Həyat yoldaşınızın gözündə sevdiyi, yoxsa anasısınız?

Həyat yoldaşınızın gözündə sevdiyi, yoxsa anasısınız?


The secret of education begins with respect in the child

Həyat yoldaşınızın gözündə sevdiyi, yoxsa anasısınız?

Həyat yoldaşınızın gözündə sevdiyi, yoxsa anasısınız?
Evlilik həyatının enişli-yoxuşlu bir yoldan keçdiyi hamıya məlumdur. Evli cütliklərin bir-birilərinə hiss etdikləri sevgi, şəfqət ailə həyatında son dərəcədə əhəmiyyətlidir. Qadının həyat yoldaşına göstərdiyi münasibətlər bu evliyin gələcəkdə hansı istiqamə yönəlməsinə bir təkandır. Qadınların ərinə qarşı həddindən çox nəzarət etməsi, onun dostları ilə, qohumları ilə görüşməsinə mane olmaq və yaxud da ərinə hər istədiyini etdirmək istəyi, uşaq kimi davranmaq istəyi evlilik münasibətlərini sarsıda bilir.

Həyat yoldaşınızın anası rolunu oynamaqdan çəkinin

Qadınlar doğularkən analıq hissi, şəfqət, mərhəmət və qayğıkeşlik də onlarla birgə doğulur. Onlar hər kəsin qayğısına qalır, fədakarlıq göstərirlər. Hətta evləndikdən sonra da ərlərinin qayğısına qalırlarlar. Bu əlbəttdə ki, yaxşıdır. Ancaq müəyyən həddi gözləmək lazımdır. Qadın əri ilə dost olmaq əvəzinə, onun anası olmağa üstünlük verir. Kişilər artıq davranışları ilə, səsinin tonu ilə, hətta ona hökm etmək istəyi ilə qarşılaşanda, artıq gözləri önündə bir zamanlar sevdiyi qadını deyil, analarını görürlər. Bir zaman xəyal etdikləri sevgi, romantik duyğular, xəyallar bir anda yox olub gedir. Evində ehtiyacı olduğu sevgini tapmayanda isə kişi başqa qadınlara baxmağa başlayır.

Qadın unutmamalıdır ki, ərinin öz anası var. Əgər ərinizin sizə olan sevgisinin bitməsini istəmirsinizsə evliyiyinizi qorumalısınız. Əlbətdə ki, evlilik həyatında düzgün olmayan halları dilə gətirməlisiniz. Ancaq bunu edərkən ana kimi yox, elə həyat yoldaşı kimi etməlisiniz.

Həyat yoldaşınızla söhbət edərkən qaş-qabaqlı olmayın, gülər üzlü olmağa çalışın. O sizin sevginizi hiss etməlidir. Sözlərinizi diqqətlə seçməniz gərəkdir, çünki seçdiyiniz sözlər münasibətlərin korlanmasına gətirib çıxara bilər. Həyat yoldaşınıza müraciət edərkən onu sevgi ilə, məsələn, əzizim, sevdiyim, həyatım və s. sözlərlə çağrın. Bu onlara və sizə pozitiv əhval-ruhiyyə verəcək, ailədə münasibətlərin istiləşməsinə xidmət edəcək.

Share with Friends

68 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024