Malatya döyüşü Haqqinda Melumat - Vikipedia

Malatya döyüşü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Malatya döyüşü

Malatya döyüşü — 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmed məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Ağqoyunlu hökmdarı bu təklifi qəbul etmədi və Tərcan istiqamətində hərəkətə başladı.[1]

Malatya Döyüşü
Ağqoyunlu-Osmanlı müharibələri
Tarix 1 avqust, 1473
Yeri Malatya
Nəticəsi Ağqoyunluların qələbəsi
Ərazi dəyişikliyi Malatya
Münaqişə tərəfləri

Ağqoyunlular

Osmanlılar

Komandan(lar)

Uğurlu Məhəmməd

Xas Murad

Tərəflərin qüvvəsi

10.000

40.000

İtkilər

Yüngül

Bütün Ordu

Tarixi redaktə

1472-ci ilin baharında Osmanlılara qarşı müharibəyə başlamış Ağqoyunlu dövləti döyüş əməliyyatları keçirərək Tokatı, Qeysəriyyəni, AksarayıAkşehiri zəbt etdi və Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar. Qışın düşməsi ilə əlaqədar olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında ona qarşı səfərə çıxacağını bildirdi.[2]

1473-cü ildə Fərat sahilində iki ordu qarşı-qarşıya gəldi. Ağqoyunlu ordusunun sayı 70 min, Osmanlıların sayı isə 100 min təşkil edirdi. Uğurlu Məhəmməd ordunun mərkəz hissəsinə rəhbərlik edirdi. Döyüş başlamamışdan əvvəl o, 10 min süvari ilə Osmanlılara qarşı pusqu qurmuşdu[3]. Osmanlı sərkərdəsi Xassə Murad 40 min nəfər ilə hücuma başladı[4]. Elə ilk hücumdan Uğurlu Məhəmmədin pusqusuna düşən Osmanlı qoşunu mühasirəyə alındı. Beləliklə aldadılan və çayın sol sahilinə keçərək məğlub olan Osmanlı qoşunu 40 min itki verdi və geri çəkildi. Ömər bəy və bir neçə Osmanlı sərkərdələri əsir alındılar.[5]

İstinadlar redaktə

  1. İradə Nuriyeva, Azərbaycan Tarixi.s.108.
  2. Nəcəfli T. H., Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.52.
  3. Akkoyunlu (Turkish). Turkey: Woods. 196.
  4. Behramnejad, Muhsin. Karakoyunlular Akkoyunlular (Turkish). Kronik Kitap. 110.
  5. Həsən bəy Rumlu, Əhsənüt-təvarix.s.285.

Ədəbiyyat redaktə

  • Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s.
  • Nəcəfli T. H. "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında". Bakı: Çaşıoğlu, 2000. — 198 s.
  • Nuriyeva İradə Tofiq qızı. "Azərbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək)". – Bakı: Mütərcim, 2015. – 336 səh.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:Principles_of_the_economic_philosophy_of_society,_government,_and_industry_(IA_adh4114.0001.001 MediaViki:Gadget-refToolbar.js Fayl:Eugtre_sustained_yield_units_-_ttr-year_timber_managemtrt_plan_-_final_trvironmtrtal_impact_sta Fayl:The_house_that_Putin_built_(IA_thehousethatputi109452177).pdf mediaAYREE-Мен-сені-сүи-ем-Кеш-жарық-Қазақстан-(65AW1ntQ6KA) Fayl:Unemployed_men_queued_outside_a_depression_soup_kitchen_opened_in_Chicago_by_Al_Capone,_02-1931 Fayl:The_Prison_and_Young_Offender_Institution_(Amendment)_(No._2)_Rules_2016_(UKSI_2016-945).pdf Fayl:CARACTERISTICAS_PRINCIPALES_DE_LA_TRANSFORMACION_DE_LOS_SISTEMAS_COMUNISTAS_EN_LA_DECADA_DE_LOS Fayl:The_dynamic_of_Russo-Israeli_relations_in_the_post-Soviet_era_(IA_thedynamicofruss1094531542).p Fayl:Explanation_of_the_pathology_and_therapeutics_of_the_diseases_of_the_nerve_centres,_especially_ Fayl:Mental_pathology_and_therapeutics_(IA_cu31924084313539).pdf KitabMənbələri978-0-299-00204-6 SəhifəyəKeçidlərWhatLinksHereUserRightsSurə_Rəhimli Fayl:New-Dark_Evangelist_1874-01-08-_Vol_45_Iss_2_(IA_sim_evangelist-and-religious-review_1874-01-08 Fayl:Elecruicity,_magnetism,_and_elecruic_telegraphy;_a_practical_guide_and_hand-book_of_grueral_inf JurnaldeleteSortilegus Fayl:Bandundu_consumption_survey_-_implemruting_institution,_proposed_objectives_and_work_plan_(IA_C KitabMənbələri0816628017 Fayl:Matilija_poppy_closeup.jpg Fayl:The_Local_Governmtrt_Superannuation_(Interchange_with_English_Teaching_Service)_Regulations_(No
Dostlarınla Paylaş

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024