Portal:Biologiya/Seçilmiş məqalə/Tarix Haqqinda Melumat - Vikipedia

Portal:Biologiya/Seçilmiş məqalə/Tarix Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Biologiya/Seçilmiş məqalə/Tarix

Kəllə sinirləri — (lat. nervi cranialis) — Kəllə (beyin) sinirləri beyin kötüyündən başlayırlar və miqdarı 12 cütdür. Rum rəqəmləri ilə nömrələnirlər və hər biri xüsusi ada malikdir. Kəllə sinirləri növbə ilə öndəl dala doğru sayılır. Vəzifə etibarilə kəllə sinirləri üç qrupa bölünür:
1) Hissi sinirlər lat. nn.sensorii, ya duyğu sinirləri (I, II və VIII cüt, yəni qoxu, görmə və dəhliz-ilbiz sinirləri);
2) Hərəki sinirlər lat. nn. motorii (III, IV, VI, XI, və XII cüt, yəni gözün hərəki siniri, blok siniri, uzaqlaşdırıcı, əlavə və dilaltı sinirlər);
3) Qarışıq sinirlər (V, VII, IX və X cüt, yəni üçlü, üz, dil-udlaq və azan sinirlər). Kəllə sinirlərinin bir qisminin (gözün hərəki sinirinin üz siniri ilə birləşmiş olan ara sinirin, dil-udlaq və azan sinirlərin) tərkibində parasimpatik və hərəki sinirlərin tərkibində simpatik liflər də vardır.(Davamı...)


İnsan ürəyi — döş qəfəsində yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv.

Ürəkətrafı ciblərlə - ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır. İnsan ürəyi yastılaşmış konusabənzər əzələvi bir üzv olub, döş qəfəsində, ağciyərlərin arasında asimmetrik bir vəziyyətdə yerləşmişdir. Bunun iki ucu, iki səthi və iki kənarı vardır; enli ucu - əsası - (lat. basis cordis) yuxarı, sağ və dala; sivri ucu - zirvəsi - (lat. apex cordis) aşağı, sola və qabağa baxır; beləliklə ürəyin boylama oxu çəp istiqamətdə, yuxarıdan aşağı, sağdan-sola və arxadan önə doğru gedir.

(Davamı...)


Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024