Vətən şeiri

Vətən şeiri


İçimdə bir şeir hayqırır

İçimdə bir şeir hayqırır…
Nə anı, nə zamanı bəlli,
Buraxmır ki… buraxmır…
Yapışıb yaxamdan ikiəlli…
Hər axşam, hər sabah
ağrısı-acısı hey yandırır məni.
Yandıra-yandıra
amansız sancısı qandırır məni.
Qıvıra-qıvıra salır haldan-hala,
öfkəmi, səbrimi yola-yola…

İçimdə bir şeir hayqırır…
Göy üzü bir ovuc ulduz,
hayqırtılar isə hələ də sonsuz.
Hayqıra-hayqıra gəlirəm deyir.
İçimi içimdə qaynadan şeir,
içimi içimdə oynadan şeir…

İçimdə bir şeir hayqırır…
Səsini məndən başqa
Duymur ki, kimsə.
Bilməsəm də necə bir
nəsnə olacaq,
gəlirsə qoy gəlsin,
bəlkə söndürərək yanqımı
həməncə yurd sevdalı qəlbimə təşnə olacaq…

05.09.2020

Musa Uruda

Nə ülvi sevgidir, hər gecə-gündüz,
Qayası səsləyir, daşı çağırır.
Nə dərə susmaqda, nə çiçəkli düz,
O şiş zirvələrin qaşı çağırır.

Çağırır dərd süzən o Korabulaq,
Həsrəti min qalaq, qəmi min qalaq…
Kövrək harayına verdim də qulaq,
Axan gildir-gildir yaşı çağırır.

Çağırır gəzdiyim o yal, o yamac,
Sevdası köksümdə ox… qulac-qulac…
Ha da qəhərlənib, ha da… könül ac,
Süsənli, laləli döşü çağırır.

Çağırır susmayan çağlar Kəhrizi,
Min ləpir saldığım hər cığır, izi…
Çağırır çatdığı füsunlu közü,
Keşkəsi, gümanı, kaşı çağırır.

Çağırır ümidin göynəyən dili,
Çağırır həsrətin çuğlayan seli…
Çağırır zəfərin əsəcək yeli,
Nə olsun, bir az da “naşı” çağırır.

Çağırır o Demlər, o Ardıclıdağ,
Qəlbimi fəth edən hər təpə, hər dağ.
Talıboğlu, eşqin sən gücünə bax,
O Söyüdbulağın başı çağırır.

04.09.2020
Only 797 people read
Like(145) | Dislike(139)
Share with Friends

65 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024