Təpəgözün nağılı.Uşaqlar üçün nağıl
ki, bir başqa yerdə ev tikib köçsünlər. Durub qonşuya məsləhətə getdilər. Bu zaman qonşu uşağı onlara gəldi. Təpəgöz onu tək görüb, beşikdən sıçradı, uşağı parçalayıb yedi. Bu əhvalatdan sonra ağa ilə arvadı qorxudan gecəni qonşuda yatdılar. Ancaq gündüzlər evə qayıtdılar. Bir neçə gün keçdi. Təpəgöz bərk acdı. Anasına dedi:
- Ana, mənə bir az çörək ver, bərk acam.
Anası gətirib onun qabağına bir az çörək qoydu. Təpəgöz bu çörəyi bir loğmada yeyib dedi:
- Ana, belə çörəklə aclığım sönməz, evdə nə qədər çörək varsa gətir.
Anası təəccübləndi, evdə nə qədər çörək vardısa, hamısını gətirdi. Təpəgöz yeyib qurtardı, yenə doymadı. Bu vaxt qapıya bir camış gəldi. Təpəgöz onu da basıb yedi, yenə doymadı. Sonra anasının əlindən öpüb dedi:
- Ana, mən sizin bütün var-dövlətinizi yesəm, yenə də doymaram. Mənə Təpəgöz deyərlər. Mənə halallıq ver, gedib özümə bir mağara düzəldəcəyəm.
Təpəgöz anasının əlindən öpüb ayrıldı, gedib bir qalaçaya çıxdı. Buranı özünə məkan elədi. Təpəgöz çapdı, taladı, özünə çoxlu qoyun topladı. Onun qoyunları at, camış böyüklüyündə idi. Qoyunu həmişə özü otarardı. Bir böyük çinarı kökündən çıxarıb özünə çomaq eləmişdi. Bir oturanda üç qoyunu parçalayıb yeyərdi. Dişinin acısını almaq üçün üstündən bir adam da yeyərdi. Onun qalaçasının həndəvərinə nə bir insan, nə də bir heyvan yaxınlaşardı.
Təpəgözün əməlləri bununla bitmirdi. Gecələr kəndlərinə girib adamları parçalayıb yeyərdi. Çoxunu da tutub sağ-salamat mağarasına aparardı. Bu minvalla əhali tamam ac qaldı, anaların südü qurudu. Adamlar belə qərara gəldilər ki, Təpəgözün əlindən qaçıb başqa ölkələrə getsinlər. Belə bir vaxtda İmran adlı bir kişinin qızı Qəmər də hamilə idi. Qəmər qaçarkən meşədə ağrısı tutdu, uşağı oldu. O uşağın adını İsgəndər qoydu. Qoluna bir bazubənd bağladı, meşədə bir kahaya atdı. Bu vaxt kol körpənin alnını cızdı, uşağın alnı qanadı. Anası yaylığını cırdı, balasının başını sarıyıb gözlərindən öpdü, ağlaya-ağlaya ondan ayrıldı.
Sən demə, bu kaha bir
Only 14629 people read