VER ƏBAMI, VERİM PALANINI - Anecdotes

VER ƏBAMI, VERİM PALANINI - Anecdotes


Anecdotes located on our site are grouped according to the following letters

VER ƏBAMI, VERİM PALANINI


Bir gün Molla yol gedirmiş. Möhkəm susayır. Baxır ki, yoldan bir
az kənarda yaxşı bir bulaq var, amma elə yerdədi ki, eşşək gedə bilməz.
Eşşəkdən düşüb, öz əbasını da çiynindən götürüb qoyur eşşəyin
üstünə, gedir su içməyə. Yol ilə keçənlər əbanı götürüb gedirlər. Molla
qayıdıb görür ki, əba yoxdur, tez eşşəyin palanını götürüb deyir:
– Nə eşşək kimi qulaqlarını sallamısan? Ver əbamı, verim palanını.
Share with Friends

148 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024