusiya birinciliyinin finalında 16 yaşa qədər qızlar arasında Rusiya çempionu adını qazanıb.[5] 1996-cı ilin oktyabr-noyabr aylarında İspaniyada keçirilmiş yeniyetmələrin dünya birinciliyində Rusiya yığmasının heyətində çıxış edib. 1998-ci ildə qadınlar arasında blits üzrə Moskva çempionu, bir il sonra isə qadınlar arasında blits üzrə Rusiya Kubokunun sahibi olub.[5]
2008-ci ildə şahmat üzrə jurnalistlər arasında qeyri-rəsmi dünya çempionatının qalibi olub.[5]
2011, 2012, 2013 və 2014-cü illərdə "Moskva open" beynəlxalq şahmat festivalının mükafatçısı olmuşdur.[1]
Jurnalistika redaktə
2003-2004-cü illərdə "7TV" telekanalının xüsusi müxbiri işləyib. 2004-2006-cı illərdə "Sport" kanalının müxbiri və şahmat şərhçisi olmuşdur. 2005-2006-cı illərdə "Sport" telekanalında yayımlanmış "Alp dağlarında şahmat" və "Şah və ya mat" proqramlarının müəllifi və aparıcısı olmuşdur. 2006-cı il Turin Qış Olimpiya Oyunlarında "Sport" telekanalının xüsusi müxbiri kimi çalışıb. 2008-ci ildən 2010-cu ilə kimi "NTV+Sport" və "NTV+Futbol" kanallarında “Xəbərlər” informasiya proqramının apacısı işləyib. 2006-cı ildən günümüzədək "Mayak", "Vesti Ef Em" və "Rusiya Radiosu"nda informasiya proqramının aparıcısı və şahmat şərhçisi işləyir.[1]
İstinadlar redaktə
- ↑ 1 2 3 "О Себе". Elmirachess.com. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
- ↑ "Эльмира Мирзоева" (rus). radiomayak.ru. 20.07.2013. 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- ↑ "Azərbaycanlı Elmira Mirzəyeva şahmat üzrə Moskva çempionu olub" (az.). AZƏRTAC. 2017-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
- ↑ 1 2 3 "Эльмира МИРЗОЕВА: "Для России Азербайджан стал серьезным конкурентом во многих видах спорта"" (rus). Extratime.az. 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
- ↑ 1 2 3 4 "Эльмира Мирзоева" (rus). Chess-portal.net. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
Xarici keçidlər redaktə
- FIDE Chess profili
- Elmira Mirzoeva . Chess-DB.com Arxivləşdirilib 2016-07-13 at the Wayback Machine (ing.)
- Elmira Mirzoeva . Chessgames.com (ing.)
- Elmira Mirzoeva. 365Chess.com (ing.)
- Rusiya Şahmat Federasiyasının saytında bioqrafiyası (rus.)