36 yaşlı kişidə 20 sm-lik tromb tapıldı

36 yaşlı kişidə 20 sm-lik tromb tapıldı


New interesting information is added every day

36 yaşlı kişidə 20 sm-lik tromb tapıldı

36 yaşlı kişidə 20 sm-lik tromb tapıldı
Moskvada Mıtişinski şəhər xəstəxanasının həkimləri 36 yaşlı kişidə nəhəng tromb aşkarlayıblar.
Tatli.Biz medicina.az-a istinadən xəbər verir ki, pasiyentin 2 əsas şikayəti var idi: keyimə, uyuşma və kəskin ağrı.
Müayinələr dizaltı arteriyada uzun bir tromb aşkarlayıb.
Həkimlər təcili olaraq, əməliyyatla 20 sm-lik trombu arteriyadan çıxarıblar. Əməliyyat 6 saat davam edib.
Pasiyentin ayağını qorumaq mümkün olub.
Tromboz - damarın içində qan laxtasından trombun yaranmasıdır. Bu ciddi vəziyyətdir və ölümlə nəticələnə bilər.
Trombun simptomları:
- Tromb yaranan sahədə qızartı, şiş
- Ağırlıq hissi
- Yanma hissi
- Həmin damarda pulsasiyanın olmaması
Yaşı 40-dan yuxarı olanlar risk qrupundadır.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Share with Friends

83 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024