ADAMA CUMUR - Anecdotes

ADAMA CUMUR - Anecdotes


Anecdotes located on our site are grouped according to the following letters

ADAMA CUMUR


Bir gün Teymur Ləng Mollanı şikara dəvət edir.Qasid xəbər gətirir ki, Molla bu saat gələcək. Gözləhagözlə, bir də baxırlar ki, Molla əlinin üstündə bir qarğa, budur gəlir. Teymur Ləng Mollanı belə görəndə özünü saxlaya bilməyib gülür ki:
– Ay Molla, bu qarğa nədir? Yoxsa qarğa ilə şikara getmək istəyirsən?
Molla:
– Nə olar ki?..
Teymur:
– Axır qarğa şikar eliyə bilməz.
Molla:
– Edər. Lap yaxşısından edər. Mən elə qarğalar tanıyıram ki, qızılquşdan yaxşı şikar eləyir, özü də quşa nədi ki, lap adama cumurlar. Sonra saray adamlarını göstərib deyir:
– Bir dön ətrafına bax!
Share with Friends

126 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024