TOYDAN GƏLƏNDƏ DƏ BELƏ GÖRMÜŞƏM - Anecdotes

TOYDAN GƏLƏNDƏ DƏ BELƏ GÖRMÜŞƏM - Anecdotes


Anecdotes located on our site are grouped according to the following letters

TOYDAN GƏLƏNDƏ DƏ BELƏ GÖRMÜŞƏM


Deyirlər ki, Mollanın qaraqabaq bir arvadı var imiş. Elə bil ki,
dünyanın bütün bac-xəracını bundan alırmışlar. Həmişə qaş-qabağı
yerlə gedərmiş.
Bir gün yenə Molla axşam evə gəlib görür ki, arvadın alt dodağı
yer süpürür, üst dodağı göy. Özünü saxlaya bilməyib deyir:
– Yenə nə var, a qaraqabaq xanım?!. Qaşqabağın yenə yerlə sürünür.
Bu dünyada dərdimiz çox azdı, bir tərəfdən də sən bizə keyf ver!
Arvad deyir:
– Bilirsən ki, yasdan gəlirəm də... Qaşqabaqlı olmayanda çalıboynamayacağam
ki?..
Molla deyir:
– Dərd buradadı ki, səni toydan gələndə də belə görmüşəm.
Share with Friends

99 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024