İT DUASI - Anecdotes

İT DUASI - Anecdotes


Anecdotes located on our site are grouped according to the following letters

İT DUASI


Günlərin birində bir nəfər Molla Nəsrəddinin yanına gəlir ki:
– Molla, evimizin yolunda bir it var, mənim günümü lap qara eləyib.
Qorxudan evə də gedə bilmirəm. Eşitmişəm ərəb dilində bir dua
var ki, onu oxuyanda itin ağzı bağlanır, adamı qapa bilmir. Xahiş eləyirəm
o duanı mənə öyrədəsən.
Molla deyir:
– Yaxşısı budur ki, sən yanında həmişə ağac gəzdirəsən. Mən
inanmıram ki, sizin yolunuzun üstündə olan o it ərəb dilini bilə.
Share with Friends

111 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024