AYAQLAŞA BİLMİRDİ - Anecdotes

AYAQLAŞA BİLMİRDİ - Anecdotes


Anecdotes located on our site are grouped according to the following letters

AYAQLAŞA BİLMİRDİ


Teymur Ləng bir gün Mollanı cıdırda iştirak etmək üçün dəvət edir. Molla öküzünü çullayır, ağzına da bir yüyən vurub meydana gəlir. Teymur Ləng Mollanı belə görüb deyir:
– Ay Molla, öküz də at ilə ayaqlaşa bilər? Bunu niyə minibsən?
Molla deyir:
– Vallah, çoxdandır ki, minməmişəm, amma çər dəymiş buzov vaxtında elə yaman qaçağan idi ki, at nədi, heç quş da onunla ayaqlaşa bilmirdi.
Share with Friends

165 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024