Behanedi...

Behanedi...


Dişlərim töküldü,saçım ağardı,
Yaşın nə günahı?,yaş bəhanədi.
Taleyim daş atdı,başımı yardı,
Buna daş neyləsin?,daş bəhanədi.
...Bəzən baharda da saralır yarpaq,
Taleyin əlində hər şey oyuncaq,
İnsanı öldürən əcəldir ancaq,
Azar da ,bezar da, boş bəhanədi.
Lağ etmə bədbəxtə, gülmə nakama,
Bədbəxt can atmaqla,yetişməz kama,
Bəxtinnən qar yağdı, ömür bağçana,
Buna qış neyləsin?,qış bəhanədi.
Mən quzeyli oldum, bəxtim güneyli,
Ona çatammadım, çalışdım xeyli,
BƏXTİYAR bəxtinnən oldun gileyli,
Buda səninçün xoş bəhanədi...
Only 2173 people read
Like(596) | Dislike(377)
Share with Friends

56 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024