HEÇ EYBİ OLMASIN? - Anecdotes

HEÇ EYBİ OLMASIN? - Anecdotes


Anecdotes located on our site are grouped according to the following letters

HEÇ EYBİ OLMASIN?


Molla Nəsrəddin günlərin birində evlənib, bir qıçı çolaq, bir gözü
kor, dişləri tökülmüş, keçəl, qozbel bir arvad alır. Haman arvadı
tanıyan dostlarından biri soruşur ki:
– Molla, bu çolaq arvadı niyə aldın?
Molla deyir:
– Çolaq yaxşıdır, qardaş! Çox gəzməz. Qaxılıb oturar evdə.
– Yaxşı, axı gözünün də biri kordur.
– Baxma, o da yaxşıdır. Tutduğum işlərin yarısını görər, yarısını
yox.
– Bəs dişləri? O da yoxdur axı.
Molla deyir:
– Eh, onsuz da evdə yeməyə bir şey tapılmır.
– Keçəlliyinə nə deyirsən?
– Keçəl yaxşıdır, mənim o qədər pulum harda idi ki, həftədə bir
girvənkə xına alam.
– Yaxşı, Molla, bəs bu qozbelliyinə nə sözün var?
Molla deyir:
– Sən də qəribə, insafsız adamsan ha... Deyirsən bu zalım qızının
heç bir eybi olmasın?
Share with Friends

106 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024