MƏN DƏ VAR İDİM - Anecdotes

MƏN DƏ VAR İDİM - Anecdotes


Anecdotes located on our site are grouped according to the following letters

MƏN DƏ VAR İDİM


Molla səhər evdən çıxır ki, bazara getsin, qapıda qonşusuna rast
gəlir.
Qonşu soruşur:
– Ay Molla, səhər tezdən nə olmuşdu sizdə? Yaman səs-küy var
idi. Sonra da birdən yaman tappıltı gəldi. O nə idi elə?
Molla başını heç qaldırmayıb deyir:
– Heç, elə arvadla balaca bir sözümüz oldu. Arvad hirslənib mənim
cübbəmə bir təpik vurdu. Cübbə idi elə tappatapnan pilləkənlərdən
yumbalanırdı.
Qonşu heyrətlə soruşur:
– Ay Molla, cübbə də pilləkəndən yumbalanarmı?
Molla da ondan soruşur:
– Niyə yumbalanmır ki?
Qonşu deyir:
– Yumbalanmaz da... Axı cübbə nədi ki, yumbalana? Özü də elə
tappatapnan.
Molla görür yox, qonşu mübahisədən əl çəkməyəcək, hirslənib
deyir:
– Canım, çənə döymək nəyə lazımdır? Mən özüm də cübbəmin
içində idim, başa düşdün?
Share with Friends

75 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024